Avstriyalı Anna (Fransa kraliçası)

Avstriyalı Anna (isp. Ana de Austria; fr. Anne d'Autriche) (d. 22 sentyabr 1601 – ö. 20 yanvar 1666) — Fransa kralı XIII Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı III FilipinAvstriyalı Marqaritanın qızı olaraq İspaniya infantası idi.

Avstriyalı Anna
isp. Ana de Austria
Şəxsi məlumatlar
Doğum adı Ana María Mauricia de Austria y Austria-Estiria
Doğum tarixi 22 sentyabr 1601(1601-09-22)[1][2][…] və ya 1601
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1666(1666-01-20)[1][2][…] və ya 1666
Vəfat yeri
Vəfat səbəbi süd vəzi xərçəngi
Dəfn yeri
Atası III Filipp (İspaniya kralı)[3]
Anası Avstriyalı Marqarita (İspaniya kraliçası)[3]
Həyat yoldaşı
Uşaqları

Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anna altı yaşında, 1607.

1615-ci ilin oktyabr ayında Bidasoa şəhərciyində Fransa ilə İspaniyanın sərhəddindən təntənəli nümayiş keçdi. Zərli araba qatarı. Yük daşıyan karvan və mühafizə ordusu yalnız bir şəxsi – 14 yaşlı utancaq qızcığazı müşayət edirdi. Ispan şahzadəsi Anna-Mariyanı Parisə, gənc kral XIII Lüdovikə (XIII Louis) ərə verməyə aparırdılar. O, bu nikahla uzun əsrlər bir-birinə düşmən kəsilmiş Habsburqlar (İspaniya) ilə Burbonlar (Fransa) sülalərini barışdırmalı idi. Bu məqsədlə İspaniya kralı IV Filippin xanımı şahzadə Elizabeth Madridə yollanmışdı. Məzlum qadın yad məmləkətdə qəm çəkdiyi halda, gənc ispan şahzadəsi Fransa mühitinə tamamilə uyğunlaşaraq, xalq arasında Avstriyalı Anna adını qazanmışdı. Bəs nə üçün Avstryalı? Iş burasındadır ki, Habsburqlar sülaləsi Avstrya mənşəli, Annanın anası Marqarita isə Avstriya şahzadəsi idi. Buna görə də, gənc qız ispana az oxşayırdı: onun sarı saçları, ağ dərisi, balaca burnu və Habsburqlar sülaləsinə məxsus olan qabarmış alt dodağı var idi. Onun yalnız tünd şabalıdı, demək olar ki, qara ehtiraslı gözləri şahzadənin ispan mənşəli olmasından xəbər verirdi. Lakin onun çılğın hissləri heç vaxt özünü büruzə vermirdi: şahzadəni saray ruhunda, sərt ispan əxlaq normalarına uyğun tərbiyə etmişdilər.

Anna ərə gedir

Annanın atası III Flipp dəm qazından zəhərlənərək vəfat etmişdi. Annanın babası II Flipp Madridin yaxınlığında dəbdəbəli və qaranlıq Eskornal qəsrini inşa etdirsə də, onun övladları dəbdəbədən uzaq olan Alkasar qəsrinə üstünlük verirdilər. Saraylar şərq üslübunda inşa olunurdu. Çünki İspaniya yüz illər boyu ərəb hökmdarlarının əsarəti altında olduğundan, kişi və qadınlar üçün nəzərdə tutulmuş iki hissəyə bölünmüşdü. Günorta saatlarında hər iki tərəfdə saray əyanları, təlxəklər və cırtdan adamlar sərbəst şəkildə hərəkət etsələr də, günbatandan sonra, sarayın qadın ərazisində kraldan başqa, kişi cinsinə məxsus olan şəxsə rast gəlinmirdi. Kraliça və şahzadənin namusu şübhə doğurmamalı idi. Hətta kraliça ilə şahzadənin əlinə toxunmaq belə, edam ilə nəticələnə bilərdi. Bir dəfə şahzadə Mariya-Terezanı qızmış atın belindən yerə salmağa nail olan, yəni onun həyatını xilas edən iki zabit, ölümdən xilas olmaq üçün, sərhəddə qədər gecə-gündüz at çapmalı olmuşlar.

1601-ci ilin sentyabr ayında dünyaya göz açmış Annanın da həyatı, digər ispan şahzadələri kimi sərt qanunlara tabe idi. Səhər erkəndən yuxudan oyanma, səhər duası və səhər yeməyi, daha sonra isə dərs saatları. Gənc şahzadələr tikiş tikir, rəqs edir, yazı yazmağı öyrənir, müqəddəs tarix ilə kral sülaləsinin şəcərəsini əzbərləyirdilər. Daha sonra təntənəli nahar yeməyi, günorta yuxusu, saray xanımları ilə söhbətlər (hər bir şahzadənin saray xanımlarından ibarət ştatı var idi), uzunmüddətli dualar və axşam saat 10-da gecə yuxusu.

Anna

Əlbəttə, qızcığaz şahzadələrin İspaniyanın xarici əyalətlərindən gətirilmiş oyuncaqları və şirniyyatları var idi. Anna xüsusilə şokoladı çox sevirdi. Çox-çox sonralar, o, şokoladı fransızlara da sevdirmişdi. Lakin, daha doğrusu, onun həyatı şən deyildi – sərt ədəb-ərkan qaydaları ona gülməyə, qaçmağa, yaşıdları ilə oynamağa icazə vermirdi. Bütün bunlarla yanaşı, şahzadələr narahat qiyafələr də geyirdilər. Annanı hələ 3 yaşında fransız şahzadəsi Lüdovikə nişanlamışdılar. Şahzadənin hissləri heç bir rol oynamırdı. O, nişanlısının gözəl və yaxud çirkin, mehriban və ya zalım olacağını bilmirdi.

Anna və XIII Luis

[redaktə | mənbəni redaktə et]
XIII Luis

Demək olar ki, eyni problemlər ilə gənc Lüdovik də qarşılaşırdı. Fransız sarayı ispan sarayına oxşamırdı. Burada tez-tez gülüş səsləri, lətifələr eşidilir, ailə xəyanətləri müzakirə olunur, kral ilə kraliça bir-birinə açıq çəkildə xəyanət edirdilər. Daim işgüzar IV Henrix oğlunu sevsə də, ona diqqət ayırmır, anası italiyalı Mariya Mediçi isə, oğluna, danlamaq və ya onu hər hansı bir əməlinə görə cəzalandırmaq üçün baş çəkirdi. Buna görə də, şahzadənin qapalı, dəyişkən xasiyyətli, kompleksli olması təəccüblü deyildi. Gi Bretonun yazdığı kimi, bu komplekslərdən biri də, Lüdovikin həyat yoldaşına münasibəti idi. O, 3 yaşında olarkən gələcək həyat yoldaşı haqqında bunları deyirdi: "O, mənim ilə yatağa girəcək və mənim üçün uşaq dünyaya gətirəcək ". O dəqiqə də qaşlarını düyünləyərək: "Xeyr, istəmirəm. Axı, o ispaniyalıdır. Ispanlar isə, bizim düşmənlərimizdir". Indi isə o, nişanlısı ilə tezliklə görüşməyə can atırdı. O, Annanın Bordo şəhərinə gəlməsini gözləməyib, atla onun qarşısına getmiş, nişanlısının simasını arabanın pəncərəsindən görmüşdü. Annanın gözəlliyi Lüdovikin o qədər xoşuna gəlmişdi ki, gənc şahzadə heç bir söz söyləməmişdi. Bu cür hal nişan mərasimində də təkrar olunmuşdu. Parisdə baş vermiş toy mərasimindən sonra isə yeni evlənən gəncləri yataq gözlədiyi halda, Lüdovik qorxu keçirirdi. Toy gecəsini gənclərlə birlikdə 2 qulluqçuda keçirmiş və səhər saray əhlinə nikahın baş tutduğunu bildirmişlər. Lakin, arzu olunan varis nə toy gecəsi nəticəsində, nə də son 10 ildə dünyaya gəlmədi.

1610-cu ildə IV Henrix qətlə yetirildi və Fransa və Navariyanın qanuni kralı XIII Lüdovik oldu. Lakin buna baxmayaraq, dövləti Lüdovikin anası italiyalı Mariya Mediçi və onun məşuqu italiyalı Konçino Konçini idarə edirdi. Bütün ölkə Konçiniyə nifrət etsə də, baş nazir rütbəsini daşıyan Konçini rüşvət və hiylənin köməyi ilə mövqeyini qoruyub saxlayırdı. Parlament Konçininin istefasını tələb etdikdə isə, gənc yepiskop Lyuson süni sübutlar ilə parlament iştirakçlarının tərəfdarına çevrildi. Bu vaxt yepiskop Armand Jean-de Plesis – Richelieu idi. Yaxın zamanlarda, o, Fransanın əsl hakimi mövqeyini qazanacaqdı.

Lüdovik də Konçiniyə nifrət edir, anasını sevmirdi. O, etirazını özünü bu iki şəxsə oxşatmamaqla bildirirdi. Mariya və Konçini öz qiyafələrini hər gün yenilədiyi halda, Lüdovik sadə kətan paltarda gəzirdi. Onlar ziyafətlər təşkil edir, kral isə gününü ibadətdə keçirirdi. Onlar məhəbbətlə məşğul olur, Lüdovik isə müdrikliyə qapılırdı. Lüdovik ilk toy gecəsindən sonra dörd il həyat yoldaşının yataq otağına daxil olmamışdı. Lüdovik müqəddəs ataların moizələrini dinləyərək qadınları məkrli afət hesab edirdi. O, nəinki həyat yoldaşına, hətta saray xanımlarına da açıq və dar paltarlar geyinməyə qadağa qoyur, onları əks cinsin məkrli niyyətlərindən qoruyurdu.

Eyni zamanda, gənc kral saray xidmətçilərinə qarşı nəvazişlə davranırdı. Bu, Parisdə birmənalı qarşılanmadı. Lüdovikin sevimli xidmətçilərindən biri də quşların təlimçisi Alber de Luin idi. Lüdovik Alberlə birlikdə günlərlə ova çıxaraq, öz xanımını unutmuşdu. Konçini ilə kraliça Mariya Alberə qarşı sui-qəsd hazırlamışdılar. Lakin gənc Fransa kralı onların planlarını hissə-hissə yox etdi. Belə ki, 1617-ci ilin aprel ayında Konçini saray darvazalarının qarşısında qvardiya əsgərləri tərəfindən saxlanılaraq, 3 gülləyə qurban getdi. Növbəti gün kraliça Mariya ev dustağı elan edildi, daha sonra isə Bluaya sürgün edildi. Mariya ilə yanaşı, ona daim sədaqətli olan yepiskop Rişelye də sürgün olundu. Lakin tezliklə Rişelye kardinalın qırmızı papağına layiq görüldü, sonra isə baş nazir vəzifəsinə yüksəldi. Rişelye 1624-cü ildə Fransada baş tutmuş xalq qiyamı və dövlət çevirilişini zor gücünə yatırdı. Rişelyeyə müqəddəs ata Jozef dü Tramblenin rəhbərlik etdiyi məxfi xidmət dəstəsi qulluq edirdi. Rişelyenin casusları Fransa da daxil olmaqla bir sıra Avropa saraylarında kəşfiyyatla məşğul idilər.

Ölkədə bu cür dəyişikliklərin baş verdiyi zaman, gənc kraliça Anna, Luvr sarayında darıxdırıcı həyat tərzi sürüdü. Lüdovikin isə krala layiq olmayan məşğuliyyətləri var idi: o, dualar edir, meyvə ağaclarına qulluq edir, ova çıxırdı. Hətta ölümündən sonra Lüdoviki xatırlayanlar qeyd edirdilər ki, bu fərsiz monarxdan yaxşı xidmətçi çıxardı. Anna həyat yoldaşının əyləncələrini səfehlik hesab edir, onun nəvazişləri üçün darıxırdı. Lüdovikin həyat yoldaşının yataq otağına daxil olması üçün Roma papası və ispan səfiri əllərindən gələni etsələr də, "bal ayı" qısamüddətli oldu. Lakin bütün bunlara baxmayaraq, kraliça Anna, yaxın rəfiqəsi- fitnəkar və yüngül əxlaqlı hersoginya Mari de Şevrezin məsləhətlərini dinləmir və həyat yoldaşına sadiq qalırdı. Mari de Şevrez bunu Annanın "ispan tərbiyyəsi " ilə bağlayırdı. Mari de Şevrezin gətirdiyi məşuqun rədd cavabı alması, hersoginyanın ispan tərbiyəsindən şikayət etməsinə səbəb olmuşdu.

Bu zaman kraliçanın "hisslərinin tərbiyəsinə" gözlənilmədən Rişelye qoşulmuşdu. O, rütbəsinə baxmayaraq, qadınlara ehtiyac duymurdu. Konçininin vəfatından sonra Rişelyenin Mariya ilə yaxın münasibətindən bəhs olunurdu. Rişelye daha sonra Anna ilə yaxın münasibət qurmağa cəhd edirdi. Bir qədər sonra, Rişelyenin qardaşı qızı gənc Mari d’Egiyon Annanın yataq otağında gecələməyə başladı. Rişelye kraliçanın ürəyini ələ almağa çalışırdı. Paris əhalisi Rişelyenin Lüdovikin bacara bilmədiyini etməyə çalışmasından – yəni varis dünyaya gətirərək, Fransa taxt – tacına sahib çıxacağından danışırdılar. Çox güman ki, o, sadəcə olaraq kraliçanı nəzarət altında saxlayaraq, onun hər hansı bir dövlət çevrilişinə yol verməməsinə nəzarət edirdi. Lakin, bütün bunlarla yanaşı, Rişelyenin Annanın gözəlliyinə valeh olmasını da istisna etmək olmaz (o zamanlar Annanın 24, Rişelyenin isə 40 yaşı var idi). Anna kardinalın ağlına, nitqinə valeh olsa da, bir kişi kimi ona maraq göstərmirdi. Çox güman ki, yenə də ispan tərbiyyəsi öz sözünü deyirdi – Anna kişiləri Tanrının qulu kimi qəbul etməyə adət etməmişdi.

Anna Rişelyenin kələklərindən təngə gələrək, rəfiqəsi Marinin məsləhəti ilə onunla zarafat etmək qərarına gəldi. Kardinal növbəti dəfə kraliçadan "mən sizin üçün nə edə bilərəm?" soruşduqda Anna :"Mən vətənimin həsrətini çəkirəm. Siz ispan paltarı geyinərək, mənim xətrimə sarabanda rəqsini oynaya bilərsinizmi?". Kardinal uzun müddət tərəddüd etsə də, qiyafəsini dəyişərək, ehtiraslı rəqs nümayiş etdirdi. O, qəribə səslər eşidərək, çıxışını yarıda saxlamış və pərdənin arxasına baxarkən, hersoginya de Şevrez ilə iki saray xanımının ona güldüklərini görmüşdü. O, qəzəbli şəkildə qaça-qaça otağı tərk etmişdi. Kraliçanın taleyi həll olunmuşdu – o, kardinalın sevgisini qiymətləndirə bilmədiyi üçün heç kimə qismət olmamalı idi. Anna özünə güclü düşmən qazanmıdı və bundan sonra kardinalın casusları Annanı daim nəzarət altında saxlamağa başladılar.

Anna və Bekingem hersoqu

[redaktə | mənbəni redaktə et]
Bekingem hersoqu Corc Vilyers

1625-ci ilin yazında kraliçanın ürəyi nəhayət ki, əsl sevgini anladı. Bu ingilis elçisi – 33 yaşlı Bekingem hersoqu Corc Vilyersin Parisə gəlməsi ilə başladı. Artıq ilk saray ziyarəti zamanı hündür boylu, gözəl qiyafəli, yaraşıqlı gənc bütün saray xanımlarını valeh etdi. Onun paltarı hər dəqiqə qırılan mirvarilərlə bəzədilmişdi. O qırılıb yerə düşən mirvariləri geri qaytarmaq istəyənlərə həmin mirvariləri bağışlayırdı. Hersoq Bekingem bu sərvətləri ölüm ayağında olan kral I Yakovun səxavəti nəticəsində toplamışdı. Kral ölərkən varisi Karla hersoq Bekingemi baş müşavir təyin etməsini tövsiyə etdi. Hersoq Parisə XII Lüdovikin bacısı şahzadə Henriettanı Karla nişanlamaq üçün gəlmişdi. Lakin Annanı görən hersoq ömrünün qalan 3 ilini Annanın sevgisini qazanmağa sərf etdi.

Qısa müddət sonra Amyendə baş verən hadisələr bütün Fransaya yayıldı. Belə ki, hersoq və Anna Heriettanı yola saldılar. Axşam vaxtı isə bağdakı saraydan qışqırıq səsi eşidildi. Səsə saray əyanları toplaşdı. Onlar qəribə mənzərənin şahidi oldular: Behimgem diz üstə çökərək kraliça Annanı öpürdü. Bu hadisə birmənalı qarşılanmadı. Bəziləri ehtiraslı hersoqun mirvari ilə bəzədilmiş paltarının Annanın ayağını kəsdiyini söyləyirdilər. Buna görə o, qorxudan səs-küy salmışdı. Lakin digər variant da istisna olunmurdu: görüş kraliçanın razılığı ilə baş tutmuş, səs-küyü isə kardinalın casuslarından biri qaldırmışdı. Ola bilsin ki, Anna Behingemi diqqət mərkəzindən qoymamışdı, əks halda niyə Anna hersoqa almazdan hazırlanmış boyunbağı bağışlasın ki? Kardinalın casusları boyunbağıdan xəbər tutmuşdular. Rişelye Bekingemin keçmiş məşuqəsi qrafinya Karrikə külli miqdarda pul verərək boyunbağıdan iki mirvari kəsməsini tapşırmışdı. Qrafinya hersoqun sarayına daxil olaraq iki mirvari kəsmiş və onları Rişelyeyə gətirmişdi. Rişelye mirvariləri krala sübut kimi təqdim etmişdi. Kral Annaya boyunbağını kral ilə kraliçanın şərəfinə təşkil olunmuş Marlezon mərasimi zamanı geyinməyi tapşırmışdı. Xoşbəxtlikdən, Bekingem iki gün ərzində boyunbağının çatışmayan mirvarilərini hazırladaraq Annaya göndərmişdi. Nə üçün kardinal kraliçaya ziyan vurmaq istəyirdi? Əlbəttə, əsas səbəblərdən biri kardinalın təhqir olunmuş qururu idi. Digər tərəfdən, Rişelye Annanın Fransanın əbədi düşməni İngiltərə ilə əlaqəyə girməsinndən ehtiyat edirdi. Hər bir halda ispan Anna əsl fransız deyildi və ingilislərə nifrət bəsləmirdi. Bu məqsədlə, kardinal Annanı təcrid etməyə və kralla münasibətinin pisləşməsinə çalışırdı. Kardinal buna nail olmuşdu. Boyunbağının qaytarılmasına baxmayaraq Lüdovik Annaya inanmırdı. Lüdovik Annanı əxlaqsız və həyat yoldaşını dəyişməyə can atan qadın hesab edirdi. Əvvəllər Lüdovik Annanı kardinalın hücümlarından qorusa da, artıq buna cəhd etmirdi. Hersoq Bekingemə Fransaya səfər etmək qadağan olundu, kraliça isə ev dustağına çevrildi.

Rişelye Annaya qarşı

[redaktə | mənbəni redaktə et]
Kardinal Rişelye

Rişelye buna sevinırkən bir-birini çox sevən aşiqlərin nəyə qadir olduqlarını bilmirdilər. Hersoq Bekingem Parisə qayıdacağına and içdi. Ingiltərə Fransa ilə müharibəyə başladı. Hersoq Parisə qalib kimi daxil olmaq istəyirdi. Digər tərəfdən kardinalın sayəsində bir sıra imtiyazlardan məhrum olmuş fransız protestantları tezliklə La Roşeli limanında üsyan qaldırdılar. Üsyanıların köməyinə hersoq Bekingemin başçılıq etdiyi ingilis donanması çatdı. Lakin quru döyüşlərində Avropanın əvəzedilməz qoşunlarına malik Fransa ordusu hücumu yatırdaraq, üsyançı şəhəri mühasirəyə almağa nail oldu. Rişelye əməliyyatlara şəxsən rəhbərlik edirdi. Bekingem 23 avqust 1628-ci ildə Porsmutda yeni donanma toplayan zaman Falton adlı zabit tərəfindən qətlə yetirildi. Oktyabrda İngiltərədən gözlədiyi köməyi ala bilməyən La Roşelin üsyançıları məğlub oldular.

Hersoqun ölümü Annanı sarsıtmışdı. Kral Annanın şərəfinə ziyafət təşkil etdi. həyat yoldaşının etibarından və sevimli hersoqundan məhrum olan Anna qisas haqqında düşünürdü. O, hersoginya de Şevrez ilə kardinala qarşı təyin olunmuş istənilən qəsddə iştirak edirdi. Hələ 1626-cı ildə hersoginya məşuqu markiz de Şaleni kardinalı yay saryında qətlə yetirməyə razı salmışdı. Lakin sarayın hər tərəfində casusları olan Rişelye sui-qəsdi ifşa etmiş, Şalen edam edilmiş, hersoginya de Şevrez isə sürgün edilmişdi. Bu hadisədən sonra kardinal şəxsi mühafizə dəstəsi saxlamaq hüququ qazanmışdı.

Kraliça Anna 1630-cu ildə kralın dizenteriya xəstəliyindən ölmək təhlükəsi ilə qarşılaşdığı zaman qisas almaq üçün yeni imkan qazandı. Anna krala sədaqətlə qulluq edirdi. Kral peşmançılıq çəkərək, xanımının istənilə arzusunu yerinə yetirməyə söz vermişdi. Annanın yeganə arzusu kardinalın saraydan uzaqlaşdırılması idi. Bu xahişə kralın anası Mariya Mediçi də qoşulmuşdu. Mediçi əvvəlki hakimiyyətini bərpa etmək, eləcə də Fransaya katolik və papa hakimiyyətini qaytarmaq haqqında düşünürdü. Hər iki kraliça Lüdovikin gözləri qarşısında kardinal Rişelyedən intiqam alırdılar. Rişelye sarayda qalmaq üçün kraldan 2 gün icazə istəyir. Lüdovik isə xəyanətkar həyat yoldaşı və qəddar anasının hakimiyyətini düşünərək dəhşətə gəldi və Fransanın gələcəyini qadınlara tapşırmaq istəmədi. Kral 2 gün sonra kardinalı çağıraraq onun sarayda qalmasını xahiş etdi.

Tezliklə, Mariya Mediçi fransanı tərk etdi. Kardinalın qətlinə sifariş verən marşal de Mariyak isə ölüm cəzasına məhkum olundu. Anna qorxu ilə canını qurtardı. Rişelye isə Annaya tələ qurmaqda davam edirdi. Kraliça bu tələlərdən birinə 1637-ci ildə düşdü. Annaya etibarlı görünən, əslində Rişelyenin casusları olan insanlar Annaya Madridli qohumları ilə yazışmasını tövsiyə etdilər. Ispaniya ilə Fransa uzun müddət idi ki, müharibə aparırdılar və Anna əsassız ittihamlardan yaxa qurtarmaq üçün uzun illər həmvətənləri ilə münasibət saxlamır, ana dilini unutmağa başlamışdı. Onun ispan səfiri Mira ünvanlanan zərərsiz məktubu kardinalın əlinə keçmiş və hersoginya de Şevrezə ünvanlanmış zərərsiz məktublarla yanaşı krala təqdim olunmuşdu. Lakin bu dəfə Annanı müdafiə edən tapıldı. Bu kralın keçmiş məşuqəsi, eyni zamanda gənc rahibə Luiza Lafayet idi. O, Lüdoviki xanımına qarşı zalım münasibətdə günahlandıraraq, məhz Lüdovik sayəsində Fransanın varissiz qaldığını bildirmişdi.

Annanın övladları

[redaktə | mənbəni redaktə et]

Bu tənqid bəlkə də Fransaya varis – həm də Fransa tarixinin ən qüdrətli krallarından birini bəxş edən bir hadisə idi. Kral 1637-ci ilin dekabr ayında Luvr sarayında Annanın yataq otağında gecələdi və müəyyən müddətdən sonra varis – gələcək "günəş kralı" XIV Lüdovik (XIV Louis) dünyaya gəldi. Iki il sonra Anna ikinci oğlunu – Orleanlı hersoq Filippi dünyaya gətirdi.

Lüdovikin Anna ilə yaxınlaşması xoşbəxt kral ailəsi olmadı. Artıq Anna ispan tərbiyəsini çoxdan unutmuşdu və krala sadiq qalmağı vacib bilmirdi. Bir neçə il idi ki, kralın yerini onun qardaşı Orleanlı Qaston tutmaq istəyirdi. Qaston ilə Annanı Rişelyeyə qarşı olan nifrər birləşdirirdi.

Anna və Cuşo Mazarini

[redaktə | mənbəni redaktə et]
Kardinal Cuşo Mazarini

1634-cü ildə Fransa kraliçası italyan rahib Cuşo Mazariniyə aşiq olur. Rişelye Mazarinini Annaya təqdim edərkən, zarafatla söyləmişdi: "Güman edirəm Mazarini sizin xoşunuza gələcəkdir. O, hersoq Bekingemə çox oxşayır". Həqiqətən də, Annanın Mazarinidən xoşu gəlmişdi. Bununla da, Fransa kraliçalarından daha biri öz italyan sevgilisini tapmışdı.

Həmin dövrdə kralın yeni sevgilisi-gənc zadəgan Anri de Sen-Mar (Henry de Saint – Marie) meydana çıxmışdı. Lüdovik Sen-Mara çox bağlı olduğundan, 17 yaşlı qız az qala Rişelyeni hakimiyyətdən uzaqlaşdırmışdı. Lakin kardinal təcrübəsiz rəqibini asanlıqla məğlub etmişdi. Sen – Mar dövlətə xəyanətdə ittiham edilərək edam olundu. Rişelye 1642-ci ildə Pale – Royal sarayında vəfat etdi.

Anna

Rişelye 18 il ərzində mümkünsüz görünənləri etdi: o, ölkə daxilindəki və onun hüdudlarından kənardakı düşmənlərə qalib gələrək, monarxiyanın "Günəş kralı"nın hökmranlığı dövründə çiçəklənməsi üçün əlverişli şərait yaratdı. Digər tərəfdən Annanı taxtdan uzaq tutaraq Fransa tarixini xilas etdi. Belə ki, onsuz da şərq qonşusu Habsburqlar tərəfindən idarə edilən Avstrya, cənub-qərbdə Habsburların iqtidarda olduğu İspaniya, nəhayət şimalda İspaniyanın, beləliklədə dolayısıyla Habsburqların hökmranlıq etdiyi Niderland təhlükəsi Fransanı təhdid edərkən, kardinal daha bir Habsburqun Fransada hakimiyyətə gəlməsinə mane oldu və öz vətənini Habsburq torpağına çevrilməkdən xilas etdi. Rişelye qeyd edirdi: "mən viranə Fransadan möhtəşəm Fransa yaratdım". Kraliça Anna qatı düşməninin ölümündən xəbər tutub acı göz yaşları tutmuşdu. Kral isə əksinə mərhumun günahlarından bəhs edən şən ruhlu mahnı bəstələmişdi. Lakin şənlik uzun sürmədi. Belə ki, 6 ay sonra Lüdovik vərəm xəstəliyindən vəfat etdi. O, ölümündən əvvəl kraliçanı hökumətdə təmsil olunmaqdan imtina etməyə məcbur etdi. Kral son nəfəsdə zəif səslə dedi: "Anna dövləti tək idarə etsə, Fransanı uçurum gözləyir". Kral həyat yoldaşının qəlbini sonuncu dəfə sındıraraq həyatdan getdi. Bu zaman hər kəsin ağlını qəlbinə qurban verən hesab etdiyi Anna gözlənilməz dəyanət nümayiş etdirdi. O, ilk əvvəl parlamentə gələrək kralın vəsiyyətnaməsinin ləğv olunmasını tələb edərək, özünü ölkənin başçısı elan etdi. Daha sonra mərhum Rişelyenin baş nazir vəzifəsinə təklif etdiyi Mazarinini baş nazir təyin etdi. Hər kəs maraqları bu qədər toqquşan şəxslərin birlikdə necə işləyəcəklərinə təəccüb edirdi. Lakin italiyalının Annanın yataq otağına tez-tez gəlməsi ilə bu təəccüblər sona çatdı. Daha sonra Mazarini Annanın yataq otağının sahibi oldu. Bu zaman fransızlar kraliçanın hakimiyyəti italyana təslim etdiyini anladılar. Fransa taxtı artıq italyan və ispanın əlində idi. Tarixdə öz növbəsində təkrarlanırdı. Mariya, daha sonra isə Anna hakimiyyəti öz italyan sevgililərinə vermişdilər.

Mazarini də Rişelyenin siyasətinin davam etdirirdi. Ispaniya ilə müharibə davam edir, xəzinə hərbi xərclər üçün xərclənir, vergilərin sayı durmadan artırdı. 1648-ci il gecələrdən birində xalq ayağa qalxdı, küçələrdə barrikadalar quruldu. Kraliça və kardinal Mazarini Parisi tərk etməli oldular. Mazarinin timsalında bütün Fransada mütləqiyyətə qarşı yönəlmiş Fronda hərəkatı bu cür başladı. Rişelyenin layiqli davamçısı olan hiyləgər kardinal Mazarini bu hərəkatı güc ilə yox, rüşvətlə boğmağa layiq oldu. 1651-ci ildə Fronda hərəkatı yenidən baş qaldırdı, Mazarini Fransanı tərk etməli oldu. Anna isə yenidən saray dustağına çevrildi. Kardinal Mazarini 1652-ci ildə parisə qayıtdı və hərəkat yatırıldı. Ölkənin xarici işləri qaydasına düşdü: İspaniya ilə müharibə qələbə ilə başa çatdı. 20 yaşlı şahzadənin Annanın qardaşı qızı – ispan şahzadəsi Mariya Tereza ilə nigagı planlaşdırılırdı. Lakin bunu üçün yaeganə maneə Lüdovikin Mazarinin qardaşı qızı italyan Mariya Mançiniyə olan məhəbbəti idi. Mazarini də Lüdovikin tərəfini saxlasa da, Anna etiraz edirdi. 1660-cı ildə ispan şahzadəsi Mariya Tereza Parisə gəldi. XIV Lüdovik (XIV Louis) həyat yoldaşı Mariya Terzanı saray dustağı etdi. 1661-ci ildə Mazarini vəfat etdi.

Annanın ölümü

[redaktə | mənbəni redaktə et]

Anna paytaxt kənarında inşa etdirdiyi Valde-Qras monastrına köçdü. Anna bu monastrda 1666-da vəfat etdi. Fransanın ispan kraliçası Sen-Deni məbədində dəfn olundu və özü ilə "Dəmir maska" sirrini qoyub getdi. Bastilyanın bu adsız əsirinin Astryalı Annanın XIII Lüdovikdən dünyaya gətirdiyi böyük oğlu hesab edirlər.

  • Thea Leitner. Habsburgs verkaufte Töchter. 8. Auflage. Piper, München 1999, ISBN 3–492–21827-X .
  • Anka Muhlstein. Königinnen auf Zeit. 1. Auflage. Insel, Frankfurt am Main 2005, ISBN 3-458-34832-8.