Ayşe Şasa

Ayşe Şasa(d. 1 yanvar 1941, İstanbul, Türkiyə Respublikası - 16 iyun 2014, İstanbul, Türkiyə Respublikası) — çərkəz əsilli türkiyəli senaristyazıçı.

Ayşe Şasa
türk. Ayşe Şasa
Doğum tarixi
Doğum yeri İstanbul, Türkiyə Respublikası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə Respublikası
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri Sahrayıcedid məzarlığı, Türkiyə
Vətəndaşlığı Türkiyə
Təhsili Robert Kolleci
Fəaliyyəti ssenarist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çərkəz əsilli ana və yarı çərkəz əsilli atanın övladı olaraq dünyaya gələn Ayşe Şasa 1 yanvar 1941-ci ildə İstanbulda anadan olmuşdu.[1][2] Babası Bəkir Şasa Meşə İdarələrində müdirlik etmişdir. Ankaranın Əskişəhər çıxışında onun xatirəsinə həsr edilmiş meşə sahəsi mövcuddur.

3 evliliyi olmuşdur. İkinci evliliyi məşhur rejissor Atıf Yılmaz ilə olmuşdur. Atıf Yılmaz öz dövrünün məşhur rejissoru, senaristi və film prodüseri olmuşdur.

16 iyun 2014-cü ildə bir müddət müalicə aldığı ağciyər iltihabından vəfat etmişdir. Sahrayıcedid məzarlığında dəfn edilmişdir.[3]

İndiki adı Robert Kolleci olan Arnavutköy Amerikan Qız Kollecində oxumuş, 1960-cı ildə məzun olmuşdur. Robert Kollecinin İdarəçilik Elmləri böklümündə təhsilinə davam etmişdir (1963-1965).

1963-cü ildən etibarən senaristlik etmişdir. Bu illərdə özünü marksist olaraq təqdim edirdi. Kamal Tahir ilə güclü dostluq qurmuş və bu dostluğun onun üzərində güclü təsiri olmuşdur. Kamal Tahir türk ədəbiyyatının ən məhsuldar roman yazarlarından biri hesab edilir. O da, Ayşe Şasa kimi marksist olmuşdur.

"Son quşlar", "Ah gözəl İstanbul", "Utanc" və "Qramofon Avrat" kimi filmlərə imza atmışdır. 1993-cü ildə film ilə əlaqəli Yeşilcam gündəliyi adlı testləri nəşr etdirmişdir.

1980-ci illərdə ağır psixoloji narahatlıq keçirmişdir. Doktorlar şizofreniya olduğunu bildirmişdilər. On illik tənhalıq dövründə film bazarından tamamilə çəkildi. Bu müddətdə yanında yalnız üçüncü həyat yoldaşı Bülent Oran olmuşdur. Bülent Oran özü də film işçisi olmaqla yanaşı, həmçinin aktyorluqla, senaristliklə və yazıçılıqla məşğul olmuşdur.

İbn əl-ƏrəbiAndrey Tarkovski ilə bağlı bir çox kitablar oxumuş, Tarkovskinin filmlərini dəfələrlə izləmiş və onlar barədə dərin düşüncələrə malikdir.

  • Kanayan Bosna (1993)
  • Her Gece Bodrum (1992)
  • Hiçbir Gece (1989)
  • Arkadaşım Şeytan (1988)
  • Gramofon Avrat (1987)
  • Merdoğlu Ömer Bey (1986)
  • Ölmez Ağacı 1984)
  • Ve Recep ve Zehra ve Ayşe (1983)
  • Hacı Arif Bey (1982)
  • Deli Kan (1981)
  • Kambur (1973)
  • Utanç (1972)
  • Cemo (1972)
  • Battal Gazi Destanı (1971)
  • Unutulan Kadın (1971)
  • Güllü (1971)
  • Yedi Kocalı Hürmüz (1971)
  • Köroğlu (1968)
  • Cemile (1968)
  • İlk ve Son (1968)
  • Harun Reşid'ın Gözdesi (1967)
  • Balatlı Arif (1967)
  • Kozanoğlu (1967)
  • Ah Güzel İstanbul (1966)
  • Toprağın Kanı (1966)
  • Murat'ın Türküsü (1965)
  • Son Kuşlar (1965)
  • Çapkın Kız (1963)
  • Dinle Neyden (2008)
  1. Sadi Çilingir. "Ayşe Şasa, Zoraki Kral Filmindeki Kral 6. George Gibi Dadılarının Kurbanı Olmuştu". sadibey.com. 15 aprel 2019 tarixində arxivləşdirilib.
  2. Ayşe Şasa 9786051141282. Bir Ruh Macerası. Timaş Yayınları. 2009. səh. 16. ISBN 9786051141282.
  3. "Ayşe Şasa toprağa verildi". www.ajans34.com. 14 avqust 2020 tarixində arxivləşdirilib.