Ararat Melkumyan

Ararat Mikayeli Melkumyan (erm. Արարատ Միքայելի Մելքումյան; 1 fevral 1973, Qırmızı Bazar, Martuni rayonu, DQMV, Azərbaycan SSR) — Ermənistan hərbçisi, general-mayor, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Martuni vilayəti administrasiyasının keçmiş rəisi (2019–2021), Qondarma DQR Təhlükəsizlik Şurasının keçmiş katibi (7–16 yanvar 2023), DQR Milli Təhlükəsizlik Xidmətinin direktoru.[1]

Ararat Melkumyan
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1973(1973-02-01) (50 yaş)
Doğum yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Rütbə general-mayor
Təltifləri 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)
Artsax Qəhrəmanı 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan)

Həyatı[redaktə | mənbəni redaktə et]

Ararat Melkumyan 1 fevral 1973-cü ildə Azərbaycan SSR-nin Martuni rayonunun Qırmızı Bazar kəndində anadan olmuşdur. Ailəsi altı uşaqdan ibarət idi. Məktəbi bitirdikdən sonra Moskva Hüquq İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1992-ci ildə Xocavənd şəhərinə gedərək və Qırmızı Bazarda dislokasiya edilmiş erməni separatçı dəstəsinə daxil edilmişdir. Onun komandirləri müharibə cinayətkarları Monte MelkonyanMovses Akopyan idi.

Rota komandiri olmuşdur. 1994-cü ildə DQR-nin 2-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. Daha sonra Moskva Silahlı Qüvvələr Akademiyasında təhsilini davam etdirmiş, sonra Dağlıq Qarabağ Müdafiə Ordusunun əsas bölmələrindən birində xidmət etmişdir. N saylı hərbi hissəsinin komandiri olmuşdur. 2016-cı ildə öz dəstəsi ilə Aprel döyüşlərində iştirak edib və Ermənistanın 1-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.[2] 2018-ci ilin fevral ayında Ermənistan Müdafiə Nazirliyinin 1-ci hərbi hissəsinin komandiri təyin edilmişdir.[3][4] 2019-cu ilin iyul ayından Martuni rayon icra başçısıdır.[5]

2021–2023-cü illərdə Dağlıq Qarabağ Respublikası Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini vəzifəsində çalışmışdır. 2023-cü il yanvarın 7-dən 16-dək Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutmuşdur. Ararat Mikayeli Melkumyan İkinci Qarabağ müharibəsində DQR qarşısında müstəsna xidmətlərinə görə DQR Prezidenti Arayik Arutyunyan tərəfindən "Artsax Qəhrəmanı" ali tituluna layiq görülmüşdür.[6]

General-mayor hərbi rütbəsinə malik idi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Մարտունու շրջանի վարչակազմի ղեկավար Արարատ Մելքումյանին Արցախի հերոսի կոչում է շնորհվել". Hetq.am. 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  2. "Արարատ Մելքումյան. մեկնել է գրավված դիրքերի շրջան եւ կասեցրել հակառակրդի առաջխաղացումը". Armtimes.com. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  3. "Արարատ Մելքումյանը նշանակվել է 1-ին զորամիավորման հրամանատար". artsakhpress.am. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  4. Սարոյան, Նազենիկ. "Գնդապետ Արարատ Մելքումյանը նշանակվել է 1-ին զորամիավորման հրամանատար | Razm.info". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  5. "Արարատ Մելքումյանը նշանակվել է Մարտունու շրջանի վարչակազմի ղեկավար". artsakhpress.am. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  6. "Արարատ Մելքումյանին շնորհվել է «Արցախի հերոս» բարձրագույն կոչում". www.panorama.am. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]