Arayik Arutünyan

Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018),[1] başçısı (21 may 2020 – 31 avqust 2023).[2]

Arayik Harutyunyan
erm. Արայիկ Հարությոնյան
21 may 2020 – 31 avqust 2023
ƏvvəlkiBako Saakyan
SonrakıSamvel Şahramanyan
2017 – 2018
14 sentyabr 2007 – 25 sentyabr 2017
Şəxsi məlumatlar
Doğum tarixi 14 dekabr 1973(1973-12-14) (50 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Elmi dərəcəsi

Təltifləri 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır.[3]

31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir.[4] 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib.[5]

Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.[6]

  • 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur.
  • 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
  • 1996–1998 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadçiyyat sahəsi üzrə aspiranturasında təhsil almışdır.
  • 2013-cü ildə dissertasiya müdafiə edərək texniki elmlər namizədi adını almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1992 — qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz silahlı dəstələrinə qoşulub, Qarabağ müharibəsində separatçı kimi döyüşlərdə iştirak edib.
  • 1995–1997 — qondarma respublikanın iqtisadiyyat və maliyyə nazirinin köməkçisi kimi fəaliyyət göstərib.
  • 1997–1999 — "Armaqrobank"ın Əsgəran filialının rəhbəri vəzifəsində çalışıb.
  • 1999–2004 — "Armaqrobank"ın Xankəndi filialının rəhbəri vəzifəsində çalışıb.
  • 2005–2007 — qondarma respublikanın parlamentinin deputatı, "Azat Ayenik" ("Azad Vətən") partiyasının sədri, "Vətən" fraksiyasının rəhbəri olub.
  • 2009 — yenidən "Azat Ayenik" partiyasının sədri seçilib.
  • 14 sentyabr 2007 — qondarma respublikanın başçısı Bako Saakyanın təqdimatı ilə parlament tərəfindən baş nazir seçilib.
  • 2010-cu ildə rəhbərlik etdiyi "Azat Ayenik" partiyası qondarma respublikanın parlamentinə keçirilən seçkilərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib.
  • 2012-ci ilin sentyabrında qondarma respublikanın başçısı Bako Saakyanın təqdimatı ilə baş nazir seçilib.
  • 25 sentyabr 2017 – 6 iyun 2018-ci illərdə qondarma respublikanın dövlət naziri olub.[7]
  • 31 mart 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutub.[8]
  1. "Смена министра "не означает изменения курса внешней политики"". 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  2. "Արցախի նորընտիր նախագահի երդմնակալության արարողությունը տեղի կունենա մայիսի 21-ին". 2020-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  3. Cumhurbaşkanı Yardımcısı Haciyev: "Sözde Dağlık Karabağ Cumhuriyeti Başkanı Araik Harutyunyan ağır yaralandı"
  4. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
  5. "Qarabağdakı separatçıların rəhbəri "istefa" ərizəsini təqdim etdi". Oxu.Az (az.). 2023-09-01. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-12.
  6. "DTX və Baş Prokurorluqdan məlumat: Arayik Arutyunyanın Bakıya gətirilməsinin kadrları - VİDEO". Oxu.Az (az.). 2023-10-05. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-12.
  7. "Правительство Нагорно-Карабахской Республики. Государственный министр". 2020-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  8. "Стало известно имя лидера на выборах президента Нагорного Карабаха". 2020-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.