Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum.
Aran Film Yaradıcılıq Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulları |
sənədli filmlər qısametrajlı bədii filmlər |
Təsis tarixi | 3 sentyabr 2016 |
Bağlanma tarixi | 3 sentyabr 2020 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Struktur | |
Ana şirkət | ARB Aran |
Rəhbərlik | |
Təsisçilər |
İqbal Məmmədəliyev (direktor) Tahir Tahiroviç (bədii rəhbər) |
Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb.
Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur.
Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.[1]
2017-ci ildə Həştərxanda keçirilən Üçüncü Xəzər Mediaforumunda "Aranfilm" yaradıcılıq mərkəzi "İnsan və Dəniz" nominasiyasına layiq görülüb.[2] 2018-ci ildə "Gecikmə" filmi iştirak üçün "Zolotoy Vityaz" beynəlxalq kinofesivalının müsabiqə proqramına daxil edilib.[3][4] 2018-ci ildə "Gecikmə" filmi XIV Kazan Beynəlxalq Müsəlman Film Festivalının müsabiqə proqramına daxil edilib.[5] "Xilas" filmi 19 sentyabr 2018-ci ildə Xəzər Mediaforumu çərçivəsində Həştərxanda keçirilən kino müsabiqəsində ikinci yer tutub.[6] "Xalisin arzuları" qısametrajlı bədii filmi 2018-ci ilin noyabrında "Şəki, mən səni sevirəm" müsabiqəsinin "Ən yaxşı bədii film" nominasiyasında mükafata layiq görülüb.[7] Mərkəz 3 aprel 2019-cu ildə "Aprel Fərmanı" filminin istehsalına görə, Samux rayon Heydər Əliyev Mərkəzinin "Təşəkkürnamə"si ilə təltif edilmişdir. 18 oktyabr 2019-cu ildə mərkəz "İlin uğurlarına görə" nominasiyasında X The First Beynəlxalq Mükafatına layiq görülmüşdür. "Gecikmə" filmi 21 noyabr 2019-cu ildə 11-ci "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına layiq görülüb.