Avala qülləsi

Avala qülləsi (serb. Авалски торањ) ― Serbiyanın paytaxtı Belqrad şəhərində, Avala dağında yerləşən 204.68 metr (672 ft) hündürlüyündəki teleqüllə. Orijinal qüllənin tikintisi 1965-ci ildə bitrilsə də, 29 aprel 1999-cu ildə NATO-nun Yuqoslaviya bombalaması əsnasında məhv olmuşdur. Qüllənin yenidən qurulmasına 21 dekabr 2006-cı ildə başlanmış və rəsmi olaraq 21 aprel 2010-cu ildə açılmışdır.[1]

Avala qülləsi
Xəritə
Ümumi məlumatlar
Status Yenidən tikilmiş
Növü Teleqüllə
Ölkə
Şəhər Belqrad
Koordinatlar 44°41′45″ şm. e. 20°30′52″ ş. u.HGYO
Tikintisinin başlaması

1961 (orijinal)

21 dekabr 2006 (yeni)
Tamamlanıb

1965 (orijinlal)

23 oktyabr 2009 (yeni)
Sökülüb 29 aprel 1999 (orijinal)
Hündürlük
Antena şpili 204,68 m (672 ft)
Texniki detallar
Material beton
Mərtəbə sayı 38
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qüllənin inşasına 14 oktyabr 1961-ci ildə başlanıldı və dörd il sonra, 1965-ci ildə tamamlandı.[2] Tikilinin ümumi çəkisi 4 000 tondur. Qüllənin 102–135 metr hendürlükləri arasında qapalı müşahidə göyərtəsi var idi və buraya iki sürətli lift vasitəsilə çıxılırdı. Qüllə bütün dünyada en kəsiyi bərabərtərəfli üçbucaq olan tək qüllə idi.

Qülləyə əvvəlcə ağ-qara televiziya yayımı üçün istifadə olunan antena taxılmışdı. 1971-ci ildə antena rəngli televiziya yayımı üçün nəzərdə tutulmuş yenisi ilə əvəz olundu və 31 dekabr 1971-ci ildə Belqrad TV-nin İkinci proqramı rəngli versiyada yayımlanmağa başladı.[2]

Yüksək riski olan layihə heç bir işçi xəsarəti və ya ölüm hala olmadan başa çatdı və bu, bu böyüklüyündəki bir layihə üçün qeyri-adi idi.

1999-cu il bombardmanı

[redaktə | mənbəni redaktə et]

Avala qülləsi 29 aprel 1999-cu ildə[2] NATO-nun Yuqoslaviyanı bombalaması nəticəsində tamamilə məhv edildi. Bombardmanın məqsədi Serbiya Radio Televiziyasını müharibə müddətində efirdən tamamilə kənarlaşdırmaq idi. Avala qülləsi təkcə Belqrad və Serbiyanın deyil, keçmiş Yuqoslaviya üçün də qürurun simvolu və məşhur əlamətdar yer idi. Qüllə NATO əməliyyatı bitmədən dağılan son binalardan biri idi. Avala qülləsi, qüllənin bir ayağına dəyən və çökməsinə səbəb olan, iki lazerlə idarə olunan GBU-27 bombası ilə məhv edilmişdi.

Qüllənin məhv edildiyi yerdə yeni qüllənin inşa edilməsi fikri 2002-ci ilin oktyabrında Serbiya Jurnalistlər Birliyi tərəfindən irəli sürüldü. 2004-cü ilin əvvəlində Serbiya Radio Televiziyası (RTS) layihənin mediaya təqdimatına qatıldı və inşaatı üçün pul toplamaq məqsədlə bir sıra fond toplama tədbirlərinə başladı. Layihə çoxsaylı media, rəssamlar, yazıçılar, aktyorlar, musiqiçilər, idmançılar və iş adamları tərəfindən bəyənildi və dəstəkləndi. Layihənin bir milyon insan tərəfindən müxtəlif fəaliyyətlərlə dəstəkləndiyi təxmin edilir.

Yeni qüllənin inşa edilməsi üçün lazım olan vəsait üçün bir çox fond toplama tədbiri keçirilmişdir. İlk ianələrdən biri Serbiyanın böyük slam mükafatlı tennisçiləri Ana İvanoviçNovak Cokoviç arasındakı qarşıdurma idi. Oyunun bütün gəlirlər Avala qülləsi üçün təşkil olunmuş fonda köçürülmüşdü. 15 iyun 2006-cı ildə Sebiyanın xalq artisti Svetlana Rajnatoviç bütün gəlirlərinin fonda ödəndiyi konsert verdi. RTS ianə üçün həmçinin reklam çarxları da yayımladı. 2006-cı ilin dekabr ayında verilən hesabata görə, yeni Avala qülləsinin inşasının elə həmin ay başlayacağı elan edildi və fondun hesabında 1 milyon avrodan çox pul toplandığı bildirildi.

NATO qüllənin vurulması üçün tükənmiş uranlı mərmi istifadə etdiyinə görə inşaat işləri üçün yaşıl işıq yandırılmazdan əvvəl dağıntıların çirklənməsini yoxlamaq üçün araşdırmalar aparıldı. Ərazinin təmizlənməsi 21 iyun 2005-ci ildə başladı. Bir milyon tondan çox dağıntı götürüldü, seysmik tədqiqatlar aparıldı və 21 dekabr 2006-cı ildə inşaat işləri başladı. Başlanğıcda yeni qüllənin inşasına 2008-ci ilin avqust ayında başlanılacağı gözlənilsə də, tikinti işləri ciddi şəkildə təxirə salındı. Qüllənin açılış tarixi, məhv edilməsinin onuncu ildönümünə, 29 aprel 2009-a çəkildi. Serbiya Radio Televiziyası 23 oktyabr 2009-cu ildə qüllənin tamamlandığını bildirdi. 204.68 metr (671.5 ft) hündürlüyü ilə əvvəlki qüvvədən 2 metr hündür olan yeni qüllə 21 aprel 2010-cu ildə açıldı. İstifadə olunan materiallara 5 880 ton beton və 500 ton möhkəmləndirici barmaqlıqlar daxil idi.[2] Qülllənin dəmir-beton hissəsinin hündürlüyü 136.65 metr (448.3 ft), polad antena konstruksiyası və antenanın özü isə 68 metr (223 ft) hündürlüyündədir.

Qüllə 2016-cı ildə 137 000, 2017-ci ildə 155 000, 2018-ci ildə isə 185 000 nəfər turist qəbul etmişdir. 2017-ci ilin iyun ayında qüllənin bazasında turizm kompleksi açışmışdır. Buradakı obyektlərə bir restoran, etno-qalereya, suvenir mağazası, idman meydançaları və açıq idman zalı daxildir.

  1. "Naš toranj". 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
  2. 1 2 3 4 Dejan Aleksić, "Sve više turista pohodi emisiono srce Srbije", Politika (serb), 8 avqust 2017, 16, 2021-06-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-05-30