İrəvan dialekti (erm. Երևանի բարբառ Yerevani barbař) — şərqi erməni dilinin İrəvan və onun ətrafında danışılan dialekti.[1] Qrabar sözləri İrəvan dialektinin lüğət tərkibinin əhəmiyyətli hissəsini təşkil edir. Tarix boyu bu dialekt bir çox dillərin, xüsusən də rus və fars dillərinin təsirinə məruz qalmışdır və bu gün çoxlu alınma sözlər var. Bu gün erməni dilinin ən geniş yayılmış dialektidir.[2]
Tarixən bu dialekti əsasən danışıldığı Ağrı vadisinə istinadən Ararat dialekti kimi tanınırdı. XIX əsrdə müasir ədəbi erməni dilinin yaradılması üçün səylər göstərilmişdir. 1841-ci ildə erməni yazıçısı Xaçatur Abovyan İrəvan dialekti yazdığı "Ermənistanın yaraları" romanını tamamlamışdır. 1918-ci ildə İrəvan Birinci Ermənistan Respublikasının paytaxtı elan edildiyinə görə İrəvan dialektinin əhəmiyyəti artmışdır. Sovet dövründə şərqi erməni dili və İrəvan dialekti üstünlük təşkil edən rus dilinin güclü təsiri altına düşmüşdür və 1980-ci illərin sonunda ruslaşdırma erməni dilinin gələcəyi üçün zərərli hesab edilmişdir.[3]
Bu gün İrəvanda yaşayan ən azı 1 milyon insan danışıq ermənicəsinin əsasını təşkil edən İrəvan dialektində danışır.[4][5] Bundan əlavə, Ermənistanda, qondarma Dağlıq Qarabağ Respublikasında və Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda faktiki olaraq bütün dialektika təhsil sistemi vasitəsilə İrəvan dialektinin təsiri altındadır.[3] 1980-ci illərin sonundan xarici ölkələrə köçmüş ən son erməni mühacirləri İrəvan dialektində danışırlar.[6]