Asorustan (pəhl. 𐭠𐭮𐭥𐭥𐭮𐭲𐭭) — 226–637-ci illərdə Sasanilərin Assuriya və Babilistanı əhatə edən vilayəti.[1][2]
Asorustan | |
---|---|
33°05′37″ şm. e. 44°34′50″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Ktesifon |
Parf dilində olan "Asorustan" (𐭀𐭎𐭅𐭓𐭎𐭕𐭍) adı I Şapurun Kəbəyi Zərdüştdəki kitabəsindən və Peyquluda yerləşən Narse yazısından məlumdur.[3] Pəhləvi dilində "asoriq" sifəti müvafiq olaraq "aysor" mənasını verir.[1]
Asorustan adı "Asor" ("Assuriya") və İran dillərinə məxsus "-istan" ("ölkə") şəkilçisinin birləşməsidir. Parfiyalılar "Assuriya" adını Asorustan formasında qədim Babilistanı əhatə etmək üçün dəyişdirilmişdi və bu, Sasanilər dövründə də davam etmişdir.[4]
Son antik dövrdə Mesopotamiyanın dini demoqrafiyası çox müxtəlif idi. I və II əsrlərdən süryani xristianlığı əsas dinə çevrilmiş, digər qruplar mandeizm, iudaizm, manixeizm, zərdüştilik və qədim Assuriya-Babil Mesopotamiya dinini tətbiq etmişdilər. Süryani Pravoslav Kilsəsinə və Assuriya Şərq Kilsəsinə bağlı xristianların vilayətdə çoxluğu təşkil etdikləri güman olunur.[5]
ĀSŌRISTĀN, name of the Sasanian province of Babylonia.
ĀSŌRISTĀN, name of the Sasanian province of Babylonia."ĀSŌRISTĀN" Arxivləşdirilib 2023-11-18 at the Wayback Machine. Encyclopædia Iranica. Retrieved 15 July 2013.
ĀSŌRISTĀN, name of the Sasanian province of Babylonia.