Armin Vambery

Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius VámbéryAlmanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünastürkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus.

Armin Vamberi
mac. Ármin Vámbéry
Doğum tarixi 19 mart 1832(1832-03-19)[1][2]
Vəfat tarixi 15 sentyabr 1913(1913-09-15)[1] (81 yaşında) və ya 19 sentyabr 1913(1913-09-19)[3] (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti tədqiqatçı-səyyah[d], yazıçı, şərqşünas, coğrafiyaşünas
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi.

Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb. O vaxtlarda Türk tarixindən bəzi kitabların tərcümələrini çap etdi və ayrıca Almanca-Osmanlıca bir lüğət də nəşr etdi (bax. əsərləri).

Orta Asiyada Əmin Vamberinin səyahət xəritəsi
Orta Asiyada Əmin Vamberinin səyahət xəritəsi

Macar Elmlər Akademiyasının dəstəyi ilə Vámbéry sünni bir dərviş libaslı olaraq 1861-1864-çü illər arasında o vaxtlarda Avropalılarca haradasa bilinməyən Ermənistan, İran ve Türkistan ölkə və dövlətlərini gəzdi və coğrafiya, etnoqrafiya və filologiya sahələrində dəyərli nəticələrlə vətəninə qayıtdı. İngilis Geologiya İnstitutu xidmətində və İngilis bir casus olaraq təxəllüs Rəşid Əfəndi adı ilə İstanbul üzərindən gəmi ilə Trabzona, oradan karvanlarla əvvəlcə Təbrizə, ardınca Tehrana, QumaXəzər Dənizinin cənubi sahilindən Buxara, Səmərqənd, XivəHərata səyahət etdi. Travels and Adventures in Central Asia (Mərkəzi Asiyada Səyahətlər və Macəralar) adlı səyahətnaməsi 1864-çü ildə çap edildi və hamı Avropada böyük maraq gördü. Rusiyaya qarşı Mərkəzi Asiyada ali hakimiyyət qazanma cəhdində olan İngiltərədə Vamberi xüsusilə isti qarşılandı.

Arminius Vámbéry

Asiyadan 1864-çü ilin baharında qayıtdıqdan sonra Londonda böyük şövqlə qarşılandı. Ardında Budapeşt Universitetində şərq dilləri üzrə professorluq verildi (1865-1905-çi il). Vamberi Fino-Uqor dil nəzəriyyəsinin qəti düşmənidi. Fin ve Macar dilləri arasında əlaqənin varlığını qəbul etməyən Vamberi Macar dilini Uqor elementləri olan bir Türk dili olaraq görürdü. Müasir dilşünaslar arasında bu nəzəriyyə daha qəbul edilmir. Macar dili Türkcədən təsirlənən bir Uqor dili olaraq qəbul edilir. Məşhur şərqşünas İgnats Goldziher Vamberinin tələbələrindəndi.

Vamberinin oğlu Rustem Vamberi (1872–1948), cinayət üzrə hüquqşünas və siyasətçi idi. 1902-çi ildə Budapeşt Universitetinin Hüquq Fakültəsinin üzvü oldu və 1919-çu ildə professor olaraq həmin fakültənin başçılığına yətirildi. 1918-çi ildə Macarıstan Milli Məclisində deputat oldu.

Vamberi Osmanlı İmperiyasında yaşadığı illərdə Osmanlı Soltanı II Əbdülhəmidin dostluğunu qazanmışdı. Siyasi sionizmin atası Teodor Hertsl-ə yazdığı məktublarda Əbdülhəmid üçün yidiş dilində təhqirli "mamser-ben-nennide" (= fahişənin oğlu, piç) sözlərini işlədirdi. O vaxtlarda meydana çıxan siyasi sionizmi dəstəklədiyi üçün 1901-ci ildə Hertsl üçün Osmanlı soltanından görüşmə icazəsini aldı.

1900-cü ildə Vamberi Əbdülhəmidin yanına çıxmışdı. Hertsl soltanla görüşə bilmək üçün elindən gələni etdi ama müvəffəq ola bilmədi. Sonunda Hertsl Vamberini Tirolda ziyarət etdi (16 İyun 1900-cü il). Hertsl gündəliyində bu ziyarət haqqında bunları yazır:

"Yetmiş yaşlı bu axsaq Macar yəhudi həyatımda tanıdığım ən maraqlı insandır. Türk ya İngilis olduğuna özü də qərar verə bilməmişdir. Eyni mükəmməlliklə 12 dili danışır, 5 ayrı dini qəbul etdi və bunlardan ikisində keşiş olub. Bu qədər dini yaxından tanıyan bir insanın ateist olması əlbəttə gözlənir. Mənə şərq ölkələrindən 1001 gəcə nağıllarını anlatdı, soltanla olan dostluğunu tərif etdi. Mənə birinci dəqiqədən tam inandı və and içərək İngilis və Türk casusu olduğunu söylədi. Macarıstandakı professorluq titulu, yəhudilərə qarşı düşmən camaatın içində yaşadığı çətinliklərdən sonra insanların ona sayğı göstərilməsinə səbəb olurmuş. Mənə Türk dilində, bəzisi soltanın əl yazısı ilə yazılmış bir neçə gizli məktubları göstərdi, onları oxuya bilmədiyim üçün mövzularını bilmirəm. Yanımıza gələn Viliam Hexler-i o dəqiqə qovdu, mənimlə yalnız qalmaq istəyirdi. Sözlərinə belə başladı: "Mən pul arzulamıram. Mən zəngin bir kişiyəm. Qızıl bifştekslər yenilə bilməz. Çərək milyonum var, faizlərimin yarısını bilə xərcləmirəm. Sizə kömək edirsəmsə, davanız üçün kömək edirəm." Mənə planımızın hamı detallarını, pul və sair şeylərini soruşdu. Mənə dedi ki, göyə ki soltan ondan Avropa qəzetlərində Osmanlı Dövləti lehinə məsləhət verməsini istəyib, məndən də ona kömək etməmi istədi. Mən ona qeyri-səmimi cavab verdim. Görüşməmiz ərzində söhbəti hərdən həyatında başına gələn şeylərə çevirdi. Disraeli vasitəsilə İngiltərənin casusu olmuş. Türkiyədə əvvəlləri qəhvəxanalarda mahnılar söyləyirmiş, bir il yarım sonra Vəzir-i Azamın dostu olmuş. Dediyinə görə istəsə İstanbulda Ulduz Sarayında (soltanın Sarayında) qala bilirmiş fəqət qorxurmuş ki onu öldürmək istəyən çıxsın. Soltanın süfrəsində yemək yeyirmiş, həm də soltanla əyni qabdan barmaqları ilə amma zəhərlənməkdən qorxurmuş. Yüzlərcə belə şeylər dedi. Mən ona dedim ki, soltana yazsın, məni hüzuruna qəbul etsin. 1. Ona mətbuatlarda xidmət edə bildiyim üçün. 2. Mənim onu ziyarət etməyim onun Avropadakı etibarını yüksəldəcəyi üçün. Tərcüməçi olaraq sizi tərcih edirəm, dedim. Amma yay aylarında səyahət etmənin çətinliklərindən qorxur. Mənim üçün çalışar ya yox, onu bilmirəm… vidalaşanda mənə sarıldı və məni öpdü.…"

Vamberi Hertsl-ə qarşı pul istəmədiyini, pula görə yox, adil davanın haqqı üçün sionizmə çalışmaq istədiyini deyibsə də, soltanın hüzuruna çıxışı nizama salmaq üçün 5000 pound sterlinq və yəhudilərin Osmanlı Dövlətinə verəcəyi bir kredit araçılığı üçün komissiya üzrə yazılı bir təminat istədi.

1900-cü ilin dekabr ayında, qəzetlər Türkiyənin siyasi sionizm səbəbi ilə Fələstin üçün mühacirət qanunlarını çətinləşdirdiyini yazdı; bunun üzərinə Hertsl 28 Dekabr 1900-cü ildə Vamberiyə yazdı:

"Elə bilirəm ki bu pis deyil, əksinə yaxşı bir işarədir. Fahişə [Türkiyəni qəsd edir] qiyməti qaldırmaq istəyir. Onun üçün mənə sahib ola bilməzsən deyir. Düz demirəm?"

1991-ci ilin Yanvar ayında Hertsl soltana Vamberi vasitəsilə doğrudan təhdidlər göndərərək soltanı yola yetirməyə çalışdı. Osmanlı Dövləti yəhudilərin arzularına daha çox razılıq göstərməzsə, yəhudilər Türkiyənin mali qaynaqlarını kəsəcəkmiş.

Hertsl 1901-ci ilin Avqust ayında Vamberiyə yenədən məktub yazdı, məktubunda soltana sionistlərin nələr eləyə bildiyini təkrar açıqlamasını istəmişdi. Hertsl soltana bir dənə eskadra minonosu təmin edə bilərmiş, beləcə Osmanlılar Fransızlar qarşısında naçar qalmazlarmış (Fransızlar Osmanlıdan alacaqlarını ala bilmək üçün hərbi gəmilərlə Lesbos adasını işğal edib ancaq Osmanlı Dövləti borcunu hissə-hissə ödəməyi qəbul etdiyində adanı tərk etmişdi); Vamberiyə Yəhudilərin Fələstinə hicrət etmələri üçün lazım gələn gəmini kirayələmək üçün 300.000 Quldən verməyi təklif etdi; Vamberi pulu istədiyi kimi xərcləyə bilərdi, artan pulu özünə saxlaya bilərdi, mühüm olan nəticə imiş. Göyə pula ehtiyacı olmayan Vamberi bu məktuba müsbət cavab verdi. Lazım olarsa özü Osmanlı Hökumətində mühüm bir vəzifə ala biləcək və yaxud soltanı bilə devirə biləcəkmiş.[5].

Vamberi, Bram Stoker-in 1897-ci ildə yazdığı məşhur Drakula romanı üçün ilham qaynağı olmuşdu. Stoker 1890-ci ildə Vamberi ilə qarşılaşanda, Vamberi ona Rumıniyalı III Vlad Tsepeş-in (Drakula) hekayəsindən bəhs etdi. Stoker bu xarakterdən Vampir Drakula qəhrəmanını yaratdı.

  • Deutsch-Türkisches Taschenwörterbuch (Almanca-Türkcə Cib Lüğəti), Konstantiniyyə 1858
  • Abuschka (Çığatayca Lüğət, şərq əl yazmalarından çıxarışların tərcüməsi), Pest 1861 (Macar dilində)
  • Reisen in Mittelasien (Mərkəzi Asiyaya Səyahətlər), Leypsiq 1865, bir çox dilə tərcümə edilən əsəri;
  • Tschagataische Sprachstudien (Çığatay Dili üzərinə Tədqiqatlar), Leypsiq 1867
  • Meine Wanderungen und Erlebnisse in Persien (Farsda Gəzilərim və Maceralarım), Leypsiq 1867
  • Skizzen aus Mittelasien (Mərkəzi Asiyadan Surətlər), Leypsiq 1867
  • Uigurische Sprachmonumente und das Kudatku-Bilik (Uyğur Dil Abidələri və Qutadqu-Bilik, Insbruk 1870
  • Geschichte Bocharas (Buxaranın Tarixi). Ştutqart 1872, 2 cild haldə
  • Der Islam im 19. Jahrhundert (19. Əsirdə İslam), Leypsiq 1875
  • Sittenbilder aus dem Morgenland (Şərq Dövlətlərində Ənənələr), Berlin 1876
  • Etymologisches Wörterbuch der turkotatarischen Sprachen (Türk-Tatar Dillərinin Etimolojik Lüğəti), Leypsiq 1878
  • Die primitive Kultur des turkotatarischen Volkes auf Grund sprachlicher Forschungen (Türk-Tatar Xalqının Primitiv Mədəniyyəti – Dil Təqdiqatlarına İstinadən), Leypsiq 1879
  • Der Ursprung der Magyaren (Macarların Kökəni), Leypsiq 1882
  • Das Türkenvolk (Türk Xalqı), Leypsiq 1885
  • Die Scheibaniade, ein özbegisches Heldengedicht (Şeybaninamə, Özbək Dastanı), Mətn və Tərcüməsi, Budapeşt 1885
  • Constantin von Wurzbach: Avusturya İmparatorluğunun Biyografik Ansiklopedisi, Bölüm: Vámbéry, Hermann, 49. cild, s. 239 vd., Vyana 1884. literature.at
  • 15 Sentyabr 1913-çü il tarixli Pester Lloyd qəzətində çıxan nekroloqu (Almanca) (PDF)
  • Salomon Wininger: Grosse Jüdische National-Biographie mit mehr als 11.000 Lebensbeschreibungen namhafter jüdischer Männer und Frauen aller Zeiten und Länder. Ein Nachschlagewerk für das jüdische Volk und dessen Freunde (Bütün Zamanların və Ölkələrin Ünlü Yəhudi Kişilərə aid 11.000 həyat həkayəsilə Yəhudi Millətinin Böyük Bioqrafiyası), 6. cild, Tipografia "Arta", Çernovits (1931), s. 173 v.d.
  • Lory Alder, Richard Dalby: The Dervish of Windsor Castle. The Life of Arminius Vambery (Vindsor Sarayı Dərvişi), London 1979.
  • Peter Haber, Erik Petry, Daniel Wildmann: Jüdische Identität und Nation. Fallbeispiele aus Mitteleuropa (Yəhudi Kimliyi və Milləti. Orta Avropa Misalləri), Bölüm: Sprache, Rasse, Nation. Der ungarische Turkologe Ármin Vámbéry (Dil, İrq, Millət. Macar Türkologu Armin Vámbéry), Köln 2006, s. 19–49; ISBN 3-412-25605-6.
  • Ruth Bartholomä: Von Zentralasien nach Windsor Castle. Leben und Werk des ungarischen Orientalisten Arminius Vámbéry (1832–1913) (Orta Asiyadan Windsor Sarayına. Macar Şərqşünas Armin Vamberinin Həyatı və Çalışmaları), Ergon Nəşriyyat, Vürtsburq 2006, ISBN 3-89913-499-0.
  • Mim Kamal Ökə: Saraydakı Casus: Gizli Vəsiqələrlə Əbdülhəmid Dövrü və İngilis Casusu Yəhudi Vamberi, İrfan Nəşriyyat, İstanbul 2009, ISBN 9-75341-048-8.
  • Mim Kamal Ökə: Vəsiqələrlə Bir Beynəlxalq Casusun Həyat Hekayəsi, Bilge Nəşriyyat, İstanbul 1985.
  • Mim Kamal Ökə: İngilis Casusu Prof. Arminius Vamberinin Gizli Reportlarında II Əbdülhəmid və Dövrü, Üçdal Nəşriyyat, İstanbul 1983.
  • Cəmal Qutay: Saxta Dərviş, Aksoy Nəşriyyat, İstanbul 1998, ISBN 975-8263-22-6.
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Ármin Vámbéry // Brockhauz Ensiklopediyası (alm.).
  3. Find a Grave (ing.). 1996.
  4. Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. Theodor Herzl, Məktublar və Gündəliklər, 7 cild, Berlin/Frankfurt Mayn/Vyana, 1983-1996-cı il

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]