Avroviziya Xoru Müsabiqəsi (ing. Eurovision Choir) — Avropa Yayım Birliyinə (EBU) üzv olan ölkələr arasında, xor ifaçıları üçün təşkil olunan beynəlxalq yarışma. Dünya Xor Oyunları və Latviyanın təşkil etdiyi daxili xor konserti sözügedən müsabiqənin ilham qaynağı olmuşdur.
Avroviziya Xoru Müsabiqəsi | |
---|---|
Eurovision Choir of the Year | |
Janr | Xor müsabiqəsi |
İstehsalçı | Avropa Yayım Birliyi, İnterkultur |
Rəvayət edən | Dünya Xor Oyunları |
İstehsalçı ölkə | AYİ-yə üzv olan müxtəlif ölkələr |
Dil | İngiliscə |
Buraxılış sayı | 2 |
İlk buraxılış | 22 iyul 2017 |
İstehsal | |
İcraçı prodüser | Yeva Rozentale |
Müddəti | 120 dəqiqə |
Veriliş | |
Təsvirin formatı | 1080i (HDTV) |
eurovisionchoir.tv | |
Vikianbarda əlaqəli mediafayllar |
Avroviziya Xoru Müsabiqəsi, Avropa Yayım Birliyinin (EBU) ən yeni Avroviziya tədbiridir. 2014-cü ildə, Latviyanın milli yayım şirkəti Latvijas Televīzija(LTV) və "Arte" şəbəkəsinin birgə yayımladığı xüsusi müsabiqə xarakterli konsertin müsbət rəylər almasından sonra, LTV daha geniş izləyici kütləsinə xitab edən yeni tədbirin yaradılması ilə bağlı, EBU və İnterkultur da daxil olmaqla bir çox yayımçıya müraciət ünvanlamışdır. Beynəlxalq tədbirin yaradıcısı Latviyalı musiqi prodüseri Yeva Rozentaledir. O, yarışmanın ideyası və bütün təşkili məsələləri AYİ-yə təqdim etmiş və nəticə olaraq, 22 iyul 2017-ci il tarixində, müsabiqə elə təklif sahibi Latviyada ilk buraxılışını yayımlamışdır.
Avroviziya Xoru Müsabiqəsinin qurucusu Yeva Rozentale, sözügedən yarışma haqqında: "Avroviziya Xoru geniş kütləyə xitab edən Avroviziya ilə, daha kiçik auditoriyaya yönəlmiş Avroviziya Gənc Musiqiçilər layihələri arasında körpü yaratmaqdadır" ifadələrini söyləmişdir.[1]
Yarışmada təmsil olunan və Avropa Yayım Birliyinə (EBU) üzv olan hər bir ölkə, müsabiqədə iştirak üçün peşəkar xor və ya kapella ansamblı təyin etməlidir. Hər bir xor təqribən altı dəqiqə[a] davam edən, tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət olan musiqi əsərlərini, xüsusi dirijor müşayiəti ilə canlı olaraq ifa edir. Musiqi sahəsi üzrə ixtisaslaşmış və 3 nəfərdən ibarət hakim münsiflər heyəti yekun qalib xoru müəyyənləşdirir və qələbə qazanan təmsilçiyə xüsusi kubok təqdim olunur. Avroviziya Xoru Müsabiqəsində mübarizə aparan xoral əsərlərdə, iştirakçı ölkənin milli və regional dəyərlərinin ehtiva edilməsinə diqqət edilmişdir. İki ildən bir təşkil olunan yarışmada, qalibiyyət əldə edən ölkə növbəti müsabiqəyə ev sahibliyi etmək məcburiyyətində deyildir.
İl | Debüt edən ölkə(lər) |
---|---|
|
|
2019 | |
2023 |
Müsabiqə tarixi | Ev sahibi | İştirakçı sayı | Qalib ölkə | Əsər(lər) | Xor |
---|---|---|---|---|---|
22 İyul 2017 | Latviya, Riqa[2] | 9 | Sloveniya | "Ta na Solbici" "Adrca" "Aj, zelena je vsa gora" |
Carmen Manet |
3 avqust 2019 | İsveç, Göteborq[3] | 10 | Danimarka | "Viola" | Vocal Line |
2023 | Latviya[4][5] | Müəyyənləşəcək |
Avroviziya Xoru Müsabiqəsində iştirak edən hər bir milli yayım şirkəti, öz ölkəsinin təmsil edildiyi yarışmanı yayımlamaq hüququna malik olduğu kimi, beynəlxalq tədbirdə iştirak etməyən ölkələr də müsabiqəni hələ də yayımlaya bilər. Aşağıdakı cədvəldə, yarışmanı yayımlamış qeyri-iştirakçı media şirkətlərinin siyahısı təqdim edilmişdir:
Ölkə | Yayımçı(lar) | Müsabiqə |
---|---|---|
Albaniya | RTSH 1[6] | 2017 |
Avstraliya | SBS[7] | |
Norveç | NRK2[8] | |
Serbiya | RTS2[6] | |
Ukrayna | Radio Ukraine[9] | |
Fransa | Arte Concert[10] | |
France 2[11] | 2019 |