Burjuaziya (fr. Bourgeoisie fr. bourg; alm. burg - şəhər) — kapitalist cəmiyyətinin mülkiyyətə (pul vəsaiti, istehsal vasitələri, torpaq,patent) malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfi.[1]
Orta əsrlərdə cəmiyyət şəhərlilərə və kəndlilərə bölünürdü. Burjuaziya isə seçilmiş şəhər sakinləri adlanırdı. Feodalizm dövründə isə azsaylı şəhər əhalisini kəndli kütləsindən ayırmaq üçün onları burjuaziya, tək halda isə burjua adlandırırdılar.[2] Tezliklə "Burjuaziya" termini öz əhəmiyyətinə görə "üçüncü təbəqə" anlayışına yaxın idi. "Üçüncü təbəqə" XV əsrdən imkanlı şəhər əhalisi təbəqəsini nəzərdə tuturdu.[3]
Fransada feodalizmin dağılması ilə burjuaziya (tacirlər, sənətkarlar, imkanlı kəndlilər) cəmiyyətin sosial cəhətcə ən fəal hissəsinə çevrilməyə başladılar. Hollandiya burjua inqilabından başlayaraq bütün Avropada burjuaziya inqilablarının və feodal cəmiyyətinin dağılmasının tərəfdarları kimi çıxış etməyə başladılar. Müasir tarixçilər və politoloqlar burjuaziyanın o dövrdəki fəaliyyətini çox müsbət qiymətləndirirlər.
Burjuaziya inqilabları ərəfəsində burjuaziya tərkibində həm varlı ustalar, həm də usta köməkçiləri, həm sələmçilər, həm də onlardan asılı olan tacirlər daxil idi. Həmçinin bu sıraya sıraları daima genişlənən "azad sənət" sahibləri də daxil idi. Avropada XIX əsr inqilabları dövründə isə burjuaziyanın tərkibi artıq həyat şəraitinə, istehsal vasitələrinə münasibətə və siyasi hüquqlara görə artıq kəskin fərqlənirdi.
Kapitalizm inkişaf etdikcə fərqlənmə güclənirdi. Çox sayda işçi qüvvəsindən istifadə edənlər və varlı səlıəmçilər iri burjuaziya təbəqəsinə çevrildilər. Öz əl əməyinin məhsulunu satanlar (sənətkarlar, "azad sənət" sahibləri, xırda tacirlər) siniflərinin kiçik burjuaziya təbəqəsi oldular. Onların iri burjuaziyadan fərqli siyasi maraqları yaranmağa başlayır. Bununla da kapitalizm cəmiyyəti özünün yeni inkişaf mərhələsinə keçir.
Malik olduğu kapitalı yerləşdirdiyi sahədən asılı olaraq burajuaziya aşağıdakı kimi adlanırdı:
Gəlirlərinin həcminə görə burjuaziyanın bölgüsü belə aparılırdı:
Marksizm nəzəriyyəsinə görə burjuaziya sinfinə mənsubluq bir tərəfdən böyük maddi imkana mailikliklə, digər tərəfdən başqalarının əməyinin istismarı ilə ölçülür. Ancaq XIX əsr üçün verilmiş bu anlayış elə XX əsrdən özünü döğrultmadı. Birincisi, yuxarıda verilən təsnifatdakı qruplar arasında, eləcə də əl əməyi ilə yaşayan insanlar arsında dəqiq sərhəd qoymaq olmur. İkincisi, XX əsrdə yüksək ixtisaslaşmasına görə yüksək əmək haqqı alan çox sayda fəhlələr meydana gəlməyə başladı.
Həmçinin, şirkət səhmlərinə mali olan və bank hesabına malik olan insanlar marksizmin burjua anlayışı ilə izah edilə bilmirdi. Digər tərəfdən, real həyatda insanların öz qabiliyyətinə görə bir sosial qrupdan digərinə keçə bilməsi və dövlətin yüksək gəlirli insanlara böyük vergi qoyması cəmiyyət üzvləri arasında fərqi xeyli azaltmağa imkan verirdi.
Zavod-avtomatların yaranması isə hər hansı insan əməyinin istismarı iddiasını inkar edirdi.
"Burjuaziya" sözü keçmiş SSRİ-də uzun müddət xarici ölkələrin varlı təbəqələrini adlandırmaq üçün istifadə edilirdi. Həmçinin imkanlı insanlar da bu adla çağrılırdı.