Avstraliya mediası

Avstraliyanın yetkin əhalisinin media və telekommunikasiyada işləyənlərinin faizi. 2011-ci il əhalinin siyahıya alınmasına əsasən hesablanmışdır.

Avstraliya mediasıAvstraliyada yerləşən kütləvi informasiya vasitələri. Avstraliya ənənəvi və rəqəmsal formatları əhatə edən və əsasən ingilisdilli əhaliyə xidmət göstərən müasir və müxtəlif media sənayesinə malikdir. Avstraliya 2018-ci ildə mətbuat azadlığı reytinqində 180 ölkə arasında 19-cu yerdə qərarlaşmış,[1] lakin 2020-ci ildə 26-cı yerə düşmüşdür.[2]

Avstraliyada media müxtəlif formatlarda, o cümlədən radio, televiziya, qəzet və internetlə təmin olunur. Çeşidlərə yerli, regional, ştat, federal və beynəlxalq media mənbələri daxildir. Onlar Avstraliya xəbərləri, siyasəti, problemləri və mədəniyyəti haqqında məlumat verirlər.

Ölkənin ən iri qəzetləri: "Herald Sun", "The Sydney Morning Herald", "The Daily Telegraph" və s. Ən böyük teleqraf agentliyi "Australian Associated Press"dir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "2018 World Press Freedom Index | Reporters Without Borders". RSF (ingilis). 10 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2019.
  2. "2020 World Press Freedom Index | Reporters Without Borders". RSF (ingilis). 23 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2020.
  3. Австралија Иттифагы. Мәтбуат, радио верилишләри, телевизија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 55.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • The Department of Foreign Affairs and Trade, Media in Australia [1]
  • Kim Jackson, Parliament of Australia- Parliamentary Library, Media Ownership Regulation in Australia, 2003 [2]