Olimpos Beydağları Milli Park

Olimpos Beydağları Milli Parkı və ya Beydağları Sahil Milli ParkıTürkiyənin Antalya əyalətində yerləşən milli park. Milli Park Mersin-Antalya-Muğla sahil yolunun bir parçası olan Antalya-Kemer-Kumluca avtomobil yolunun üstündə yerləşir. PamfiliyaLikiya sərhəddində yerləşən milli parkın içində antik Olimpos, Phaselisİdyros şəhərləri yerləşir.

Beydağları Sahil Milli Parkı
türk. Beydağları Sahil Milli Parkı
Olimpos-Beydağları Sahil Milli Parkı
Olimpos-Beydağları Sahil Milli Parkı
Sahəsi 31.018 ha
Yaradılma tarixi 1972
İdarəetmə orqanı Meşə və Su İşləri Nazirliyi VI Bölgə (Burdur) Şöbəsi[1]
Dağ Qərbi Tavr dağları
Yerləşməsi
36°35′42″ şm. e. 30°30′32″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət Antalya
Rayon Kemer
Beydağları Sahil Milli Parkı
Beydağları Sahil Milli Parkı xəritədə
Beydağları Sahil Milli Parkı
Beydağları Sahil Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyə Respublikası hökumətinin 16 mart 1972-ci il qərarı ilə Beydağları Sahil Milli Parkı elan edildi. 1988-ci ildə yaşayış yerlərinin Milli Parkın ərazisindən çıxarılması ilə 31.018 hektar yerə sahib olan park, Antalyanın cənub-qərbində Sarısudan başlayıb, Kemer-Kumluca sahil xətti boyunda Aralıq dənizi boyunca Gelidonya burnuna qədər uzanır.

Milli Park, Qərbi Tavr dağlarının Gənc dağlar qurşağında yerləşir. Aralıq dənizi bölgəsinin bütün ekoloji xüsusiyyətlərinə sahib olan bölgədə bitki örtüyü dəniz sahilində fıstıq ağacları ilə başlayır, yüksəldikcə Kızılca, karaçam və 1000 m yüksəkliklərdə isə sidr ağacları yerləşir.

Park sərhədləri içində 1000-ə yaxın bitki növü vardır ki, bunların içində də 21-i endemik bitki növüdür. Milli Parkda ayı, dağ keçisi, çöl donuzu, tülkü, çaqqal, canavar, sansar və müxtəlif quş və balıq növləri yaşayır. Olymposun bir neçə km qərbindəki dağlıq ərazisində "Likiyanın sönməyən atəşi" adlandırılan təbii qaz əsrlər boyunca yanmaqda davam edir və Bellerofontos mifologiyasında Çimaira (Yanan daş) adıyla keçərək bölgəyə mifoloji dəyər qazandırır.[2][3]

Nümayiş obyektləri

[redaktə | mənbəni redaktə et]

Likiya bölgəsinin şərqində yerləşən Milli Park antik dövrdə yaşayış məskəni olmuşdur. Sahilin şimalındakı Beldibi mağarasında tapıntılar bunu isbatlayır. Milli Parkın ən əhəmiyyətli məskunlaşma yerləri e.ə. VII əsrdə Rodos kolonistləri tərəfindən salınan Phaselis (Tekirova)Olimpos şəhərləridir ki, parka gələn qonaqların ən çox səfər etdiyi məkanlardan sayılır. Ayrıca Kemer yaxınlığındakı İdyros, Adrasan limanı və Qaqa bölgələridə qonaqların səfər etdiyi məkanlardan biridir.

  1. Beydağları Sahil Milli Parkı Arxivləşdirilib 2018-02-10 at the Wayback Machine Meşə və Su İşləri Nazirliyi Təbiəti Mühafizə və Milli Parklar İdarəsi, www.milliparklar.gov.tr
  2. Beydağları Sahil Milli Parkı Arxivləşdirilib 2015-10-02 at Archive.today T.C. Orman ve Su İşleri Bakanlığı VI Bölge Müdürlüğü
  3. Olympos-Beydağları Milli Parkı Arxivləşdirilib 2015-09-01 at the Wayback Machine www.olymposteleferik.com