Arif Ələsgər

Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).

Arif Ələsgərov
Doğum tarixi 18 mart 1944(1944-03-18) (80 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam, qrafika ustası[d]
Təhsili
Janr portret
Mükafatları 3-cü dərəcəli "Əmək" ordeni
Azərbaycan Respublikasının əməkdar rəssamı

Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V. İ. Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir.[1] 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır.

Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir. Rəssamın çoxsaylı kompozisiyalarının, eləcə də "Ayaqqabıçı", "Xatirələr", "Balıqçı" və başqa əsərlərinin leymitivini nostalgiya, Bakı mühiti, milli-mədəni köklərə bağlılıq təşkil edir. Arif Ələsgərovun qrafik lövhələri üçün şərti ifadə tərzinin bədii estetikliyini saxlamaq xasdır. Onun yaradıcılığının bu istiqamətində "Qocalar-idmançılar" və "Bizim veteranlar" adlı iki böyük silsilə əsas yer tutur.[2]

2000-ci illərdə rəssamın yaradıcılığında dekorativ şərti başlanğıca meyl daha da güclənir, konkret motivlərin ümumiləşdirilməsi, "İpək yolu", "Gənc ailə", "Ağaclar" kimi əsərlərində lirik obrazlığa nail olmaq cəhdi üstünlük təşkil edir. Arif Ələsgərov yaradıcılığının mövzu və bədii obrazlar dairəsi müxtəlifdir. Bəzən rəssamın mücərrəd yaradıcı təfəkkürü onu hər hansı fiqurativlikdən tamamilə azad olan əsərlər yaratmağa sövq edir. Bu əsərlərdə real aləmin əşya və personajlarına eyham olmur. Onun "Həyatın başlanğıcı", "Göy qurşağı", "Röya", "Köhnə həyət" və başqa əsərlərində harmoniya və sakitliyin hökm sürdüyü gizli daxili aləm öz əksini tapır.[2]

Arif Ələsgərov 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fondu, Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, Parisdəki Azərbaycan Səfirliyində, eləcə də Polşa, Macarıstan, Yaponiya, İtaliya, Fransa, ABŞ, İngiltərə, Finlandiya, Almaniya, Lüksemburq, NorveçTürkiyədə şəxsi kolleksiyalarda saxlanılır.[2]

Rəssam "Estamp tarixi və ofort" və "Dizaynda kompozisiya" adlı kitabların müəllifidir.[3][4]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Qrafik improvizələr ustası". "Kaspi" qəzeti. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  2. 1 2 3 Həsənzadə, Cəmilə. Arif Ələsgər. Bakı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2014. səh. 4.
  3. "Əməkdar rəssam Arif Ələsgərovun yubiley sərgisi". "Mədəniyyət" qəzeti. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  4. "Arif Ələsgərovun 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçiriləcək". trend.az. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  5. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
  6. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.