Armagedon (Türkiyə-İsrail Gizli Müharibəsi)

Armagedon / Türkiyə-İsrail Gizli Müharibəsi (türk. Armagedon / Türkiye-İsrail Gizli Savaşı) — Aydoğan Vətəndaşın 1996-cı ildə yazdığı tədqiqat əsəri.

Armagedon
türk. Armagedon / Türkiye-İsrail Gizli Savaşı
Müəllif Aydoğan Vətəndaş
Orijinalın dili Türkcə
Ölkə Türkiyə Türkiyə
Orijinalın nəşr ili 1996
Rəssam Abdülhamit Kahraman
Seriya Pərdə arxası
Nəşriyyat Timaş
Nəşr 34
Cild Nazik
Səhifə 168 (+24)
ISBN ISBN 975-362-332-1

Kitab nəşr olunduqdan sonra 5 dəfə məhkəməyə verilmiş, əvvəlcə satışı qadağan olunmuş, daha sonra isə bəraət almışdır.[1]

Beş ayrı məhkəmədə mühakimə olunaraq yığışdırılan və sonda bəraət alan bu kitab Türkiyənin gizli, lakin gerçək tarixidir. Körfəz müharibəsindən Rahatlığı Təmin Əməliyyatı (ing. Operation Provide Comfort), Kürd Dövləti layihəsindən Susurluğa, Uğur Mumcu sui-qəsdindən Əşrəf Bitlis cinayətinə, "Muavenet" hadisəsindən ordu içərisindəki təşkilatlanmaya qədər gizli qalmış bir çox hadisə, tam fərqli bir üslubla, bütün sənədləriylə birlikdə yenidən araşdırılıb.

  1. Havva Setenay İlhan. "Riski seven bir yanım var". Yeni Şafak (türk). 2001-02-28. İstifadə tarixi: 2024-02-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]