Norveç Avroviziya Mahnı Müsabiqəsində

Norveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1960-cı ildə qoşulmuş və ümumilikdə 58 dəfə müsabiqədə iştirak etmişdir. Avroviziya qatılmasından sonra ölkə yalnız iki dəfə müsabiqədə iştirak etməmişdir. 1970-ci ildə müsabiqənin qaydalarına etiraz olaraq ölkə iştirakdan imtina etmiş, 2002-ci ildə isə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən Avropa Yayım İttifaqı tərəfindən müsabiqədən kənarlaşdırılmış və növbəti il yenidən geri dönmüşdür. Norveç üç dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan NRK telekanalı Norveçin Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Melodi Grand Prix mahnı festivalı vasitəsilə seçir.

Üç dəfə Avroviziyada qalibiyyət əldə edən Norveçin ilk qələbəsi 1985-ci ildə Bobbysocks qrupunun ifa etdiyi "La det swinge" mahnısı ilə qazanılmışdır. İkinci Avroviziya qalibiyyətini isə Norveçə Secret Garden qrupu norveç dilində səsləndirdikləri "Nocturne" mahnısı ilə qazandırmışdır. Norveç müsabiqədə üçüncü dəfə 2009-cu ildə Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə qələbə qazanmışdır. 2009-cu ildə Norveçin müsabiqədə topladığı 387 xal Avroviziyanın 1975-2015-ci illərdəki səsvermə metoduna görə rekord saydır.

Norveç eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, 11 dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir. İndiyədək Norveç üç dəfə Avroviziyaya ev sahibliyi etmişdir; bunlardan ikisi paytaxt Osloda və biri isə Bergen şəhərində keçirilmişdir.

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1960 Norveçcə Nora Brokstedt "Voi Voi" 4 11
Yarımfinal olmayıb
1961 Norveçcə Nora Brokstedt "Sommer i Palma" 7 10
1962 Norveçcə İnqer Yakobsen "Kom sol, kom regn" 10 2
1963 Norveçcə Anita Tallauq "Solhverv" 13 0
1964 Norveçcə Arne Bendiksen "Spiral" 8 6
1965 Norveçcə Kirsti Sparboe "Karusell" 13 1
1966 Norveçcə Ose Kleveland "Intet er nytt under solen" 3 15
1967 Norveçcə Kirsti Sparboe "Dukkemann" 14 2
1968 Norveçcə Odd Börre "Stress" 13 2
1969 Norveçcə Kirsti Sparboe "Oj, oj, oj, så glad jeg skal bli" 16 1
1971 Norveçcə Hanne Kroq "Lykken er" 17 65
1972 Norveçcə Qrete Kausland və Benni Borq "Småting" 14 73
1973 İngiliscə, Fransızca Bendik Singers "It's Just a Game" 7 89
1974 İngiliscə Anne-Karine Ström və Bendik Singers "The First Day of Love" 14 3
1975 İngiliscə Ellen Nikolaysen "Touch My Life (With Summer)" 18 11
1976 İngiliscə Anne-Karine Ström "Mata Hari" 18 7
1977 Norveçcə Anita Skorqan "Casanova" 14 18
1978 Norveçcə Yan Teiqen "Mil etter mil" 20 0
1979 Norveçcə Anita Skorqan "Oliver" 11 57
1980 Norveçcə Sverre Kyelsberq və Mattis Hetta "Sámiid ædnan" 16 15
1981 Norveçcə Finn Kalvik "Aldri i livet" 20 0
1982 Norveçcə Yan Teiqen və Anita Skorqan "Adieu" 12 40
1983 Norveçcə Yan Teiqen "Do Re Mi" 9 53
1984 Norveçcə Dollie de Luxe "Lenge leve livet" 17 29
1985 Norveçcə Bobbysocks "La det swinge" 1 123
1986 Norveçcə Ketil Stokkan "Romeo" 12 44
1987 Norveçcə Keyt Qulbrandsen "Mitt liv" 9 65
1988 Norveçcə Karolin Krüqer "For vår jord" 5 88
1989 Norveçcə Britt Sinnöve "Venners nærhet" 17 30
1990 Norveçcə Ketil Stokkan "Brandenburger Tor" 21 8
1991 Norveçcə Just 4 Fun "Mrs. Thompson" 17 14
1992 Norveçcə Meret Tröan "Visjoner" 18 23
1993 Norveçcə Silye Viqe "Alle mine tankar" 5 120
1994 Norveçcə Elizabet Andreassen və
Yan Verner Danielsen
"Duett" 6 76
1995 Norveçcə Secret Garden "Nocturne" 1 148
1996 Norveçcə Elizabet Andreassen "I evighet" 2 114
1997 Norveçcə Tor Endresen "San Francisco" 24 0
1998 Norveçcə Lars A. Fredriksen "Alltid sommer" 8 79
1999 İngiliscə Stiq Van Eiyk "Living My Life Without You" 14 35
2000 İngiliscə Charmed "My Heart Goes Boom" 11 57
2001 İngiliscə Haldor Leqreid "On My Own" 22 3
2003 İngiliscə Yostein Hasselqard "I'm Not Afraid To Move On" 4 123
2004 İngiliscə Knut Anders Sörum "High" 24 3
Birbaşa finalçı
2005 İngiliscə Wig Wam "In My Dreams" 9 125 6 164
2006 Norveçcə Kristin Quldbrandsen "Alvedansen" 14 36
Birbaşa finalçı
2007 İngiliscə, İspanca Quri Şanke "Ven a bailar conmigo"
Finala keçməyib
18 48
2008 İngiliscə Mariya Hökaas Storenq "Hold On Be Strong" 5 182 4 106
2009 İngiliscə Aleksandr Rıbak "Fairytale" 1 387 1 201
2010 İngiliscə Didrik Solli-Tangen "My Heart Is Yours" 20 35
Ev sahibi-ölkə
2011 İngiliscə, Suahilicə Stella Muanqi "Haba Haba"
Finala keçməyib
17 30
2012 İngiliscə Tuci "Stay" 26 7 10 45
2013 İngiliscə Marqaret Berqer "I Feed You My Love" 4 191 3 120
2014 İngiliscə Karl Espen "Silent Storm" 8 88 6 77
2015 İngiliscə Mörland və Debra Skarlett "A Monster Like Me" 8 102 4 123
2016 İngiliscə Aqnete "Icebreaker"
Finala keçməyib
13 63
2017 İngiliscə JOWST "Grab the Moment" 10 158 5 189
2018 İngiliscə Aleksandr Rıbak "That's How You Write a Song" 15 144 1 266
2019 İngiliscə, Şimali Saamca KEiiNO "Spirit in the Sky" 6 331 7 210

Səsvermə tarixi

[redaktə | mənbəni redaktə et]
Norveçin ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 İsveç İsveç 343
2 Danimarka Danimarka 212
3 İrlandiya İrlandiya 170
4 Fransa Fransa 167
5 Böyük Britaniya Böyük Britaniya 161
Norveçin ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 İsveç İsveç 210
2 Danimarka Danimarka 153
3 İrlandiya İrlandiya 146
4 Belçika Belçika 141
5 İslandiya İslandiya 139

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

İl Şəhər Ev sahibi Aparıcılar
1986 Bergen Grieghallen Ose Kleveland
1996 Oslo Oslo Spektrum İnqvild Brin və Morten Harket
2010 Berum Telenor Arena Nadia Hasnaui, Haddi N'ci və Erik Solbakken

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]