Böyük Tağlar (əvvəlki adı: Metstağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Metstağlar kəndi Böyük Tağlar kəndi adlandırılmışdır.[3] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Böyük Tağlar kəndi 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
Böyük Tağlar | |
---|---|
39°37′06″ şm. e. 46°57′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 902 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrdə burada gəlmə ermənilər yerləşdirildikdən sonra kəndin adı tədricən erməniləşdirilərək Metstağlar (mets ermənicə "böyük" deməkdir) kimi rəsmiləşdirilmişdi. Toponimin əsasını təşkil edən taq/tağ sözü türk dillərində "sahə", "məhəllə", "yer" mənasındadır, -lar cəm şəkilçisi, böyük isə fərqləndirici sözdür. 1992-ci ildən kəndin adı özünə qaytarılmışdır.[5]
Böyük Tağlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
237 | Məbəd[6] | 1241-ci il | Böyük Tağlar kəndi | Memarlıq | Ölkə |
1118 | Tağlar mağarası[7] | Daş dövrü | Böyük Tağlar kəndi | Arxeoloji | Ölkə |
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[8] | XXXX | XXXX | XXXX |
2009[9] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.