Mahfiruz Xədicə Sultan

Mahfiruz Xədicə Sultan (təq. 15901620, İstanbul) — Sultan I Əhmədin baş hasəkisiOsmanlı sultanı II Osmanın anası.

Mahfiruz Xədicə Sultan
ماه فیروز خدیجه سلطان
26 fevral 1618 – 26 oktyabr 1620
ƏvvəlkiHəlimə Sultan
SonrakıMahpeykər Kösəm Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şimali Qafqaz
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
Fəaliyyəti qul[d]
Həyat yoldaşı I Əhməd
Uşaqları II Osman, Şahzadə Hüseyn, Xədicə Sultan, Şahzadə Bəyazid
Ailəsi Osmanlı xanədanı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1590-cı ildə Şimali Qafqazda dünyaya gəlmişdir.[1] Atası çərkəz kabardinlərinin kral xanədanına mənsub olan Əmir Əlqas Çerkasski idi. Böyük babası Əmir Bitu Mustafa Paşa Çerkasski, Sultan Süleymanın xanımı Mahidövran Sultanın qohumlarından idi. Bacısı Şahincan Xatun sonralar Abaza Mehmed Paşa ilə evləndirilmişdir. Hələ uşaq yaşlarında ikən, 1601-ci ildə sarayın eşikağası Sərvazad Xatun tərəfindən saraya alınaraq xüsusi təlim-tərbiyə almışdır. Özü də əslən çərkəz olan qaynanası Handan Sultanın gözünə girən Mahfiruz 1604-cü ildə Sultan I Əhmədə təqdim olunur.

3 noyabr 1604-cü ildə I Əhmədin ən böyük oğlu olan II Osmanı dünyaya gətirərək sarayda Validə sultandan sonra ən güclü ikinci qadın olmuşdur. I Əhmədin nənəsi Safiyə Sultanın köhnə saraya göndərilməsi və Handan Sultanın gənc yaşda vəfatı ilə sarayı idarə etməyə başlamışdır.

Mahfiruz Xədicə Sultan II Osmandan başqa Şahzadə Mehmedi, Xədicə Xanım Sultanı, 1612-ci ildə şahzadə Bəyazidi və 1613-cü ildə isə şahzadə Hüseyni dünyaya gətirmişdir. Xədicə Xanım Sultan uşaq yaşlarında ölmüşdür. Şahzadə Mehmed 1621-ci ildə II Osman tərəfindən, Şahzadə BəyazidŞahzadə Hüseyn isə 1635-ci ildə IV Murad tərəfindən boğdurularaq edam edilmişdir. Mahfiruz Xədicə Sultan şahzadə Osmanın yetişməsinə önəm vermiş, yüksək təhsil alan şahzadə Osman ərəb, fars, latın, yunanitalyan dillərini mükəmməl bilmişdir.[2]

Kösəm Sultanla rəqabəti

[redaktə | mənbəni redaktə et]

Yunan əsilli olan Kösəm Sultan şahzadə Mehmedi dünyaya gətirdikdən sonra Mahfiruzə Xədicə Sultan gözdən düşmüşdür. Mahfiruz Xədicə Sultan və Kösəm Sultan arasında 1607-ci ildə baş verən hadisə onlar arasındakı rəqabəti gücləndirmişdir. Venesiya elçisi Simoni Contarini və Cəlal Təmruqoğlunun xatirələrində bu hadisə belə təsvir olunur;

Bir mərasim zamanı Kösəm Baş Hasəki Mahfiruzun yerinə oturmuş və bu da onun qəzəbinə səbəb olmuşdur. Hərəmxanada bir-birləri ilə dalaşan qadınların məsələsi I Əhmədin qulağına çatmış və gənc Sultan iki hərəmini də danlamışdır.

Validə sultanlıq dönəmi

[redaktə | mənbəni redaktə et]

I Əhməd 1617-ci il, 21 noyabrdan 22 noyabra keçən gecə vəfat etmiş və oğlu Osman hələ çox kiçik olduğundan I Mustafa taxta oturmuşdur. I Mustafa dövlət məsələləri ilə maraqlanmamış və bu səbəbdən də hakimiyyətdə sadəcə 96 gün qalmışdır. Gənc Osman 1618-ci ildə, 14 yaşındaykən taxta oturmuş və bununla da Mahfiruz Xədicə Sultan validə sultan elan edilmişdir. Devletlu İsmetlu Mâh-Firûze Hadice Valide Sultan Ahiyât üs-Şan Hazretleri olaraq dövlət sənədlərində qeyd olunan Mahfiruz Xədicə Sultanın təsiri ilə Kösəm Sultan köhnə saraya göndərilmişdir.[3]

Ölümü və sonrası

[redaktə | mənbəni redaktə et]

1620-ci ildə oğlunun səltənəti dönəmində vəfat etmiş və 2 il sonra oğlu Gənc Osman devrilərək Həlimə Validə Sultan və kürəkəni Sədrəzəm Qara Davud Paşa tərəfindən faciəvi şəkildə şəhid edilmişdir. Lakin onların zülmü bununla bitməyib. Vaxtilə köhnə saraya sürgün edilən Kösəm Sultan Validə Sultan olan kimi bacısı Şahincan Xatun öncə sürgün həyatı yaşamış, daha sonra edam edilmişdir. Bundan başqa IV Muradın hakimiyyəti dövründə mərhum sultan Mahfiruzun iki oğlu şahzadə BəyazidŞahzadə Hüseyn də edam edilmişdir.

  1. Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, Sayfa: 223
  2. Andre Clot: Mektuplar, 1980–1985
  3. Yılmaz Öztuna: Devletler ve Hanedanlar 2. Cilt, 1989