İmanlar — Azərbaycan Respublikasının Laçın rayonunda kənd.[1]
İmanlar | |
---|---|
39°51′18″ şm. e. 46°17′26″ ş. u.HGYO | |
Ölkə | |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşayış məntəqəsi XIX əsrdə bir qrup ailənin Xaçınyalı adlı yüksəklikdə məskunlaşması nəticəsində yaranmışdır.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. İmanlar kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra İmanlar Laçın rayonunun tərkibinə daxil edilmişdir.[4]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Kəndin əhalisi kürd mənşəli[7][8][9] hacısamlı camaatındandır.[10]