Atatürk Muzeyi

Atatürk Muzeyi və ya digər adıyla İnqilab Muzeyi, İstanbulun Şişli rayonunda yerləşən və 1942-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən muzeyə çevrilmiş Mustafa Kamal Atatürkün yaşadığı evdir. Burada Atatürkün şəxsi əşyaları, Atatürk və Türkiyə İstiqlaliyyət müharibəsi ilə bağlı müxtəlif materiallar həmçinin fərqli rəssamlara aid tablolar sərgilənməkdədir.

Atatürk Muzeyi
Xəritə
Əsası qoyulub 1942
Açılış tarixi 1942
Ölkə
Yerləşir İstanbul, Türkiyə
Ünvan Şişli
41°03′23″ şm. e. 28°59′13″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Kamal, Birinci Dünya Müharibəsinin sona çatmasından sonra Suriya cəbhəsindən ayrılaraq 13 noyabr 1918-ci ildə İstanbula gəldi. Bir müddət Pera Palasda qaldıqdan sonra dostu Salih Fansanın Bəyoğlunda yerləşən evində qonaq oldu. Bu arada Şişlidə, bu gün ki, Halaskarqazi Prospektində Osep Kasabyanın 1908-ci ildə tikdiyi 3 mərtəbəli evi kirayə aldı.

Mustafa Kamal, Akaretlerdə yaşayan anası Zibeydə xanım və bacısı Makbuleni yanına gətirdi. Özü ikinci mərtəbədə, yavəri isə alt mərtəbədə otururdu. İstanbulun işgal olunduğu günlərdə Mustafa Kamal dostlarıyla bu evdə tez-tez toplaşırdı. Samsuna doğru hərəkət etdiyi gün, 16 may 1919-cu ilə qədər bu evdə yaşadı.

Mustafa Kamal Ankaraya yerləşdiyində anasını və bacısını yanına gətirdi. Şişlidəki ev 1924-cü ildə Ərzurum millət vəkili Həsən Tahsin Uzer tərəfindən satın alındı. Bu tarixdə binaya Atatürkün 1919-cu ildə bu oturduğunu göstərən məlumat lövhəsi vuruldu. İstanbul Bələdiyyəsi binanı 1927-ci ildə Tahsin Uzerdən satın aldı və Atatürklə bağlı əşya, tarixi sənəd və xatirələri bu binada toplamağa başladı. Bina 1942-ci ildə Bələdiyyə sədri Lütfi Kırdar dövründə muzeyə çevrildi və Atatürk İnqilabı Muzeyi olaraq 15 iyun 1942-ci ildə ictimaiyyətə açıldı.

1960 hərbi rəhbərliyi dövründə Bələdiyyə sədri Rafiq Tulqanın təşəbbüsü ilə binada təmir işləri aparıldı. 1962-ci il 9 yanvar tarixində qismən yanğına məruz qalan muzey Atatürkün 100-cü ildönümü (1981) yaxınlaşarkən yenidən böyük ölçüdə təmir edildi. Təmir Türkiyə İş Bankının maliyyə dəstəyi ilə aparıldı, dekorasiya və tənzimləmə işləri isə Türkiyə Turing və Avtomobil Təşkilatı tərəfindən icra olundu. Bina, qapı tutacaqlarından pəncərələrə qədər 1910-cu illərin üslubuna uyğun olaraq təmir edildi. 19 may 1981-ci ildə Atatürk Muzeyi olaraq yenidən fəaliyyətə başladı.

Son olaraq 2014-cü ildə təmir edilən muzey, 2015-ci ilin 10 noyabr tarixində yenidən xidmətə başladı.[2][3]

Muzeydə sərgilənən əşyaların bir qismi.

Muzeydə Atatürkün doğumundan vəfatına qədər keçən həyatı ilə bağlı foto şəkillər, geyimlər, istifadə etdiyi əşyalar, Atatürk və inqilablarla bağlı sənədlər, Türkiyə İstiqlaliyyət müharibəsi və Atatürk tabloları sərgilənməkdədir. Bundan savayı Atatürk və inqilablarla əlaqədar sənədlər, Milli Mübarizəni əks etdirən Atatürkə aid tablolar da bunları tamamlamışdır. Rəssam İbrahim Çallı Nikolaos Trikupisin qılıncını təslim etməsini əks etdirən tablo və Zəki Kocameminin hazırladığı tablo da muzeydəki önəmli əsərlər arasındadır.

Muzeyin giriş mərtəbəsində Atatürkün doğumu, təhsil illəri, ilk zabitlik illəri, İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri (1911–1913), Heykəltəraş Hüseyn Gəzərin hazırladığı Atatürk büstü, Çanaqqala müharibəsi, Mudros müqaviləsi və Osmanlı dövlətinin durumu (30 oktyabr 1918), Türkiyə İstiqlaliyyət müharibəsi hazırlıqları ilə bağlı sənədlər və məlumatlar sərgilənir.

Muzeyin birinci mərtəbəsində Atatürkün Samsuna gəlişi, Amasya təmimnaməsi, Ərzurum konqresi (23 iyul – 7 avqust 1919), Sivas konqresində geyindiyi geyimi və jileti, 1918-ci ildə Karlsbadda (Karlovı Varı) aldığı jaket, Anadoluda baş verən daxili üsyanlar, Sevr müqaviləsi, I. və II. İnönü döyüşləri, Kütahya-Əskişəhər döyüşləri, Atatürkün 1920-ci illərdə geyindiyi şotland geyim dəsti, papağı, çəkmələr, termosu, marşal forması, astraqan papağı, paltarları, məclisdə səltənətin aradan götürüldüyü sırada istifadə edilən qələmlər, qeyd dəftəri, yonanı, Nitqin ilk nəşri (1927), onun adına Ankarada hazırlanmış vəsiqə, ABŞ prezidenti Franklin Delano Ruzveltin Atatürkə hədiyyə verdiyi musiqi şkafı həmçinin Böyük hücum ilə əlaqədar məlumatlar sərgilənir.

Muzeyin ikinci mərtəbəsində; Vittorio Pisaninın Yunanların İzmirə gəlməsi ilə bağlı, Türkiyə İstiqlaliyyət müharibəsində yaralılara xidmət edən qadınlar, köçlərlə bağlı tablolar, Atatürkün Salonikidə doğulduğu evin maketi, qızıldan tütün qabı, Lozanna etiketli geyimi, frakı, son illərində geyindiyi sviter, yaz geyimləri, K. A markalı ipək köynəyi, medalları, təltif lövhələri, qəhvə fincanı, vizit kartlar, Cumhuriyyətin elanından sonra İstanbula ilk gəlişində bələdiyyədə imzaladığı dəftər (9 iyul 1927), İbrahim Çallının Atatürk portreti (1937), İbrahim Fəridin, Rəssam Eminin Atatürk portretləri, Zəki Kocameminin Atatürkün dəfn mərasimi ilə bağlı tablosu (1939) sərgilənir.[4]

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. "Şişli'deki Atatürk Müzesi yeniden hizmete açıldı". 10 Kasım 2015. 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-08.
  3. "Şişli'deki Atatürk Müzesi restore edildi". Aralık 2015-Ocak 2016. ISSN 1309-7342. (#cite_web_url)
  4. http://sanattarihi.sa.funpic.de/index.php?topic=815.0[ölü keçid]