Meri Şelli

Meri Şelli (30 avqust 1797[1][2][…], Somers[d], Midlseks[d], Böyük Britaniya krallığı[5][6]1 fevral 1851[1][2][…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı və ya Bornmut, Dorset[d][7]) — məşhur ingilis yazıçısı.

Meri Şelli
ing. Mary Shelley
Doğum adı Mary Wollstonecraft Godwin
Doğum tarixi 30 avqust 1797(1797-08-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 fevral 1851(1851-02-01)[1][2][…] (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin şişi[8][9][…]
Milliyyəti ingilis
Həyat yoldaşı
Atası Uilyam Qodvin[d][3][4]
Anası Meri Uolstonkraft[3][4][…]
Fəaliyyəti yazıçı-səyyah[d], roman yazıçısı, esseist, dramaturq, bioqraf, yazıçı, fantastika yazıçısı[d], şair
Əsərlərinin dili ingilis dili
Janr Roman
Tanınmış əsərləri
İmza
Vikimənbənin loqosu Meri Şelli Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meri Şelli 1797-ci ildə Londonda anadan olmuşdur. Atası Uilyam Qodvin radikal anarxist, anası Meri Uolstonkraft isə qadın haqları müdafiəçisi olmuşdur. Anası, o anadan olanda öldüyü üçün atası tərəfindən böyüdülmüşdür. Uşaqlığının əsas hissəsini kitab oxumaqla və kiçik hekayələr yazmaqla keçirmişdir. Daha sonraki illərdə fantastik qorxu janrında mühüm əsərlər qələmə almış yazıçı, daha çox Frankenşteyn romanı ilə tanınmışdır. Frankenşteyn fikri Merinin 1816-cı ilin yay ayında gördüyü yuxunun nəticəsində meydana gəlmişdir. Romanın məşhurlaşmasında İngiltərədə sənaye inqilabının, Con LokkTomas Hobbs kimi mütəfəkkirlərin təsiri az olmamışdır. Meri, Frankenşteyn ilə yanaşı, həm də, Lodore (1835), Falkner (1837) və The Last Man (1826) kimi romanların da müəllifidir. Yazıçı, 1 fevral 1851-ci ildə, 53 yaşında vəfat etmişdir.

“Frenkenşteyn, yaxud müasir Promotey” haqqında ətraflı

[redaktə | mənbəni redaktə et]

Merinin eşitdiyi xəbərlər arasında ən vacibi, İtalyanın Baloniya Universitetinin fizik alimi Luici Qalvaninin təcrübələri olur. Qalvaninin təcrübələri qısa müddət ərzində Avropada sensasiyalar yaradır. Qalvani hesab edirdi ki, istənilən canlı ətraflarını (əl və ayaqlarını) hərəkət etdirmək üçün elektrik enerjisinə ehtiyac duyur. Başqa sözlə, hərəkətlərin əsasında elektrik enerjisi dayanır. Digər canlıların üzərində apardığı təcrübələrdən sonra, Qalvani ölmüş məhkumların üzərində də təcrübə aparır. Ölü insanların bədənindən güclü elektrik cərəyanı keçirməklə möhtəşəm nəticələr əldə edir: ölünün gözləri açılıb bağlanır, əli qalxır. Cərəyan miqdarı artırıldıqda isə ölü qalxır və oturur. Nəzərə almaq laızmdır ki, həmin dövrdə elmi nəaliyyətlərə və kəşflərə əsaslanan hər hansısa hekayə, roman və ya müəyyən yaradıcıllıq nümunəsi yox idi. Müxtəlif qotik, fantastik və qorxulu nağıllar və hekayələr olsa da, ciddi sualların qoyulduğu və problematikanın göstərildiyi elmi əsərlər yox idi. Nəticədə Meri Şelli “Frenkenşteyn, yaxud müasir Promotey” əsərini yazmaqla elmi-fantastika janrını əsasını qoymuş olur. Elmi-fantastika janrının kökündə dayanan təməl fəlsəfə isə müasir elmi nəaliyyətlərin əxlaqi və etik yöndən mühakimə olunmasıdır. Meri Şelli dövrünün elmi inkişafından və nəaliyyətlərindən böyük zövq alırdı və o, Frenkenşteyni məhz Qalvaninin təcrübəsinə əsasən yaratmağa başlayır. Romanda gənc alim Viktor Frenkenşteyn ildırımın qoca palıdı necə parçaladığını və yandırdığını görür. Bu möhtəşəm gücdən ilham alan Viktor ildırımla - bu ilahi od qığılcımı ilə təcrübələr aparmağa başlayır.  Bir məqamı da qeyd etmək lazımdır ki, əsərin yaradılışında müəmmalar və spiritual məqamlar da kifayət qədər çoxdur. Belə ki, xatirələrində Meri Şelli yazır ki, bir gecə yuxudan oyanaraq çardaqdan gələn səslərin nə olduğunu tapmaq üçün ora qalxır və orada gördüklərinə inana bilmir: ağbəniz gənc alim yaratdığı məxluqun qarşısında dayanmışdı. Çox güclü mühərrikin işə salınmasından sonra otağın ortasında uzanan ölü dirilir. Elə bu dəm Meri də çox qorxmuş halda yuxudan oyanır və beləliklə də əfsanə yaranır. Meri belə düşünür ki, onu qorxudan bu kabus minlərlə digər insanı da qorxuda bilər. Qorxu və elm birləşərək “Frenkenşteyn, yaxud müasir Promotey” əsərini yaradır.[10]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]