Avstraliya kinosu

Kanberrada yerləşən Milli Film və Səs Arxivi.

Avstraliya kinosuAvstraliyanın kinematoqrafiya və film sənayesi. Avstraliya kinosunun yaranması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxtdan bəri Avstraliyanın çəkiliş qrupları çoxsaylı filmlər çəkmiş, onlardan bir neçəsi beynəlxalq səviyyədə təriflənmişdir. Bir çox tanınmış aktyor və rejissor karyeralarına Avstraliyada başlamış, onların bir çoxu beynəlxalq reputasiya qazanmış, bəziləri isə ABŞ kimi daha böyük kino mərkəzlərində karyeralarında daha böyük uğur tapmışdır.

Avstraliyada filmlər təsnifatlaşdırılaraq senzuraya məruz qalır.

Avstraliya İttifaqında kinematoqrafiya XX əsrin əvvəllərində yaranmışdır. "İlk xristian şəhidləri" (1900, rejissor Cozef Perri) Avstraliya İttifaqının ilk bədii filmidir. Səsli film 1930-cu ildə çəkilmişdir ("Kölgələr aləmindən", rejissor A. R. Harvud). Avstraliya İttifaqı sənədli kinosunun inkişafına məşhur Niderland rejissoru Yoris İvensin ("İndoneziya çağırır", 1945; Avstraliyada çəkilmişdir) böyük təsiri olmmuşdur. Xarici kino şirkətlərinin ölkənin kinostudiyalarına nəzarət etməsi Avstraliya İttifaqı kinematoqrafiyasının inkişafına təsir göstərmişdir. 1974-cü ildə ölkədə ekranlara, əsasən, kommersiya xarakterli filmlər buraxılmışdır. 1956-cı ildən Melburnda beynəlxalq kino festivalları keçirilir.[1]

  1. Австралија Иттифагы. Кино // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 55.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Goldsmith, Ben, Ryan, Mark David, and Lealand, Geoff Eds. "Directory of World Cinema : Australia and New Zealand 2". Bristol: Intellect, 2014. ISBN 9781841506340
  • Murray, Scott, ed. Australian Film: 1978–1994. Melbourne: Oxford University Press, 1995. ISBN 978-0-19-553777-2
  • Pike, Andrew and Ross Cooper. Australian Film: 1900–1977. revised ed. Melbourne: Oxford University Press, 1998. ISBN 978-0-19-550784-3
  • McFarland, Brian, Geoff Mayer and Ina Bertrand, eds. The Oxford Companion to Australian Film. Melbourne: Oxford University Press, 1999. ISBN 978-0-19-553797-0
  • Moran, Albert and Errol Vieth. Historical Dictionary of Australian and New Zealand Cinema. Lanham, Md: Scarecrow Press, 2005. ISBN 978-0-8108-5459-8
  • Reade, Eric. Australian Silent Films: A Pictorial History of Silent Films from 1896 to 1926. Melbourne: Lansdowne Press, 1970.
  • Verhoeven, Deb, ed. Twin Peeks: Australian and New Zealand Feature Films. Melbourne: Damned Publishing, 1999. ISBN 978-1-876310-00-4
  • Ryan, Mark David and Goldsmith, Ben, Australian Screen in the 2000s. Palgrave Macmillan, Cham, Switzerland. ISBN 978-3-319-48299-6
  • Collins, Felicity, and Theresa Davis. Australian Cinema After Mabo. Sydney: Cambridge University Press, 2004.
  • Dawson, Jonathan, and Bruce Molloy, eds. Queensland Images in Film and Television. Brisbane: University of Queensland Press, 1990.
  • Dermody, Susan and Elizabeth Jacka, eds. The Screening of Australia, Volume 1: Anatomy of a Film Industry. Sydney: Currency Press, 1987.
  • ——— . The Screening of Australia, Volume 2: Anatomy of a National Cinema. Sydney: Currency Press, 1988.
  • Moran, Albert and Tom O’Regan, eds. An Australian Film Reader (Australian Screen Series). Sydney: Currency Press, 1985.
  • Moran, Albert and Errol Vieth. Film in Australia: An Introduction Sydney: Cambridge University Press, 2006.
  • O'Regan, Tom. Australian National Cinema. London: Routledge, 1996.
  • Ryan, Mark, David (2009),'Whither Culture? Australian Horror Films and the Limitations of Cultural Policy', Media International Australia: Incorporating Culture and Policy, no. 133, pp. 43–55.
  • Stratton, David. The Avocado Plantation: Boom and Bust in the Australian Film Industry. Sydney : Pan Macmillan, 1990. 465p. ISBN 978-0-7329-0250-6
  • Verhoeven, Deb. Sheep and the Australian Cinema. Melbourne : MUP, 2006. ISBN 978-0-522-85239-4

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]