Atlas ayısı

Atlas ayısı (lat. Ursus arctos crowtheri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bəzən onları müstəqil növ olaraq qiymətləndirirlər. Onların yaşayış arealı Atlas dağlarından başlayaraq, Mərakeşdən Liviya ərazisinə qədər uzanırdı. Altlas ayıları qənimət olaraq ovlanılır və ya idman yarışlarında öldürülürdü. Sonuncu sərd ovçular tərəfindən Mərakeşin şimalında 1870-ci illərdə öldürülmüşdür. Ondan sonra bu canlılar haqqında məlumat əldə edilməmişdir.

Atlas ayısı
Elmi təsnifat
Beynəlxalq elmi adı
Atlas ayılsının mozaikada təsviri

Atlas ayıları əsssən tünd qəhvəyi rəngdə oludular. Üstəlik sifət nahiyyəsində ağ ləkələr müşahidə edilirdi. Xəzin qalınlığı 10-12 sm olurdu. Sifət və caynaqları qısa idi. Bununla belə olduqca cüssəli bədən quruluşuna malik idilər. Qidasının əsasını bitki kökləri, meyvələr və qoz təşkil edirdi.

Aşkarlanmış qalıqlar onu deməyə əsas verir ki, bu canlılar vaxtı ilə Saxaranın geniş ərazilərində yayılmışlar.

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0