Makbulə Atadan (1885, Saloniki – 18 yanvar 1956, Ankara), Türk yazıçı və siyasətçidir. Mustafa Kamal Atatürkün bacısıdır.
Makbule Atadan | |
---|---|
türk. Makbule Atadan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 1956 |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[1] |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Atası | Əli Rza Əfəndi |
Anası | Zibeydə xanım |
Vikianbarda əlaqəli mediafayllar |
1885-ci ildə Salonikidə dünyaya gəlib. Balkan müharibələrindən sonra anası Zibeydə xanım ilə birlikdə İstanbula köçüb. Cümhuriyyətin elanından sonra Ankaraya getdi. Bir müddət qardaşı Mustafa Kamal ilə qaldıqdan sonra Çankaya Köşkü ərazisi içində onun üçün inşa edilən Camlı Köşkə yerləşdi.
1930-cu ildə Atatürkün istəyi ilə Fəthi Okyarın qurduğu Sərbəst Cümhuriyyət Firqəsinə girən Makbulə Xanım bir neçə ay sonra partiya bağlandıqdan sonra siyasətdən çəkildi. Atadan əslən Gümülcinəli bir fabrik sahibi olan Ədirnə millətvəkili Məcdi Boysan ilə evləndi və daha sonra boşandı.
Qardaşı haqqında xatirələri Böyük Qardaşım Atatürk (1952) ve Qardaşım Mustafa Kamal (1952) adları elə yayımlandı. 18 yanvar 1956-cı il tarixində saat 12:55 də 71 yaşında Camlı Köşk, Ankarada vəfat etdi.[2]