Arçil Viktoroviç Gelovani (gürc. არჩილ გელოვანი , rus. Арчил Викторович Геловани; 27 noyabr 1915[1] – 19 avqust 1978[2][1], Moskva[2]) — sovet zabiti, sonra Mühəndis Qoşunlarının Marşalı, II Dünya Müharibəsi zamanı və ondan sonra istehkam, hərbi infrastruktur və logistika üzrə məsul. Ona İkinci Dünya Müharibəsi zamanı və ondan sonra bir neçə dəfə strateji əhəmiyyətli ərazilərin, o cümlədən bütün Qara dəniz limanlarının möhkəmləndirilməsi və yenidən qurulması tapşırılıb. O, ilk növbədə hərbi mühəndislik və müdafiə strategiyası vəzifələrində, o cümlədən müdafiə nazirinin müavini vəzifəsində çalışıb və Soyuq Müharibə dövründə Sovet silahlı qüvvələrinin və strateji raket qüvvələrinin struktur inkişafında böyük rol oynayıb. Gürcüstanın paytaxtı Tbilisidə prospektə və Sevastopol şəhərində bir küçəyə marşal Gelovaninin adı verilib.[3][4][5]
Arçil Gelovani | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | "İnşaatçı" |
Doğum tarixi | 27 noyabr 1915[1] |
Vəfat tarixi | 19 avqust 1978[2][1] (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | hərbi dəniz qüvvələri, Strateji Raket Qoşunları[d], Mühəndis Qoşunları[d] |
Hərbi hissə |
Müxtəlif mühəndislik korpusları |
Rütbəsi | Mühəndis Qoşunlarının Marşalı |
Döyüşlər | |
Təltifləri |
|
Gelovani 27 noyabr 1915-ci ildə Gürcüstanın Tsageri bələdiyyəsinin Spataqori kəndində anadan olub. Qafqazda mühəndis Viktor Gelovani kimi tanınan atası tif xəstəliyindən öləndə onun hələ altı yaşı yox idi. Yetim, yaşamağı və büyüməyi çətin yoldan öyrənmək məcburiyyətində qaldı. Ancaq bu, gənci sındırmaq yerinə, onun xarakterini gücləndirməyə kömək etdi.[3]
1936-cı ildə Tiflis Sənaye İnstitutunu bitirdikdən sonra mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Cəmi 3 ildən sonra onun həyatı köklü dəyişdi. Gelovani Sovet Ordusuna qoşuldu, çünki ordunun səriştəli mütəxəssislərə ehtiyacı var idi, çünki müharibənin gec-tez olacağı daha aydın idi. Gənc mühəndis tez bir zamanda silahlı qüvvələrdə öz yerini tapdı və sıralarında yüksəldi.[3]
1-ci dərəcəli hərbi texnik kimi Qara dəniz donanmasında fəaliyyətə başlamış və tezliklə tikintilər üzrə baş mühəndis vəzifəsinə təyin edilmişdir. Böyük Vətən Müharibəsi onu düşmənin ən ağır atəşi və qeyri-mümkün şəraitdə bir neçə artilleriya mövqeləri qurmaq və onlara artilleriya batareyaları yerləşdirmək üçün kiçik bir mühəndis dəstəsinə rəhbərlik edərkən tez tapdı. 152 mm-lik toplar Krım Hücumunun bir hissəsi olan Perekop döyüşü zamanı böyük rol oynayacaqdı. Bu missiyanı yerinə yetirdiyinə görə Gelovani ilk və şəxsən ən yaddaqalan mükafatı olan Qırmızı Ulduz ordenini aldı. Daha çoxları ardınca gələcəkdi.
Müharibədən sonrakı illərdə Arçil Gelovaninin işi əsasən Qara dənizin sahilyanı ərazilərinin yenidən qurulması ilə bağlı idi. Belə ki, 1953-cü ildə o, müharibə zamanı böyük ziyan dəymiş liman şəhəri Sevastopolda Hərbi İnfrastrukturun rəisi təyin edilir. Sevastopolun yenidən qurulmasına böyük əhəmiyyət verilirdi, çünki o, Qara Donanmanın əsas bazası olacaq və Moskva tərəfindən ciddi şəkildə müşahidə olunurdu. Bölgədəki böyük uğurlarına və çoxsaylı digər səylərinə görə, Gelovani daha sonra 1976-cı ildə "Fəxri vətəndaş və Sevastopol Qəhrəmanı" adına layiq görülü və Sevastopol küçələrinin birinə onun adı verilir.
1956–1959-cu illərdə Gelovani Qara Dəniz Donanmasının ikinci komandiri olarkən tikinti işlərini həyata keçirdi. Elə həmin il o, general-mayor rütbəsi ilə Sovet Donanmasının Tikinti Bürosunun komandirinin müavini vəzifəsinə təyin olunur.[3]
Hərbi inşaatçı Arçil Gelovaninin uğuru onu Strateji Raket Qoşunlarının baş mühəndisi vəzifəsini almağa səbəb oldu. Bu, 1962-ci ildə silahlı qüvvələrdə yeni bir bölmənin ikinci ilini qeyd etdiyi vaxt idi. Mühəndislik qüvvələri raket sistemləri və buraxılış qurğularını vaxtında qurmaq və onları tez bir zamanda hazır vəziyyətə gətirmək olan nəhəng bir işi yerinə yetirməli idi. 1968-ci ildə Gelovani xüsusi hərbi obyektlərin inkişafı və həyata keçirilməsinə görə Lenin mükafatına layiq görüldü. Bir neçə ildən sonra o, həm də bütün strateji raketlərin uğurlu yerləşdirilməsi və vaxtında hazır olmasına görə Dövlət Mükafatına alacaqdı.
1974-cü ildə o Müdafiə Nazirinin Tikinti və Qoşunların Kvartallaşdırılması üzrə müavini vəzifəsinə təyin edildi. Onun ofisindəki nəhəng xəritə tikinti layihələrinin simvollarını əhatə edirdi. 1977-ci ildə saysız-hesabsız hərbi və mülki infrastrukturun tikintisi üçün mühəndis, təşkilatçı və bələdçi kimi xidmətlərinə görə general-polkovnik Arçil Viktoroviç Gelovani Mühəndis Qoşunlarının Baş Marşalı adına layiq görülüb.[3]
Naməlum xəstəlik səbəbindən Baş Marşal Arçil Gelovali 1978-ci il avqustun 19-da Moskvada vəfat etdi. Xəstəxanada hərbi jurnallardan birinə qısa müsahibə verdi:
" Əsl inşaatçı ancaq öz peşəsini sevən biri ola bilər, hətta ondan da çoxu – xalq… "
Moskvada Novodeviçye qəbiristanlığında dəfn edilib.[6]
Gelovani ümumilikdə 37 mükafata layiq görülüb, o cümlədən aşağıdakılar: