Aslan Aslanov (jurnalist)

Aslanov Aslan Əhməd oğlu (18 avqust 1951, Cəbrayıl rayonu) – Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin keçmiş sədri. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2000), "Tərəqqi" medalı (2005), "Vətənə xidmətə görə" ordeni (2010), "Şöhrət" ordeni (2011), "TÜRKSOY-un 20 illiyi" yubiley medalı (2014), Həsən bəy Zərdabi, "Qızıl qələm", "Ali Media", "MDB-nin yubiley gümüş medalı" mükafatları laureatı.

Aslan Aslanov
Aslanov Aslan Əhməd oğlu
Doğum tarixi (72 yaş)
Doğum yeri Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları

"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2000

"Şöhrət" ordeni "Tərəqqi" medalı — 2005 "Dostluq" ordeni (Rusiya)1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20213-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2010

Tərcümeyi-hal[redaktə | mənbəni redaktə et]

Aslan Aslanov 1951-ci il avqustun 18-də Cəbrayıl rayonunda anadan olub. 40 ildən artıqdır ki, mətbuatda çalışır.

1975-ci il — Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1975–1992-ci illər – respublikanın müxtəlif qəzetlərində, o cümlədən "Kommunist" qəzetində işləyib.

1992-ci il — AzərTAc-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb.

1997-ci il — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə AzərTAc-ın baş direktorunun birinci müavini təyin edilib.

2002-ci ilin oktyabrı — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə AzərTAc-ın baş direktoru təyin olunub[1].

1993-cü ildən 2002-ci ilədək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib.

1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2007-ci il dekabrın 12-dən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) büro üzvüdür[2].

2004-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, 2006-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, 2010-cu ildən Rusiya Elmlər Akademiyası Rusiya Fəlsəfə Cəmiyyətinin üzvüdür.

2008-ci ildən Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir[3].

2011-ci il iyunundan 2013-cü ilin martınadək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 14 ölkənin informasiya agentlikləri alyansının – BSANNAnın prezidenti olmuşdur.

2013-cü ilin sentyabrında OANA-nın vitse-prezidenti seçilib.

2013-cü ildə "Dünya Reytinqi" üzrə Beynəlxalq Ekspert Şurasının üzvü seçilib.

2013-cü ilin noyabrında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvü seçilib.

2015-ci il martın 10-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü seçilib[4].

2016–2019-cu illər üçün Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti olub.[5]

2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İnformasiya Agentlikləri Birliyinin İcraiyyə Şurasının üzvü seçilib.[6]

2018-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib[7]

2019-cu il noyabrın 8-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının vitse-prezidenti seçilib.[8]

19 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.[9]

Ailəlidir, bir oğlu var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Heydər Əliyev və AzərTAc". Bakı, 2005.
  • "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol". Bakı, "Şərq-Qərb", 2008, 184 səh.
  • "AzərTAc-90". Bakı, 2011.
  • "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri". Bakı: "Azərnəşr", 2012, 224 səh.
  • Dövlət siyasətinin informasiya təminatı. Bakı, "Şərq-Qərb", 2013, 620 səh.
  • İnformasiya yaradıcılığı: Standartlar və yeni yanaşmalar. Dərslik. Bakı, "Şərq-Qərb", 2016, 200 səh.
  • Media və zamanın çağırışları. Bakı, 2017, 477 səh.
  • Haber oluşturma: Standartlar və yeni yaklaşımlar. Ankara, Bengü Yayınları, 2020, 190 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. A. Ə. ASLANOVUN AZƏRBAYCAN DÖVLƏT TELEQRAF AGENTLİYİNİN (AZƏRTAC-ın) BAŞ DİREKTORU TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
  2. "OANA Executive Board". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
  3. TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN BAKIDA KEÇİRİLƏN VII İCLASI QURUMA YENİ ÜZVLƏRİN QƏBUL EDİLMƏSİ İLƏ BAŞA ÇATMIŞDIR
  4. ""YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  5. "AZƏRTAC noyabrın 17-dən Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyə başlayıb". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.
  6. "AZƏRTAC İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi İcraiyyə Şurasının üzvü seçilib". 2018-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-14.
  7. "A.Ə.Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi haqqında". 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-07.
  8. Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında sədrlik Yonhap agentliyinə keçib
  9. A. Ə. Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  10. A. Ə. Aslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  11. "О награждении Орденом Дружбы Генерального директора "АзерТадж" А.А.Асланова". 2014-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-07.
  12. "Генеральный директор АзерТАдж Аслан Асланов удостоен юбилейной "Серебряной медали СНГ"". 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
  13. Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə "TÜRKSOY-un 20 illiyi" yubiley medalı təqdim edilmişdir
  14. "A.Ə.Aslanovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]