Avstraliya teatrı

Sidney Opera Teatrı.

Avstraliya teatrıAvstraliyada və ya avstraliyalılar tərəfindən yaradılmış səhnə sənətinin tarixi. Teatr Avstraliya mədəniyyətinin mühüm bir hissəsidir. Bu sənət qitəyə müstəmləkəçilik dövründə gəlmiş, Britaniyaİrlandiya teatrlarının ən yaxşı ənənələrini özündə cəmləşdirərək aborigen mədəniyyəti ilə inkişaf etmişdir. Avstraliya yazıçıları və teatr xadimləri son iki əsrdə Avstraliya mədəniyyətiniqitənin xarakterini dünya səhnəsinə çıxarmışdır.

Avstraliyada dünyaca məşhur Sidney Opera Teatrı yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Xalq məişət oyunları, "korrobori" (süjetli mərasim rəqsləri) deyilən tamaşalar Avstraliya İttifaqı teatrının əsası sayılır. Sidneydə ilk teatr tamaşası 1789-cu ildə olmuşdur (məhbuslar barakda Corc Farkuarın "Əsgər toplayan zabit" komediyasını tamaşaya qoymuşlar). Avstraliya İttifaqında peşəkar teatr truppası 1796-cı ildə yaradılmışdır. Teatr tamaşalarında musiqi və rəqsə çox yer verilirdi. 1830–1840-cı illərində ölkənin böyük şəhərlərində teatrlar təşkil edilmiş, əsrin ikinci yarısında isə teatr inhisarları yaranmış, həmçinin opera sənət inkişaf etmişdir. XX əsrin əvvəllərində demokratik "repertuar teatrları" yaradılmışdır. Ölkənin teatrlarında Avstraliya dramaturgiyasının (A. Sommervill, B. Deyvis, M. Efford və başqaları) pyesləri tamaşaya qoyulur. İkinci Dünya müharibəsindən sonra Sidneydə mütərəqqi "Yeni teatr", 1967-ci ildə isə daxili teatr truppası ("Müstəqil teatr") yaradıldı. Daimi teatr binalarının çatışmaması və maddi çətinliklər milli teatrın inkişafına maneçilik törədir. Teatrların əksəriyyəti kommesiya məqsədi güdür. Mütərəqqi ictimai istiqamətli yarıprofessional teatrlarda var. Professional balet sənəti 1850-ci illərin sonu, 1860-cı illərdə inkişaf etmişdir. Son illərdə Avstraliya İttifaqı teatrlarının repertuarında milli dramaturgiya əsas yer tutur. Dramaturqlardan C. Hibberd, A. Byuzo, B. Okli və başqalarının əsərlərində müasir, milli-tarixi və satirik mövzular öz əksini tapmışdır. Teatrlarda, həmçinin Vilyam ŞekspirAnton Çexovun pyesləri tamaşaya qoyulur. 1974-cü ildə Sidneydə aborigen aktyorlar tərəfindən aborigen dramaturqların birpərdəli pyesləri müvəffəqiyyətlə oynanılmışdır. Ölkədə aktyor və rejissor hazırlayan Dram Sənəti İnstitutu fəaliyyət göstərir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Австралија Иттифагы. Театр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 55.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]