Füzuli Hacıyev (4 aprel 1956, Siyəzən) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995–2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), tarix elmləri üzrə fəlsəfə doktoru.
Füzuli Hacıyev | |
---|---|
22 iyun 2002-ci il – 2 aprel 2007-ci il | |
Əvvəlki | Novruz Novruzov |
Sonrakı | Rövşən Bağırov |
4 avqust 1995-ci il – 22 iyun 2002-ci il | |
Əvvəlki | Firudin Əhmədov |
Sonrakı | Mövsüm Bədirxanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 aprel 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | tarixçi |
|
|
Təltifləri |
Füzuli Mirzə oğlu Hacıyev 1956-cı il aprelin 4-də Siyəzən şəhərində anadan olmuşdur. 1973-cü ildə Siyəzən şəhər 2 saylı orta məktəbini, 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, daha sonra isə aspiranturanı bitirmişdir.
1977–1992-ci illərdə Dəvəçi və Siyəzən rayonlarında orta məktəblərdə tarix müəllimi işləmişdir.
1992-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 1992–1995-ci illərdə Siyəzən Rayon Xalq Deputatları Sovetinin sədri, 1995–2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı[1], 2002–2007-ci illərdə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı[2] vəzifələrində çalışmışdır.
1990–1995-ci illərdə Şabran (Dəvəçi) Rayon Xalq Deputatları Sovetinin və Siyəzən Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
2007-ci ilin aprel ayında SOCAR Eİ ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur[3].
2000-ci ildə "XVIII-XIX əsrin birinci otuzilliyində Azərbaycan — Dağıstan münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
Yeni Azərbaycan Partiyasının üzvü, bir kitabın (ali məktəblər üçün dərslik) müəllifidir. "Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanına və "Ən yaxşı əyalət məmuru" nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ailəlidir üç qızı, bir oğlu var.