Lütfi Kırdar

Mehmed Lütfi Kırdar (türk. Mehmet Lütfi Kirdar; 15 mart 1887, Kərkük17 fevral 1961, Yassıada)[1] — Türk həkim, dövlət xadimi və hərbçisi. Manisaİstanbul valisi, millət vəkili və səhiyyə naziri.

Lütfi Kırdar
türk. Mehmet Lütfi Kirdar
Türkiyə Cümhuriyyətinin Səhiyyə və Sosial Yardım naziri
26 noyabr 1957 – 27 may 1960
Baş nazirAdnan Menderes
ƏvvəlkiNafiz Körəz
SonrakıNüsrət Qarasu
İstanbul valisi və bələdiyyə sədri
8 dekabr 1938 – 16 oktyabr 1949
ƏvvəlkiMühiddin Üstündağ
SonrakıFəxrəddin Kərim Göyay
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1887(1887-03-15)
Doğum yeri
Vəfat tarixi 17 fevral 1961(1961-02-17) (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili
  • İstanbul Universiteti Tibb fakültəsi[d]
Fəaliyyəti hərbi həkim[d], oftalmoloq, diplomat, siyasətçi
Uşağı 2
Hərbi xidmət
Xidmət illəri 1912-1913, 1914-1923
Mənsubiyyəti Osmanlı imperiyası
Türkiyə Cümhuriyyəti
Döyüşlər
Rütbəsi ikinci leytenant

Təltifləri "İstiqlal" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lütfi Kırdar 1889-cu ildə Kərkükdə Əbdüsəməd bəylə Ayşə xanımın ailəsində anadan olub.[2] 1925-ci ildə ailə quran Lütfi bəyin həyat yoldaşı Hayrunnisə (1904-1960) xanım olub.[2] Onların Ərdəm (1927) və Ünər (1933) adlı iki oğulları dünyaya gəlib. İbtidai təhsilini Kərkükdə alan Lütfi bəy orta təhsilini isə Bağdadda tamamlamış, 1908-ci ildə İstanbula gələrək Tibb fakültəsinə daxil olmuşdur. Balkan müharibəsi başlayanda könüllü olaraq müharibəyə qatılan Kırdar, müharibədən sonra Darülfünun Tibb fakültəsini (1917) bitirir. Əmək fəaliyyətinə Nəcəf Bələdiyyəsinin həkimi olaraq başlayan Lütfi Kırdar Birinci Dünya müharibəsinin başlaması ilə könüllü olaraq orduya qatılır.

Müharibədən sonra Ərzurum konqresinin keçirildiyi günlərdə Atatürkün komandanlığı ilə Ərzurumda mühacirlər üçün Ümumi Sağlamlıq Xidməti müdiri və Qızıl Aypara Sağlamlıq Komitəsinin sədri vəzifələrində çalışmışdır. O, Türkiyənin İstiqlaliyyət müharibəsi zamanı Qızıl Aypara Sağlamlıq və Sanitar Təcili Yardım Qrupunun rəhbəri vəzifəsində də çalışıb. İstiqlaliyyət müharibəsinin hər mərhələsindəki şücaətlərinə görə "İstiqlal" medalı ilə təltif edilib.[3]

Cümhuriyyət dövründəki xidmətləri

[redaktə | mənbəni redaktə et]

Türkiyə İstiqlaliyyət müharibəsindən sonra 1923-cü ildə VyanaMünxendə oftalmologiya ixtisası üzrə təhsil alıb. 1924-cü ildə Türkiyəyə qayıtdıqdan sonra, İzmir Sağlamlıq Müdirliyinə təyin edilib. Öz istəyi ilə 1933-cü ildə İzmir Məmləkət Xəstəxanasının göz klinikasına təyin olunub. 1935-ci ildə Kütahyadan millət vəkili seçilib. 1935-1936-cı illərdə CHP Balıqəsir İli başçısı vəzifəsində çalışıb. 1936-cı ildə təyin olunduğu Manisa valisi vəzifəsini başa vurduqdan sonra Manisa Şəhər Şurasının qərarı ilə ona fəxri vətəndaş adı verilmiş və adı Turqutluda bir küçəyə verilmişdi.[4] 1938-ci ildə İstanbul valisi və bələdiyyə sədri təyin edilib. O, bu sonuncu vəzifəsində 12 il çalışıb. Onun dövründə İstanbul Hərbiyə İdman və Sərgi Sarayı, Açıq Səma Teatrı, Dolmabağçadakı İnönü Stadionu, Taksim meydanı, Taksim Gəzi Parkı və Atatürk Bulvarı tikilib. 1940-cı ildə Taksim Qışlası söküldü.

Lütfi Kırdarın Zəncirliquyu qəbiristanlığındakı məzarı

O, 1949-cu ildə İstanbul valiliyindən və bələdiyyə sədrliyindən uzaqlaşdırıldı. Həmin ilin dekabrında (1949-1950) keçirilən təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Manisa millət vəkili olaraq TBMM-yə daxil oldu. 1950-ci il mayın 14-də keçirilən parlament seçkilərində qalib ola bilmədi. 1954-cü il seçkilərində Demokrat Partiyasından İstanbulun müstəqil deputatı oldu. 1957-ci ildə yenidən millət vəkili oldu. O, son olaraq Adnan Menderes hökumətində Səhiyyə və Sosial Yardım naziri (1957-1960) vəzifəsində çalışıb. 27 may çevrilişinə qədər də bu vəzifəsində qalıb.

Mayın 27-də həbs edilən Lütfi Kırdar 1961-ci il fevralın 17-də mühakimə olunduğu Yassıadada ürək tutmasından vəfat edib. 19 fevral 1961-ci ildə Zəncirliquyu qəbiristanlığında dəfn edilib. Ərdəm Kırdar və Ünər Kırdar adlı iki oğlu var.

  1. "TBMM Albümü 2. Cilt (1950-1980)" (PDF). TBMM Basın ve Halkla İlişkiler Müdürlüğü. 12 Aralık 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 Kasım 2021.
  2. 1 2 "TÜRK PARLAMENTO TARİHİ TBMM - V. DÖNEM 1935-1939 II. CİLT" (PDF). 21 Temmuz 2022 tarixində arxivləşdirilib (PDF).
  3. "Lütfi Kırdar Kimdir". 4 Ağustos 2020 tarixində arxivləşdirilib.
  4. "Turgutluların Bir Cemilesi" (PDF). Tan (gazete). 11 Aralık 1938. 9 Aralık 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 Aralık 2020.