Ayan Babakişiyeva

Ayan Babakişiyeva (12 aprel 1989, Kirovabad) — Azərbaycan müğənnisi.

Ayan Babakişiyeva
Ayan babakisiyeva.jpg
Ümumi məlumatlar
Doğum tarixi (33 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti dağ yəhudisi
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2006-cı ildən

Həyatı[redaktə | mənbəni redaktə et]

Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olmuşdur. Onun atası azərbaycanlı, anası isə ana tərəfdən əslən Dərbənddən olan dağ yəhudisidir. Yəhudilərdə qəbul olunduğu kimi, ana tərəfi yəhudi olduğu üçün o da özünü yəhudi sayır və iudaizmə etiqad edir. Samir adlı bir əkiz qardaşı da var

Uşaq yaşlarından fortepianoda ifa etməyi bacardığından, fortepiano üzrə orta musiqi təhsili almaq üçün musiqi məktəbinə daxil olmuşdur. Gəncədə M.Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirmişdir. Hələ məktəbdə oxuduğu vaxtlarda həm orta məktəbin xorunun, həm də musiqi məktəbindəki uşaq xorunun solisti olmuşdur. Məktəblərarası musiqi yarışmalarında iştirak etmişdir. 1 mart 2014-cü ildə idmançı Füzuli Musayev ilə nikahdan qızı Selena dünyaya gəlmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Peşəkar səhnəyə Elçin İmanovun Sənin xatirinə mahnısı ilə gəlmişdir. V&V company-nin dəstəyi və Aqil M. Quliyevin rejissorluğu ilə mahnıya klip çəkilmiş və rotasiyaya buraxılmışdır. Daha sonralar Ədalət Şükürov ilə dueti, Maşın şou-dakı layiqli iştirakı tamaşaçıların diqqətini çəkmişdir.

2008-ci ildə fm radiolarda səslənməyə başlayan "Yağış" mahnısı həftələrlə Ayanı yerli fm radioların hitparadlarında zirvədə saxlamışdır. Ayan ilk albomu olan "Yağış"ı 2008-ci ilin noyabrın 6-da dinləyicilərinə təqdim etmişdir. Bu gördüyü işlərin nəticəsi olaraq 2009-cu ildə Bakı Mədəniyyət və Turizm Baş idarəsi tərəfindən "İlin ən məhsuldar müğənnisi" mükafatını almışdır. Həmin ilin may ayında "Yağış" mahnısına Pünhan Həsənlinin rejissorluğu ilə qrafika ilə hazırlanmış klip çəkilmişdir.

Həmin klip yerli və xarici telekanallarda yayımlanmışdır. 2009-cu ilin sonunda Ayana fərqli bir proyekt təqdim olunur. Musiqisi Kamala məxsus Nigaranam mahnısı Dmitriy Raxanayev tərəfindən Dağ yəhudilərinin dilinə tərcümə olunur. Beləliklə Ayan Dağ yəhudilərinin etnik musiqisini peşəkar şəkildə təqdim edən ilk müğənniyə çevrilir.

Daha sonralar repertuarına Faiq Sücəddinov, Xumar Qədimova, Aygün Bəylər, Xanım İsmayılqızının bəstələdiyi mahnıları daxil edir. Ayan 2-ci albomuna 5 - azərbaycan, rus, türk, cühud və ivrit dillərində mahnılar daxil edir. Nadir Qafarzadə ilə oxuduğu "Sənin üçün" dueti 2013-ci ildə Azərbaycanda ən çox dinlənən mahnılardan biri olur.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Tanrıverdinin nağılı (film, 2008)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://teleqraf.com/news/maqazin/226377.html.