Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi Avropa İnsan Hüquqları Konvensiyasının ilk maddəsidir. Burada qeyd olunur ki, "Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər."[1]
Yurisdiksiyanın nə dərəcədə ərazi xarakteri daşıması baxımından üzv dövlətlərin "yurisdiksiyası" Məhkəmədə bir neçə dəfə mübahisələndirilmişdi. Məhkəmə Konvensiyaının ərazi təbiətindəki istisnaların tanınması arasında bir yol seçdi və Loizidou Türkiyəyə qarşı işində (İlkin Etirazlar) (1995) 20 AHRR 99 İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müəyyən etdi ki:
Konvensiyanın məqsədini nəzərə alaraq, Razılığa gələn Tərəfin məsuliyyəti, hərbi əməliyyat nəticəsində — qanuni və ya qanunsuz — milli ərazisi xaricindəki əraziyə təsirli nəzarət həyata keçirdiyi zamanda da yarana bilər. Konvensiyada göstərilən hüquq və azadlıqların belə bir ərazidə təmin edilməsi öhdəliyi, birbaşa, silahlı qüvvələri və ya tabe olan yerli idarəetmə vasitəsi ilə həyata keçirilməsindən asılı olmayaraq, bu cür nəzarət faktından irəli gəlir.[2]
Bu səbəbdən, Türkiyənin öz nəzarətində olan Şimali Kiprdəki hərəkətləri Konvensiyanın tətbiq dairəsinə düşür.[2]