Aqafokl (yun. ΆγαJοκλής; e.ə. 361, Himera[d], Siciliya – e.ə. 289, Sirakuza) – Sirakuza (Siciliya) şəhərinin hakimi (e.ə. 316 ildən), sərkərdə. Demosa arxalanaraq oliqarxiyanı devirmiş və hakimiyyəti ələ keçirmişdi. E.ə. 313-cü ilədək Siciliyadakı bütün yunan şəhərlərini tutmuşdu. Siciliyanı tamamilə nəzarət altına almaq məqsədilə karfagenlilərlə müharibə aparmışdı. Cənubi İtaliyada brutti tayfalarını tabe etməyə çalışırdı. 304-cü ildə çar titulunu qəbul etsə də, irsi monarxiya yarada bilməmişdir. E.ə. 299 ildə Kerkira (indiki Korfu) Aqafoklnı ələ keçirmişdi. Aqafoklun hakimiyyət illəri Sirakuzanın çiçəklənmə dövrü olmuşdur.[1]
Aqafokl | |
---|---|
q.yun. Ἀγαθοκλῆς | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 361 |
Doğum yeri |
|
Vəfat tarixi | e.ə. 289 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |