Arctia caja

Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü.

Kaya ayıcası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Yarımtriba:
Cins:
Növ:
Kaya ayıcası
Beynəlxalq elmi adı

Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür. Qarıncığı arxa qanadın rəngindədir, qırmızıdır.

Avropa, Ön Asiya, Qafqaz, Orta Asiya, Qazaxıstan, Sibirdən Sakit okeanın sahillərinə qədər, Şimali Çin, Koreya, TibetHimalay, Yaponiya, Şimali Amerika, Azərbaycanda isə Quba-Xaçmaz, Şəki-Zaqatala bölgəsi, Lənkəran, Dağlıq QarabağNaxçıvan MR-da yayılmışdır.

Dağətəyi və dağ meşələrinin açıqlığında, tuqay meşələrində. Həyat tərzi ətraflı öyrənilmişdir. Tırtılı müxtəlif yaşlarda qışlayır. Əsasən ot bitkiləri və bir çox kol bitkiləri ilə qidalanır. Tozağacı, söyüd, moruq, çiyələk, böyürtkənçuğundura zərər verir. Kəpənəyi iyun, iyul və avqust aylarında uçur. 2 nəsil verir.

Azsaylıdır. Naxçıvandan 3 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, tuqay meşələrinin qırılması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.