Avstraliya yanğınları (ing.Australian bushfire season) — xarici mətbuatda Avstraliyada mövsümü kol yanğınları olaraq da adlandırılan 2019-cu ilin iyun ayından etibarən ölkənin şərq sahillərindən başlamış yanğınlar. 2019-ci ilə nəzərən, 2020-ci ilin ilk ayından etibarən yanğınların nəzərəçarpacaq dərəcədə intensivləşdiyi müşahidə olunmaqdadır. 2020-ci ilin yanvar ayının ilk həftəsinə olan məlumata görə 6.300.000 hektardan çox ərazi (16 milyon akr; 63 min kvadrat kilometr; 24,000 kvadrat mil) tamamilə yanıb, 2.500-dən çox müxtəlif təyinatlı tikili (1.300-dən çox yaşayış evi daxil olmaqla) məhv olub və ən az 34 nəfərin həlak olduğu bilidirilir .[6][7][8][9][10][11]
Rəsmilər yanğında 8,4 milyon hektar meşə sahəsinin məhv olduğunu və 1,2 milyard heyvanın xəsarət aldığını bildirir[12]. Yanğının baş verməsinin əsas səbəblərindən biri kimi hava şəraitinin şərq sahillərində anormal dərəcədə isti keçməsi göstərilir.[13] 2019-cu ilin dekabr ayında Yeni Cənubi Uels Hökuməti, rekord dərəcədə istiləşmə və uzun müddət davam edən quraqlığın ardından əyalətdə fövqalədə vəziyyət elan etmişdir.[14][15]Yeni Cənubi Uelsdə davam edən yanğınlar nəticəsində təxminən yarım milyard heyvanın öldüyü təxmin edilməkdədir.[16][17]
Yeni Cənubi Uelsdə normalda mövsümü kol yanğınları dövrü 1 oktyabrda başlayır və 30 marta qədər davam edir[18]. 2019–20-ci illərdə əyalətin 95 faizini əhatə edən quraqlıq və əyalətdə davamlı quru və isti hava şəraitinin olması səbəbindən miqyası və intensivliyi baxımından görünməmiş yanğın baş verdi[19]. On iki yerli idarəetmə sahəsi mövsümü kol yanğınları dövrünə 2 ay daha tez,yəni 1 avqust 2019-cu ildə, daha doqquzu isə 17 avqust 2019-cu ildə başladı. 28 yanvar 2020-ci il tarixindən etibarən Yeni Cənubi Uelsdəki yanğınlarda 5.3 milyon hektar (əyalətin 6,7% -i), o cümlədən milli parklarda 2.7 milyon hektar (əyalətin milli park əmlakının 37% -i) ərazi yanmışdır[20]. 10 fevral 2020-dən bir həftə öncə şiddətli yağışların yağması və daşqının əmələ gəlməsi nəticəsində Yeni Cənubi Uelsin sahil bölgələrinin əksəriyyətində aktiv fəaliyyət göstərən xeyli sayda yanğın söndü. Lakin ilkin mərhələdə hamısı Bega Vadisi və Qarlı Dağlar bölgələrində yerləşən və beşi nəzarətsiz olan 33 aktiv yanğın sönməmiş,bu prosesin tamamlanması aylar almışdır.[21]. Bir neçə ay ərzində 26 nəfər həlak olmuş, 2448 ev dağılmışdır[22].
6 sentyabr 2019-cu il tarixində Yeni Cənubi Uels əyalətinin şimal bölgələrində ciddi yanğın təhlükəsi yaşandı. Yanğınlar arasında oktyabrın sonunadək yanan, iki nəfərin ölümü və ilkin mərhələdə 16[23], ümumilikdə isə 43 evin dağıdılması ilə nəticələnən Dreyk yaxınlığında Uzun Gully yolu yanğını[24]; Tenterfayldın cənub kənarında yanan və bir nəfəri ağır yaralayan, bir evi dağıdan və dörd evi ciddi şəkildə zədələyən Makkenzi Dağı yolunda çıxan yanğını; və 12 Noyabra qədər yanan və yeddi evi məhv edən Ebor yaxınlığındakı Arı Yuvası yanğını ciddi fəsadlar törətmişdir[23]. Bölgədəki kiçik yanğınlar arasında Myall Dərəsi yolu yanğını da var[25]. Rəsmilərin bildirdiyi məlumata əsasən nəzarət altına alınana qədər Şimal sahilindəki Tankeri, Daravank və Corc Dağındakı üç yanğın fövqəladə səviyyədə idi[26].
Hunter bölgəsi, Kerry Silsiləsində ildırım nəticəsində yanğın başladı və müəyyən müddət ərzində Gospers Dağı və Oakey Dərəsi yanğınları ilə birləşdi. Kerry Silsiləsində başlanan yanğın Orta Qərb Bölgəsindəki Wollemi Milli Parkı, Nullo Dağı, Corikaci və Putti əyalət meşələrində və Musvellbruk və Sinqlton yerli idarəetmə sahələrində yanğınlara səbəb oldu. Yanğınlardan dolayı 19 dekabrda artıq havanın temperaturu 40 dərəcə çatmışdı[27]. Kerry Silsiləsindəki yanğın 10 fevral 2020-ci ildə söndürüldü, 79 gün ərzində təxminən 191.000 hektar ərazi yandı[28].
30 dekabr 2019-cu ildə Alburidən təxminən 110 km şərqdə yerləşən Yaşıl Vadidə Talmalmoda bir gün əvvəl başlamış yanğın, yerli şərtlər nəticəsində Qarlı Vadilər üçün görünməmiş bir yanğın hadisəsi halına gəldi[29].Tüstü kütləsi 8.000 metrə qədər yükəldi və piro-kumulonimbus buludunun [a] yaranmasına səbəb oldu və alov fırtınasına çevrildi.Küləyin yerdəki ekipajlar tərəfindən 100 km / saat-dan çox olduğu müəyyən edildi və əsas yanğın mənbəyindən 5 km-dən çox məsafədə yanğın başladı. Tornado daha sonra bir mülkü yanğından qorumaq üçün çalışan xilasetmə heyətini vurdu, tankerlərini çevirdi və heyəti içəridə tələyə saldı, sonra da atəşə bürüdü. Ərazidə çalışan yanğınsöndürənlərin yük maşını aşdı nəticədə ekipaj üzvlərindən biri həlak oldu ikisi isə yaralandı[30][31][32].
2019-cu ilin oktyabr ayının sonunda Skamander, Eldersli və Laçlan yaxınlığında dörd alov mərkəzi yarandı. Luluort, Bosuell və Laçlanda əhaliyə təcili xəbərdarlıqlar edildi. Suonsi yaxınlığında böyük bir yanğında 4000 hektar ərazi də yanmışdır. İldırım vurmasının ardından Cənub-Qərbi Tasmaniyada çoxlu yanğın başladı[33][34].
İki yanğın 2020-ci ilin yanvarında da yanmağa davam etdi. 11 yanvar tarixinə qədər 2100 hektardan çox ərazini yandıran və ətrafı 42 km olan yanğın təhlükəsiz hala gətirildi. Eldersli yaxınlığındakı bir ev və bir sıra köməkçi tikililər, qayıqlar, texnika, 13 avtomobil, bir taxta fabriki və bir vergi müəssisəsi dağıldı.29 dekabr 2019-cu ildə Tasmaniyanın şimal-şərqində Fingal Vadisindəki Mangana kəndi yaxınlığında qəsdən və tamamilə atəş qadağasına baxmayaraq yanğın başladıldı,bir nəfər atəşi başlatmaqda ittiham olundu. 30 dekabrda Hobart'dan 45 km şimal-qərbdə, Yuxarı Deruent Vadisindəki Pelhamın cənubundakı yanğın da daxil olmaqla, onlarla alov mənbəyinin yaranmasına səbəb olan 406 ildırım vurdu. 16 Yanvar 2020-ci ilə qədər Fingal Vadisindəki alov 20.000 hektar və Pelhamdakı alov 2.100 hektar ərazinin yanması ilə nəticələndi.2019–20-ci ildə çıxan yanğın mövsümü ərzində Tasmaniyada təxminən 36,000 hektar ərazi yanmışdır.[35]
Avstraliyadan kənarda olan Donald Trump[36], Kori Buker[37], Hillari Klinton[38], El Qore[38], Berni Sanders[37], Qreta Zunberg[39][40], and Elizabet Uarren[37] kimi siyasi xadimlərin hamısı yanğınlar haqqında ictimaiyyətə şərh etdi.Tina Arena[37], Patrisiya Arquyette[41], Keyt Blançet[41],Russell Crowe[42], Ellen DeQeneres[43], Selena Qomez[44],Halsey[38],Nicol Kidman[41], Lizzo[44], Betti Midler[38], Pink[44], Marqot Robbi[41], Paul Stenli[38], Jey Park[45], Jonatan Van Ness[44], və Foebe Ualler-Bric [41] kimi əyləncə sektorundakı insanlar da yanğınlarla əlaqədar açıqlamalar verdi. Həmçinin sözügedən şəxslərdən bəziləri fond üçün vəsait topladı və ya bağışladı.
4 yanvar 2020-ci ildə Kraliça Elizabeth və Edinburq hersoqu general-qubernator David Hurleyə başsağlığı mesajı göndərərək bildirirlər:"Bu çətin anda bütün avstraliyalılar üçün dua edirik." Kraliça mesajıda yanğınları və ölkəyə vurduğu dağıdıcı təsirlərini eşitdiyinə görə "çox kədərləndiyini" bildirdi və təcili xidmət işçilərinə[b] təşəkkür etdi[46].8 yanvar 2020-ci il tarixində Şahzadə Çarlz yanğınların "qorxulu dəhşətinə" ümidsizliyini ifadə edən bir video mesaj yayımladı[47]. Cambridge hersoqu və hersoginyası və Sasseks hersoqu və hersoginyası da Avstraliyaya mesajlar verdilər[47], Avstraliya irsindən olan Danimarka Şahzadəsi Meri, əri vəliəhd Frederik ilə başsağlığı verdikləri açıq bir məktub yayımladı mətubda qurbanların ailələrinə başsağlığı və yanğınsöndürənlərə hörmətlərini dilə gətirdilər[48].
Kanadalı İdarələrarası Meşə Yanğın Mərkəzindən 87 Kanadalı yanğınsöndürəndən ibarət dörd qrup göndərildi[49][50].2009-cu ildən bu yana Kanadalı personalın Avstraliyaya göndərilməsi hadisəsi bir ilk idi[51]. Həmçinin 27 yanvar tarixində Kanada hökuməti Kanada Hava Qüvvələrinin bir CC-17 təyyarəsini 15 şəxsi heyəti ilə birgə nəqliyyatda əlavə yardım və hava nəqliyyatı dəstəyi təmin etmək üçün Avstraliyaya göndərdi[52].
Fici hökuməti, Fici Hərbi Qüvvələrinə məxsus humanitar yardım və fəlakətdən xilasetmə taqımını və mühəndislərini kolluq yanğının reabilitasiyasına kömək etmək üçün göndərdi[53].
6 yanvarda Fransa Prezidenti Emmanuel Macron, meşə yanğınlarında kömək edə biləcəyini bildirdi[54].Beş fransız yanğınsöndürmə mütəxəssisindən ibarət bir qrup, 9 yanvarda Fransa və Avropa dəstəyi üçün mümkün variantları təyin etmək məqsədilə Avstraliyaya göndərildi[55].
1 Fevralda SST Zeni, Ordu mühəndislik taqım birliyi, Avstraliyaya göndərildi.Ümumilikdə 26 ordu mühəndisi, 6 Korps Marinir personalı, 4 Hava Qüvvələri təsisatı inşaat işçisi və 2 TNI Tibb Şöbəsi işçilərindən ibarət olan 38 nəfərlik heyət Avstrailayaya göndərilmişdi.İndoneziya səfirliyinin 3 fevral 2020-ci il tarixində verdiyi məlumata görə, heyət həmin gün Yeni Cənubi Uelsdəki Avstraliya Hərbi Hava Qüvvələri Bazası Riçmonda endi və Mavi Dağlar ərazisində yerləşdiriləcək[56][57][58].
15 yanvarda Yaponiya hökuməti,Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin iki C-130 təyyarəsini, 70 digər Özünümüdafiə Qüvvələri heyəti ilə birlikdə yanğınlarla mübarizə üçün nəqliyyat və digər ləvazimatları göndərdiJapan Times. "Two SDF planes arrive in Australia to help fight bush fires"(eng). japantimes.co.jp. 15 January 2020. İstifadə tarixi: 2021-02-22.. Təyyarə Komaki Hava Bazasından ayrıldı və ertəsi gün Yeni Cənubi Uelsdəki Avstraliya Hərbi Hava Qüvvələri Bazası Riçmonda uçdu.
5 yanvarda Malayziya, Baş nazir Köməkçisi Uan Azizah Uan İsmayıl tərəfindən bildirilmiş bir bəyənatla kömək təklif etdi. O cümlədən bəyanatda qeyd edilir:"Malayziya hökuməti adından qurbanlara, ailələrinə və təsirlənənlərə dərin hüznlə başsağlığı verirəm. Bu çətin dövrdə dualarımız Avstraliya xalqı ilə birlikdədir"[59]. 13 yanvarda Malayziya rəsmi olaraq kol yanğınlarına kömək etmək üçün qırxdan çox xilasetmə qüvvəsini göndərdi[60]. Dövlət qurumlarından olan iyirmi nəfər də missiyaya cəlb edildiMuhammad Zulsyamini Sufian Suri. "Malaysian firemen to leave for Australia to help fight bushfires"(eng). nst.com.my. January 13, 2020. İstifadə tarixi: 2021-02-22..
Altı dörd nəfərlik ekipaj, bir işçi qrupu lideri və bir əlaqə zabitindən ibarət iyirmi altı Kivi xilasetmə qrupu,ümumilikdə isə həm birbaşa yanğın söndürmə, həm də dəstək məqsədilə əllidən çox Yeni Zelandiya vətəndaşı Avstraliyaya göndərildi [61]. Həmçinin 2020-ci ilin yanvarında Yeni Zelandiya hökuməti Yeni Zelandiya Hava Qüvvələri və Yeni Zelandiya Ordusunun üç NH90 helikopteri, iki Ordu döyüş mühəndisi bölməsi və bir komanda elementi də daxil olmaqla Avtraliya xilasetmə qüvvələrinə dəstək üçün göndərdi[62].Vəhşi təbiətin xilas edilməsinə kömək edən və SAFE tərəfindən dəstəklənən Animal Evakın[c] heyvan fəlakətinə qarşı mübarizədə altı nəfərlik mütəxəsis qrupu Yeni Zelandiya tərəfindən 8 yanvarda Yeni Cənubi Uelsə göndərildi[63]. Bu Avstraliyaya gələn ilk beynəlxalq heyvan xilasetmə mütəxəssisi heyəti idi[64], buraya baytarlar, heyvan idarəçiliyi ilə yanaşı heyvan fəlakəti və texniki heyvan xilasetmə mütəxəssisləri də daxil idi. Dörd nəfərlik ikinci komanda 13 yanvarda gəldi[65]. Qruplar bir neçə yaralı heyvanı müvəffəqiyyətlə xilas etmək və köçürmək üçün yerli vəhşi təbiət mərkəzləri ilə əməkdaşlıq etdilər[66][67][68]. O cümlədən yanğın təhlükəsi zonalarında olan sakinlərə heyvan evakuasiyası planları barədə məsləhət verdilər[69].
Papua Yeni Qvineya Hökuməti, meşə yanğınlarında kömək etmək üçün Avstraliyaya 1000 hərbi və digər işçi personalı göndərməyi təklif etdi. Papua Yeni Qvineya həmçinin Avstraliyaya kömək etmək üçün cənab Marapey tərəfindən ianə toplamaya nəzarət edən bir Yanğın Müraciət Katibliyini yaratdı[70]. Avstraliya komandanın 76-sı Laedəki mühəndis batalyonundan,qalanları isə sahə mühəndislərindən və Taurama mərkəzli taburdan olan kömək heyətindən ibarət ümumilikdə 100 Papua Yeni Qvineya Müdafiə Qüvvələri personalını qəbul etdi.Papua Yeni Qvineyanın Hagen Dağında yerləşən bir aviasiya şirkəti, meşə yanğınlarına qarşı mübarizə üçün Avstraliyaya bir helikopter göndərdi.Baş pilot Mark MakKahan vertolyotun yanğın söndürmə təcrübəsi olan üç nəfərlik bir heyət tərəfindən idarə olunduğunu söylədi.[71]
Filippin Qırmızı Xaç cəmiyyəti, Avstraliyaya 100 milyon dollar ianə edəcəyinə söz verdi[72], müxtəlif filippinli şəxslər kol yanğınlarının qurbanlarına ianə ilə dəstək verdiklərini bildirdi[73].Magindeno qadınlarının rəhbərlik etdiyi Teduray xalqı atəş tanrıçası Frayağ Sarifin ölkəyə yağış gətirməsi üçün şəfaətini çağıraraq Avstraliyalı qurbanlar üçün müqəddəs yağış hazırlama ayinini başlatdı[74].
Sinqapur Oakey Ordusu Aviasiya Mərkəzində yerləşən iki Chinook helikopteri və 42 Sinqapur Silahlı Qüvvələrinin şəxsi heyətini Victoriyada Avstraliya Hərbi Hava Qüvvələri Bazası Şərq Satışına yerləşdirdi.Chinooklar yanğın söndürmə və yardım ləvazimatları gətirdi və eyni zamanda təsirlənmiş bölgələrdən sakinlərin evakuasiya edilməsinə xidmət göstərdi[75].
Birləşmiş Ərəb Əmirlikləri, Əmirlik astronavtı Avstraliyanın Quinsland, Qriffit Universitetindən doktorluq dərəcəsi alan Sultan Əl Neyadi də daxil olmaqla yanğının söndürülməsinə kömək etmək üçün Əmirliklər Kızılay Cəmiyyətindən 200 könüllü göndərdi[76][77].Avstraliyada yanğınlardan təsirlənənlərə yardım üçün ianə toplamaq məqsədi ilə Dubai Expo 2020 tərəfindən bir Twitter kampaniyası və #mateshelpmates həştəqi başladıldı[78].Xəbərdarlığı artırmaq məqsədilə dünyanın ən hündür qülləsi olan(828 metr) Dubaydakı Bürc Xəlifə, Avstraliyaya dəstək göstərmək üçün "Hamımız kömək edə bilərik" ifadəsi və MatesHelpMates həştəqi ilə Avstraliya ilə həmrəylik içində işıqlandı[79].
Amerika Birləşmiş Ştatları yanğınlarla mübarizədə kömək üçün ABŞ Daxili İşlər Nazirliyindən 222 nəfər daxil olmaqla 362 xilasetmə heyətini Avstraliyaya göndərdi. Yanğınlarda ABŞ-nin digər bölgələrindən olan xilasetmə qrupları da kömək etdi[80][81][82].23 yanvarda, üç ABŞ xilasetmə qrupu, Yeni Cənubi Uelsdəki Koomanın şimal şərqindəki C-130 yanğın söndürmə təyyarəsinin qəzasında öldü[83].
7 yanvarda Danimarka, Danimarka Fövqəladə Hallar İdarəetmə Agentliyi vasitəsi ilə gözləmə rejimində olan və qısa müddət ərzində hərəkət edə biləcək 50 xilasetmə qrupunu Avstraliyaya təklif etdi, lakin Avstraliya Hökuməti təklifdən məmnun olsa da buna ehtiyac olmadığını bildirdi, o anda qalan yanğınlarla məşğul olmaq üçün kifayət qədər maddi, insan qüvvəsi və təşkilata sahib olduqlarını söylədi[84].
6 yanvar 2020-ci il tarixində Rumıniya Daxili İşlər Nazirliyi Avropa Birliyi Mülki Müdafiə Mexanizminə (ABMMM) cavab verdi və Avropa İttifaqının Təcili Müdaxilə Koordinasiya Mərkəzi (AİTMKM) vasitəsilə Avstraliyada yerləşdiriləcək 70 yanğınsöndürəni[85] hazırladı [86]. Avstraliya bunu rədd etdi, eyni zamanda Avropa İttifaqı (Aİ) daha çox yanğın köməyi çağırışı etdi[87][88].
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Tvitterdə Türkiyənin lazımi bütün köməyi göstərməyə hazır olduğunu, Türkiyənin Melborn konsulluğunun isə Quinsland Yanğın və Təcili Yardım Xidmətlərinə 14,500 dollar bağışladığını yazdı[89][90].
Ukrayna Xarici İşlər Nazirliyi Avstraliyaya Ukrayna hökumətinin yanğınlarla mübarizə üçün 200 təcrübəli yanğınsöndürən göndərməyə hazır olduğunu bildirdi. Ukrayna Xarici İşlər Naziri "Avstraliyadakı yanğınlara Ukraynalıların laqeyd qalmadığını" qeyd etdi [91].
Bəzi Sakit okean ölkələri də bir miqdar yardım göndərə biləcəklərini bildirdilər [92].
↑Meşə yanğını və ya vulkan partlaması kimi istilik mənbələrinin üzərində yaranan və bəzən mənbəni söndürə bilən bir növ kumulonimbus buludu
↑Təcili xidmət işçiləri—xilasedicilər,yanğınsöndürənlər,tibb işçiləri
↑Heyvanların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların təhlükə mənbəyi sayılan ərazilərdən daha təhlükəsiz ərazilərə köçürülməsini təmin edən təşkilat.
↑New South Wales Rural Fire Service. "Bushfire Bulletin: The Journal of the NSW Rural Fire Service" (eng). www.rfs.nsw.gov.au/. 41 No.2/2019. (#cite_web_url); (#accessdate_missing_url)
↑Australian İnstitute for Disaster Resilience. "Bushfires - Black Summer". knowledge.aidr.org.au. December 2019 – January 2020. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
↑CBC News. "Dec 27, 2019"(eng). cbc.ca/news. More B.C. firefighters head to Australia as wildfires continue to burn. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
↑Nick Bonyhady. ['Call for help': International response to Australian fires "'Call for help': International response to Australian fires"] (#bad_url)(eng). smh.com.au. January 6, 2020. İstifadə tarixi: 2021-02-22.