Revanşizm

Albert Batanye, "Qara ləkə", 1887-ci il. Müəllim dərsdə şagirdə xəritədə Fransa–Prussiya müharibəsi nəticəsində itirilmiş Elzas-Lotaringiyanı göstərir.

Revanşizm (fr. revanchisme fransız dilində ki, revanche sözündən götürülüb, intiqam, qisas, hayıf çıxma mənası verir.) — dövlətlərin, partiyaların və ya sosial qrupların uğradığı hərbi və siyasi məğlubiyyətlərin nəticələrini yenidən nəzərdən keçirərək intiqam almaq istəyi. Lakin neytral "revanş" ifadəsindən fərqli olaraq "revanşizm" anlayışı açıq mənfi məna (konotasiya) daşıyır və heç bir itirən tərəfə deyil, yalnız haqsız və təhrik olunmayan təcavüzün təşəbbüskarlarına tətbiq edilir.

İlk dəfə bu söz 1870-ci illərdə Fransada işlədilməyə başlanmış və 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra Almaniyaya verilmiş Elzas-Lotaringiya torpaqlarını geri qaytarmaq istəyini ifadə edirdi.[1]

Revanşizm öz aqressiv hərəkətlərinin tamamilə inkarının və kiçildilməsinin etirafından başlayır.[2] Beynəlxalq münasibətlərdə müharibə zamanı itirilmiş mövqeləri bərpa etmək üçün aldığı məğlubiyyətin qisası bəhanəsi ilə yeni bir müharibənin hazırlanmasına dair daha çox çağırış ola bilər. Bu tələblərə itirilmiş ərazilərin qaytarılması, siyasi mövqe və təsir, müharibədən əvvəl dövlətlərarası münasibətlər sistemi və s. daxildir.

Məhdudlaşdırıcı amillər olmadıqda, sözlərdən, şüarlardan və çağırışlardan sadə bir qisas alma arzusu çox vaxt ideologiyaya çevrilir və dövlət siyasətinin əsaslarından birinə çevrilir (məsələn, Birinci Dünya müharibəsindən sonra Almaniyada baş verən hadisələr[3].).

Tarixi və nümunələr

[redaktə | mənbəni redaktə et]
1917-ci ilə aid Fransa təbliğat afişasında, Prussiya ətraf ərazilərə caynağını uzadan dəniz fili kimi təsvir edilmişdir. XVIII əsrin məşhur sitatı ilə belə izah olunur: "Hələ 1788-ci ildə Onere Mirabo müharibənin Prussiyanın Milli Sənayesi olduğunu söyləyirdi."

Revanşizm termininin meydana gəlməsi və yayılması tarixi 1870-ci illərdən Fransada başlayır. Fransa revanşizmi, xüsusən Fransa–Prussiya müharibəsindəki məğlubiyyətdən sonra Elzas-Lotaringiyanın itirilməsi səbəbi ilə Almaniyaya qarşı dərin bir acı, nifrət və intiqam tələbi hissi idi.[4][5] Revanşizm tələbləri cəmiyyətin bütün sahələrində təbliğ edilirdi. Xüsusən məğlubiyyətlə alçaldılmanı vurğulayan rəsm əsərləri Fransada geniş yayılmışdı. Onlardan Alfons de Nevilin tərəfindən çəkilən rəsm əsərlərinə böyük tələbat yarandı.[1]

Radikal respublikaçıların nümayəndəsi olan Jorj Klemanso Respublikanı Elzas-Lotaringiyanın itirilməsini unutdurmaq və onu qaytarmaq hədəflərindən yayındıracaq Afrikada yeni ərazilərin tutulması ilə kompensasiya edilməsinə qarşı çıxırdı. Jul Ferri hökuməti 1880-ci illərin əvvəllərində bir sıra koloniyaları tutduqdan sonra, Klemanso 1889-cu ildə respublikanı devirəcəyini düşünən general Revanche ləqəbli məşhur şəxsiyyət Ceorci Ernest Bulanjeyə dəstək verirdi. Bu ultranationalist ənənə 1921-ci ilə qədər Fransız siyasətini təsir altına saxlamışdı. Fransanın böyük çətinliklə də olsa, Rusiya imperiyası ilə müttəfiqliyə getməsinin əsas səbəblərindən biri bu oldu. Nəticədə 1894-cü ildə Fransa-Rusiya ittifaqı yarandı. Sonradan Böyük Britaniya imperiyasının onlara qoşulması ilə üç böyük müttəfiqdən ibarət Antanta meydana gəldi. Birinci Dünya müharibəsinin əsas gücləri sayılan Fransa, Böyük Britaniya və Rusiya ittifaqının yaranmasında əsas amillərdən biri revanşizm oldu.[6]

Fransa revanşizmi Birinci Dünya müharibəsinin bitməsindən sonra 1919-cu ildə Versal sülh müqaviləsinin bağlanmasında təsirini göstərmişdir. Versal müqaviləsi ilə Elzas-Lotaringiya Fransaya qaytarılmış və məğlub Almaniyadan böyük məbləğdə təzminat alınmışdır.[7] Müqavilənin bağlanma yeri də təsadüfən seçilməmişdi. 1871-ci ildə Versalda Almaniya İmperiyasının elan edildiyi güzgülü salonda imzalanmışdır.[8][9]

Almaniyada revanşist hərəkatı Birinci Dünya müharibəsindəki itkilərə cavab olaraq meydana gəlib inkişaf etdi. Revanşizm ideyası Almaniyada, Veymar Respublikası dövründə daha da güclənmişdi.[10] Almanların Versal sülh müqaviləsi ilə ərazilərinin 10% -ni niyə itirməsinin izah edə bilən ideya "almanların nəyi vardısa, yenidən almanların olmalıdır" şüarı irəli sürülmüşdü. Revanşist hissləri, ərazi və siyasi genişlənmə ideyaları alman xalqının Hitlerə geniş dəstək verməsinin əsas səbəblərindən biri oldu və nəticədə yeni bir məğlubiyyət və yeni bir revanşizmin artmasına səbəb oldu. Almaniyada revanşist hərəkat Elzas-Lotaringiya, Polşa dəhliziSudet vilayətinin yenidən birləşdirilməsini tələb edirdi (bax: Bohemya, Moraviya, Sileziya - Birinci Dünya müharibəsindən sonra parçalanana qədər Avstriya İmperiyasıAvstriya-Macarıstanın hissələri).

SSRİ-də İkinci Dünya müharibəsindən sonra "revanşizm" sözü ən çox Qərbi Almaniyadakı müəyyən dairələrin nasist Almaniyasının məğlubiyyətindən sonra Potsdam konfransının qərarı ilə Polşa, SSRİÇexoslovakiyaya verilmiş[11] Almaniya ərazilərini geri qaytarmaq istəklərinə istinad edirdi[12]

AFR-də bir neçə onlarla revanşist təşkilat fəaliyyət göstərirdi, bunlardan ən böyüyü "Sürgün İttifaqı"[13][14] (alm. Der Bund der Vertriebenen‎, qısaldılmış BdV), (1957-ci ildən), "Alman Əsgərləri İttifaqı", "Vətənə qayıtmış şəxslər İttifaqı", "Keçmiş SS Hərbçilər İttifaqı”, “Polad Dəbilqə ” və başqaları mövcud idi. Oder-Neyse sərhədi AFR tərəfindən yalnız 1970-ci ildə tanındı. Sonra yalnız mövcud olduğu kimi və 1990-cı ildə yenidən nəzərdən keçirilməyən son olaraq qəbul edildi.

Keçmiş Könisberq, hazırkı Kalininqrad vilayətinin xəritəsi.

Artıq birləşmiş Almaniyada "Alman Xalq Birliyi" (alm. Deutsche Volksunion‎, qısaldılmış DVU), "Könisberq Uğrunda Hərəkat", "Şərqi Prussiaya kömək üçün hərəkat", "Alman-Russiya ümumi hərəkat - Şimal-Şərq Prussiyaya dəstək" (qısaca."Prussiya hərəkatı"), "Şərqi Prussiya hərəkatı", "Şərqi Almaniya Birliyi"[15] Kalininqrad vilayətinin - keçmiş Şərqi Prussiyanı geri qaytarmaq üçün yollar axtarır. 2000-ci ildə İkinci Dünya müharibəsindən sonra Polşaya verilən vaxtilə Sileziyada yaşamış almanların itirilmiş əmlaklarını geri qaytarmağın yollarını tapmağa çalışan "Prussiya etibat cəmiyyəti" (alm. Preußische Treuhand‎) yaradılmışdı.[13] Buna baxmayaraq, müasir Almaniyada sağ yönümlü partiyalar, Rusiya Federasiyası ilə münasibətlərin ciddi şəkildə pisləşməsindən qorxduqları üçün Şərqi Prussiyanın geri qaytarılması məsələsini fəal şəkildə müzakirə etmirlər.

Federal Bavariya əyalətinin, almanların Sudetdən çıxarılması ilə əlaqədar Çexiya respublikasına qarşı iddialarını da dayanmır. E.Beneş (o dövrdə Çexoslovakiya Prezidenti), 1945-ci ildə Almanların Sileziya və Cənub-Şərqi Avropadan qovulması ilə əlaqədar Potsdam Konfransının qərarı ilə 3 milyon Sudet aAlmanının qovulmasına və mülklərinin müsadirə edilməsinə icazə vermişdi. Məcburi mühacirlərin sığındığı Bavariya bu fərmanların ləğvinin Çexiya respublikasının Avropa Birliyinə qəbulu zamanı şərt kimi qoymuşdu. Bu səbəbdən Çexiya parlamenti xüsusi dekret vermişdi. Bununla belə Lissabon müqaviləsinin müddəalarına baxmayaraq, Sudetin alman icması hələ də 1919-cu ildən bəri Sudetlandın Çexoslovakiya tərəfindən “işğal olunduğunu”, heç bir zaman qanuni olaraq bu ölkəyə aid olmadığını və sürgündə olan almanların da humanitar fəlakətin qurbanları olduğunu açıq şəkildə elan etmişdir.[11].

Artıq 1946-cı ildə İtaliyada keçmiş diktator Benito Mussolininin tərəfdarları faşist yönümlü "İtalyan Sosial Hərəkatı" (it. Movimento Sociale Italiano, MSI) təşkilatını yaratdılar (1972-ci ildən - "İtalyan İctimai Hərəkatı - Milli Qanun" (it. Movimento Sociale Italiano - Destra Nazionale MSI-DN). Onlar güclü icra hakimiyyətinin dirçəlməsini və hökumətin sosial sahəyə təcavüzkar müdaxiləsini (Mussolini dövründə olduğu kimi) müdafiə edirdi. Partiya 1995-ci ildə buraxıldı, lakin eyni il "Milli İttifaq" adı altında yenidən bərpa edildi.

Seçkilərdə "Milli İttifaq" İtaliyanın keçmiş Səhiyyə Naziri Françesko Storasenin rəhbərlik etdiyi başqa bir revanşist İtalyan gənclər partiyası "Sağ Qüvvələr"lə fəal şəkildə əməkdaşlıq edir.[16]

2014-cü ilin aprelində Krım yarımadasının Rusiya Federasiyası tərəfindən ilhaq edilməsi, Qərb və Ukrayna liderlərinin Rusiyanın separatçı Donbass bölgəsindəki etnik rusların separatçı hərəkətlərini dəstəklədiyinə dair ittihamları ilə birlikdə, Qərbin bir sıra tanınmış media qurumları tərəfindən KremlinRusiya Prezidenti Vladimir Putinin revanşist siyasətinin sübutu kimi istinad edilmişdir.[17][18]

Bəzi rus millətçiləri Alyaskanı geri qaytarılması lazım olan Rusiya ərazisi hesab edirlər.[19] Alyaska 1867-ci ildə Rusiya tərəfindən ABŞ-yə qanuni olaraq satılmışdır.

Fin cəmiyyətində 1939-1940-cı illər 1939-19401941-1944 sovet-fin müharibələri nəticəsində Finlandiyanın itirdiyi ərazilərin qaytarılması ilə bağlı mübahisələr (əksər qeyri-rəsmi), əksər tarixçilərin və siyasətçilərin fikrincə Fin revanşizmi kimi xarakterizə edilə bilməz. Belə ki, 1939-cu ildə təcavüzkar tərəf SSRİ olduğundan və 1941-1944-cü illərdəki Sovet-fin müharibəsində Finlandiyanın mövqeyi bu təcavüzə birbaşa cavab hərəkəti idi.[20].

Mübahisəli cənubi Kuril adaları.

1948-ci ildə Yaponiya militarizmi mühakimə olundu, təşkilatçılar Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal tərəfindən məhkum edildi.[21] Yaponiya təcavüzkar kimi tanındı və beynəlxalq hüquqa uyğun olaraq, bir sıra ərazilərdən məhrumetmə və silahlı qüvvələrə məhdud sahib olmaq hüququ daxilində cəzalandırıldı.

1954-cü ildə Yaponiya Özünümüdafiə Qüvvələrini yaradıldı, eyni zamanda revanşizm ideologiyası ölkənin ictimai şüuruna tətbiq etdi. İtirilmiş "şimal ərazilərinin"[22] - Habomai arxipelaqıcənub Kuril adaları - Kunaşir, İturupŞikotanın qaytarılması üçün tələblərin təbliği başladı.

1968-ci ildə Yaponiya parlamenti Okinava və Şimali Bölgələr məsələləri üçün xüsusi komitələr yaratdı və Şimali Bölgələr üzrə nazir vəzifəsini təsis etdi. Milli Xəritəçəkmə Təşkilatı, Yaponiyanın ümumi ərazisinin hesablanmasına Habomai adaları qrupunu (Şikotan, Kunaşir və İturup daxil) daxil etmiş və müvafiq xəritələr buraxmağa başlamışdı. 1983-cü ildə Yaponiyada hər hansı bir yapona daimi yaşayış yeri olaraq Kunaşir, Şikotan, İturupu göstərmək və ya ailəsinin orada yaşamasından asılı olmayaraq rəsmi olaraq qeydiyyatdan keçmək hüququnu verən qanun qüvvəyə mindi.[23].

Rusiyaya qarşı iddialara əlavə olaraq, Yaponiya Cənubi Koreyanın nəzarətində olan Liankur adalarının da geri qaytarılmasını tələb edir.

1920-1930-cu illərdə Polşa Almaniya, RusiyaAvstriya-Macarıstan imperiyaları tərəfindən işğal edilmiş etnik Polşa torpaqlarını geri almağa çalışırdı.

Polşa cənub istiqamətində irəliləmək, hətta Qara dənizdə Polşa varlığı xəyalları ilə yaşayan revanşist güclər var idi. Başqalarının revanşist iddialarının qurbanı olan Versal konfransının müəyyənləşdirdiyi sərhədləri də sabit görünmürdü. 1938-ci ildə Münhen konfransında Çexiya dövləti parçalandıqda, Polşa Teşçen bölgəsinin parçalanmasını tələb edərək Praqaya özünün ultimatumunu verdi. Çexiya hökuməti müqavimət göstərməkdə aciz qaldı.[24]

Etnoqrafik Litva Böyük Litva knyazlığı və litvalılara aid ərazilərin əhəmiyyətli bir hissəsi olaraq, litva dilini bilən və ya özlərini litvalı hesab etdiklərindən asılı olmayaraq, orada yaşayan bütün insanlar olaraq təyin edən bir anlayış idi. Konsepsiya "tarixi Litva"nın, Hersoqluğun ərazilərinin və litva dilinin çox danışıldığı ərazinin "dilçi Litva" nın əksinə idi.

Etnoqrafik Litva konsepsiyası, o böyük ərazidə yaşayan insanların, xüsusən də polşalılarınbelarusların etnoqrafik tərəfdarlarına görə yenidən litallaşması lazım olan "slavyanlaşmış litvalılar" olan insanların öz müqəddəratlarını təyinetmə hüququ ilə toqquşurdu. İnsanlar onun etnik mənsubiyyəti və milliyəti mövzusunda qərar verə bilməyəcəyini və bunun onların dili ilə deyil, əcdadları ilə əlaqəli olduğunu iddia edirlər.

Trianon müqaviləsi: Macarıstan Krallığı torpaqlarının 72%-ni və 3.3 milyon nəfər etnik macar mənsubunu itirdi.

Böyük Macarıstan ideyası, heç olmasa Macarıstanın qonşu ölkələrində macarların sıx yaşadığı ərazilər üzərində nəzarəti bərpa etməyi hədəfləyən Macar revanşizmi ilə əlaqələndirilir. 1920-ci il Trianon müqaviləsinin nəticəsi bu günə qədər Macarıstanda Trianon faciəsi kimi xatırlanır.[25] Bir araşdırmaya görə, macarların üçdə ikisi 2020-ci ildə qonşu ölkələrin bir hissəsinin özlərinə aid olması fikrini dəstəkləyir.[26]

Bəzi meksikalı millətçilər ABŞ-nin cənub-qərb hissəsinin geri qaytarılması lazım olan Meksika ərazisi hesab edirlər.[27][28] Bu ərazi Meksika-Amerika müharibəsi nəticəsində Texasın ilhaqında (1845) və ABŞ-yə verilənə qədər (1848-ci ildə Texasın verilməsi) Meksikaya aid idi.

İspaniya 1713-cü il tarixli Utrext sülhünün şərtlərinə görə Cəbəllütariqi Britaniyaya güzəştə getdi. İspaniya bir neçə dəfə Cəbəllütariqi geri qaytarmaq üçün ingilislərlə müharibə aparsa da bu cəhdlər uğursuzluqla nəticələndi.[29] XX əsrdə diktator Fransisko Franko rejimi Cəbəllütariqi geri qaytarmaq hökumət siyasəti halına gəldi və İspaniyanın demokratiyaya keçidindən sonra da ardıcıl olaraq hökumətlər bu siyasəti davam etdirirdilər.[30] Yeni əsrdə hələ də İspaniya bu əraziyə olan iddiasını saxlayır.[31]

Argentina İngiltərənin nəzarətindəki Folklend adalarını Yanar torpaq əyalətinin bir hissəsi hesab edir. Argentina uzun illərdir ki, arxipelaqı özünə qaytarmaq üçün ciddi cəhdlər göstərir. BMT-nin Baş Məclisi 1965-ci ildə qəbul etdiyi qətnamədə mübahisənin dinc yolla həllini tapmağa çağırmışdır. 1982-ci ildə isə Argentina məsələni hərbi yolla həll etmək qərarına gəlir və adaya ordu çıxarılır. Bu zaman iki dövlət arasında müharibə başlayıb. "Dəmir ledi" Marqaret Tetçerin başçılıq etdiyi o vaxtkı Böyük Britaniya hökuməti ən yaxın müttəfiqi ABŞ-nin hərbi və siyasi dəstəyi ilə Argentinanı ağır məğlubiyyətə düçar etdi. İki aya yaxın davam edən müharibədə 649 argentinalı və 255 britaniyalı həlak olmuşdur.[32][33]

1994-cü ildə Argentinanın ərazilərə iddiası konstitusiyasına əlavə edilmşdir.[34]

Ərəb ölkələri

[redaktə | mənbəni redaktə et]

Ərəb revanşizmi Ərəb-İsrail qarşıdurması əsnasında İsrail dövlətinə qarşı müharibəyə başlatan, lakin nəticədə hərbi və siyasi məğlubiyyətlərə uğrayan ərəb dövlətləri tərəfindən dəstəklənir.[35][36]

  1. 1 2 Jay, Robert. "Alphonse de Neuville's 'The Spy' and the Legacy of the Franco-Prussian War". Metropolitan Museum Journal. 19–20. 1984: 151–162. doi:10.2307/1512817. JSTOR 1512817.
  2. "Страны Азии всё ещё в ожидании покаяния от Токио". 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
  3. Martin Kitchen. The Cambridge Illustrated History of Germany:-Cambridge University Press 1996 ISBN 0-521-45341-0
  4. Karine Varley, "The Taboos of Defeat: Unmentionable Memories of the Franco-Prussian War in France, 1870–1914." in Jenny Macleod, ed., Defeat and Memory: Cultural Histories of Military Defeat in the Modern Era (Palgrave Macmillan, 2008) pp. 62–80.
  5. Karine Varley, Under the Shadow of Defeat: The War of 1870–71 in French Memory (2008)
  6. See W. Schivelbusch, The Culture of Defeat, p. 106 (Henry Holt and Co. 2001)
  7. Reinach, Joseph (1920). "Le rôle de l'impératrice Eugénie en septembre et octobre 1870". Arxivləşdirilib 2022-08-09 at the Wayback Machine Revue d'Histoire du XIXe siècle – 1848 (in French). Société d'Histoire de la Révolution de 1848: 193.
  8. David Sinclair. Hall Of Mirrors. Random House. 31 July 2011. 1–. ISBN 978-1-4464-7356-6. 23 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2020.
  9. Nicholas Boyle. German Literature: A Very Short Introduction. OUP Oxford. 28 February 2008. 16–. ISBN 978-0-19-157863-2. 23 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2020.
  10. В. Газин. Уроки веймарской истории Arxivləşdirilib 2007-04-29 at the Wayback Machine
  11. 1 2 Призрак реваншизма[ölü keçid]
  12. А. Карельский. Против идеологии реваншизма Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Вопросы литературы, № 7, 1963
  13. 1 2 "Реваншистский «Союз изгнанных» укрепляет свои позиции в Германии". 2010-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  14. Официальный сайт организации BdV Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine (alm.)
  15. "«Дранг нах Остен». Современный вариант". 2008-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  16. "Обыкновенный реваншизм". 2008-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-29.
  17. Romano, Carlin. "Revanchism and Its Costs". The Chronicle of Higher Education. 21 July 2014. 29 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Jul 2014.
  18. Niblett, Robin. "The West must not blame itself for Putin's revanchism". CNN.com. 12 April 2014. 17 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Jul 2014.
  19. Farand, Chloe. "Russian nationalists want Alaska back - 150 years after it was sold to the US". 31 March 2017. 17 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2019.
  20. "Реваншизм в Финляндии — миф или реальность?". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  21. "Международный военный трибунал в Токио". 2015-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-15.
  22. "Что такое «северные территории»?". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.
  23. "Мы мирные люди". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.
  24. Overy, Richard; Wheatcroft, Andrew. The Road to War. Penguin. 1999. səh. 9. ISBN 978-0-14-028530-7.
  25. Kulish, Nicholas. "Kosovo's Actions Hearten a Hungarian Enclave". The New York Times. 7 April 2008. 24 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2008.
  26. "NATO Seen Favorably Across Member States". pewresearch.org. 23 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2020.
  27. Fuentes, Carlos. "Unidad y diversidad del español, lengua de encuentros" [Unity and Diversity of the Spanish Lanuguage, Language of Encounters]. Congresos de la Lengua (ispan). 2003. 22 April 2008 tarixində arxivləşdirilib.
  28. Krauze, Enrique. "Will Mexico Get Half of Its Territory Back?". The New York Times. April 6, 2017. July 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2020.
  29. Lamelas Oladán, Diego. "Asentamiento en Gibraltar en 1474 y expulsión en 1476" (PDF). Almoraima. Revista de Estudios Campogibraltareños (Spanish). Instituto de Estudios Gibraltareños (3 (Suplemento 'La compra de Gibraltar por los conversos andaluces (1474–1476)')). 1 April 1990: 25. 4 May 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 March 2013.
  30. "Spain won't dare invade Gibraltar – They'd lose more than a war". The Jerusalem Post. 13 April 2017. 22 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2020.
  31. "Political development". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.
  32. "Falklands 25: Background Briefing". Ministry of Defence (United Kingdom). 17 July 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2009.
  33. ":: Ministerio de Defensa – República Argentina ::" (Spanish). www.mindef.gov.ar. 23 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2009.
  34. "Constitución Nacional". Argentine Senate (ispan). 17 June 2004 tarixində arxivləşdirilib. La Nación Argentina ratifica su legítima e imprescriptible soberanía sobre las Islas Malvinas, Georgias del Sur y Sandwich del Sur y los espacios marítimos e insulares correspondientes, por ser parte integrante del territorio nacional.
  35. А. Гордон. Вторичный антисемитизм Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine
  36. Н. Гутина. Накба: продукт реваншизма и ревизии итогов Второй мировой войны
  • Фарбман Н. В., Идеология германского реваншизма (1918—1923 гг.). Рязань-Пенза, 1987
  • Пустогаров В. В. Западногерманский реваншизм и международное право. М.: «Наука», 1986
  • Милюкова В. И. Дипломатия реванша (внешняя политика ФРГ в Европе). М., 1966
  • Марков К. А. «Восточная политика» ФРГ и реваншизм 1949—1982 гг. Днепропетровск, 1988
  • Валихновский Т. Израиль и ФРГ, М.: Прогресс., 1971
  • Реваншизм: идеология, практика (сборник статей). М., Знание, 1985

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]