Samvel Şahramanyan

Samvel Sergeyi Şahramanyan (erm. Սամվել Սերգեյի Շահրամանյան; 1 dekabr 1978, Stepanakert) — Ermənistan siyasətçisi və dövlət xadimi, DQR-nin keçmiş dövlət naziri (31 avqust 2023 – 10 sentyabr 2023), başçısı (10 sentyabr 2023 — 4 oktyabr 2023). O, əvvəllər qondarma DQR-nin Milli Təhlükəsizlik Xidmətinin direktoru, [1] Ermənistan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olmuşdur. General-mayordur.[2]

Samvel Şahramanyan
Samvel Sergeyoviç Şahramanyan
erm. Սամվել Սերգեյի Շահրամանյան
10 sentyabr 2023 – 4 oktyabr 2023
ƏvvəlkiArayik Harutyunyan Davit İşxanyan (s.i.)
Sonrakıvəzifə ləğv olunub
31 avqust 2023 – 10 sentyabr 2023
ƏvvəlkiQurgen Nersisyan
SonrakıArtur Arutyunyan
Şəxsi məlumatlar
Doğum tarixi 1 dekabr 1978(1978-12-01) (45 yaş)
Doğum yeri
Təhsili
  • Xankəndi Pedaqoji İnstitutu[d] (–1999)
Fəaliyyəti siyasətçi
Uşağı 3
Rütbəsi general-mayor

Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olmuşdur, 1998-ci ildə Xankəndi Universitetinə keçmiş və 1999-cu ildə oranı bitirmişdir.[3]

Şahramanyan 1996–1999-cu illərdə Qarabağda silahlı dəstələrdə xidmət etmişdir. O, 1999–2008-ci illərdə Rusiyada xidmət etmişdir. Şahramanyan Rusiya tərəfindən silahlanan DQR-nin milli təhlükəsizlik xidmətinin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət etmişdir.[3]

29 may 2020-ci il tarixdə general-mayor olmuşdur.[3]

  1. "Արցախը նոր ոստիկանապետ և ԱԱԾ տնօրեն ունի". 2023-08-31 tarixində arxivləşdirilib.
  2. "«Սա միանշանակ չի ընդունվել». Արայիկ Հարությունյանը նոր նախարարին շնորհել է գեներալ-մայորի կոչում". 2023-08-31 tarixində arxivləşdirilib.
  3. 1 2 3 "Xankəndi separatçılarının yeni rəhbəri kimdir? - Dosye". Axar.Az. 31 avq 2023. 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.