Türkiyə çərkəzləri

Türkiyə çərkəzləri ya da Türkiyədəki çərkəzlər (çərkəzcə:Тыркуе aдыгэхэр) — XIX əsrÇərkəz bölgəsinin Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra başladılan Çərkəz sürgünü adlı etnik təmizləmə hərəkatında Şimali Qafqazdan Osmanlı imperiyası torpaqlarına gələn çərkəzlərin daha sonra yaradılan Türkiyə sərhədləri daxilində qalan qismidir.[1][2][3]

Türkiyə çərkəzləri
Yaşadığı ərazilər
Bütün Türkiyə boyunca
Dili

Türk dili
Çərkəz dili

Dini

Sünni müsəlman
Xristianlıq (Pravoslav)

Türkiyədəki çərkəzlərin dəqiq sayı bilinməməkdədir. Bir çox etnik çərkəz çərkəz dilini bilmir və özünü sadəcə türk olaraq təqdim edir.

Türkiyədəki çərkəzlər içində dillərini ən yaxşı qoruyan qrup əsasən KayseriSivasa bağlı kəndlər olan Uzunyayla ilə Maraş-Göksun ilçəsində yaşayan kabardeylərdir. TRT-3 televiziya kanalında dövlət tərəfindən yayımlanan ilk çərkəz dili də bu kəndin sakinlərinin danışdığı şərq çərkəzcəsidir.

Çərkəz adı Qafqazda çərkəzcə danışan ləhcə qrupunun qərb çərkəzcəsi və şərq çərkəzcəsi olmaqla iki qolunu təşkil edən şimali qafqazlıları təmsil edərkən, Türkiyədə (və keçmiş Osmanlı coğrafiyasında) isə bunlardan əlavə, abazalar, çeçenlər, abxazlar, osetinlər, qaraçaylılarbalkarlar kimi fərqli dil ailələrindən olan toplumları da bildirmək üçün istifadə edilir.[4][5][6]

Türkiyədəki bütün Çərkəz boyları İstanbulda da yaşasa da, Anadoluda çoxluq formada yaşadıqları bölgələr bunlardır:[7]

Türkiyədə çərkəzdilli əhali[8]
Year Ana dili kimi İkinci dil kimi Ümumi Türkiyə əhalisi Faiz nisbəti
1927 95,901 0 95,901 13,629,488 0.70
1935 91,972 14,703 106,675 16,157,450 0.66
1945 66,691 9,779 76,470 18,790,174 0.41
1950 75,837 0 75,837 20,947,188 0.36
1955 77,611 22,861 100,407 24,064,763 0.42
1960 63,137 65,061 128,198 27,754,820 0.46
1965 58,339 48,621 106,960 31,391,421 0.34

1965-ci il siyahıyaalmasına görə, çərkəz dilini ana dili kimi danışanlar faiz nisbəti ilə ən çox Kayseridə olmuşdur. Onlar burada ümumi əhalinin 3.2 faizini təşkil etmişdir. Sonrakı yerlərdə 1.2 faiz göstərici ilə Tokat, 1.0 faizlik göstərici ilə Qəhrəmanmaraş gəlmişdir.

Əxlat çərkəzləri

[redaktə | mənbəni redaktə et]

Türkiyənin ən şərqindəki Çərkəz diasporası Əxlatda yaşamaqdadır. Şapsuq çərkəzlərindən olan Əxlat çərkəzlərinin əvvəldən 8–9 əddə olan kənd sayı hal-hazırda birə düşmüşdür. Bu kənd Adilcevazda yerləşir. Buradakı çərkəzlərin çoxu Əxlatın mərkəzində yaşamaqdadır.

Türkiyə çərkəzlərinin ən böyük dərnək strukturu olan Qafqaz Dərnəkləri Federasiyası eyni zamanda Dünya Çərkəz Birliyi təşkilatının qurucu üzvüdür.

  1. KONDA Research and Consultancy, Social Structure Survey 2006 Arxivləşdirilib 2010-10-30 at the Wayback Machine
  2. Heinz Kloss & Grant McConnel, Linguistic composition of the nations of the world, vol,5, Europe and USSR, Québec, Presses de l'Université Laval, 1984, ISBN 2-7637-7044-4
  3. Circassia, Unrepresented Nations and Peoples Organization, 2010-11-29 tarixində orijinalından arxivləşdirilib.
  4. "Biz Çerkesler" (PDF). www.circassian.us. 28 fevral 2020 tarixində arxivləşdirilib (PDF).
  5. Gülüzar Altın və Meryem Gümüş. "Çerkeslerde kaşenlik âdeti üzerne sosyolojik bir inceleme: Eskişehir örneklemi" (PDF). 2014-01-04 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  6. "Irak Çerkesleri (Çeçenler, Dağıstanlılar, Adigeler)". Ortadoğu Stratejik Araştırmalar Merkezi. 2015-12-08 tarixində arxivləşdirilib.
  7. Seral Çelik. TÜRKİYE'DEKİ ÇERKESLER: KAF DAĞI'NA DÖNSEK Mİ?. Hürriyet Karadeniz. 1989. səh. 11.
  8. Fuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000