Arzu-Qəmbər dastanı— İraq-Türkman və Azərbaycan folklorunda ən məşhur dastan
"Arzu-Qəmbər" dastanı xalq məişətini, onun inam və etiqadını, mərasimlərini, adət-ənənələrini parlaq şəkildə əks etdirir[1]. Bu hekayə türkmənlərin İslam dinini qəbul etmələrindən sonra yazılmışdır. “Arzu ilə Qamber” bir türkmən dastanıdır. XVI-XVII yüzilliklər Ağqoyunlu və ya Qaraqoyunlu Türkmən dövlətləri zamanında İraqda tamamlanmışdır [2]. Kimin tərəfindən yazıldığı bilinməyən bu hekayə Osmanlı imperiyasının son dövrlərində Anadolu rəvayəti olaraq daş basması, daha sonra da mətbəə hərfləri ilə basılmışdır. Original mətninə hələlik rast gəlinməyib [3]. Dastan Kərkük ləhcəsinin bariz nümunəsi olduğundan İraq(1964), İran(1967) və Türkiyədə(1971), Bakıda təkrar-təkrar çap olunub [3],[4], [5]. Dastanın Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Qarayazı və s. variantları olsa da, işıq üzü görməmişlər [6]. "Arzu-Qəmbər" xalq nağılları ilə bağlı olan dastanlardandır. Dastanın müqəddiməsi nağıl pişrovu ilə başlayır. Dastanda hadisələr iki sevgilinin - Arzu və Qəmbərin bir-birinə qovuşması uğrunda mübarizəsini əks etdirir. Dastanın qəhrəmanı Qəmbər XVI-XVII yüzilliklər arasında İraqda yaşamış bir türkmən şairidir [7] Dastan çoxvariantlıdır. Buna görə də dastanın məzmununda müəyyən fərqliliklər mövcuddur.