Antiphellos (yun. Ἀντίφελλοςtürk. Antiphellos) — Anadoluda yerləşən antik Likiya şəhəri. İndiki Türkiyə Respublikası Antalya əyaləti Kaş rayonuna uyğundur. Kaşın Likiya dövründəki adlanrından biridir. Şəhər Likiyadan Kariyaya gedən yolun üstündə yerləşirdi. Ellinizm dövründə məşhur ticarət mərkəzi idi.
Antiphellos | |
---|---|
36°12′00″ şm. e. 29°38′18″ ş. u.HGYO | |
Alternativ adı | Habesos |
Yer | Kaş, Antalya əlyaləti, Türkiyə |
Region | Likiya |
Tarix | |
Əsası qoyulub | E.ə. IV əsr |
Tərk edilib | Orta əsrlər |
Asılılıq | Antalya Muzeyi |
Yer qeydləri | |
Məxsusluq | İctiamiyyət |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Likiya dilində Habesos[1], Habesa adlanan Antiphellos şəhəri Likiyanın ən qədim yaşayış məskənlərindəndir. Antiphellos adını sonradan almışdır. "Qayalıqların qarşısındakı yer", "Phellosun qarşısındakı" mənasını verir. Likiya Birliyinin üzvlərindən olan şəhər şimalındakı Phellos şəhərinin limanı olduğu və tarixi E.ə. IV əsrə dayandığı ehtimal edilir. Ellinizm dövründə ticarət mərkəzinə çevrilmiş və Phellosun zəifləməsi ilə bərabər Antiphellos sürətlə inkişaf edirdi.[2] Roma İmperiyası dövründə əhəmiyyətli bir liman şəhərinə çevrilmişdi.[3][4][5][6][7] Bizans İmperiyası dövründə Yepiskopluk mərkəzi idi. VIII əsrdə Ərəblər hücum etmiş. Sonralar Səlcuqlular şəhəri ələ keçirmiş və şəhərin adı Andifli olaraq dəyişdirilmişdir. Anadolu Səlcuqlu Sultanlığının süqutundan sonra Təkəoğulları Bəyliyinə daxil olmuşdur. Osmanlı dövləti sultanı İldırım Bəyazid tərəfindən Osmanlı torpaqlarına daxil edilmişdir.[8]