Aygün (film, 1960)

Aygün tammetrajlı bədii televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılmışdır.[1] Film Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa edirlər.

Aygün
Fayl:Aygün (film, 1960).jpg
Janr dram
musiqili
Rejissor Kamil Rüstəmbəyov
Əsərin müəllifi Səməd Vurğun
Ssenari müəllifi Kamil Rüstəmbəyov
Baş rollarda Nəcibə Məlikova
Həsənağa Salayev
Rəna Topçubaşova
Operator Əlihüseyn Hüseynov
Bəstəkar Zakir Bağırov
Rəssam Faiq Əhmədov
İstehsalçı Bakı Televiziya Studiyası
İlk baxış tarixi 3 yanvar 1961
Filmin növü tammetrajlı bədii televiziya filmi
Müddət 81 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1960
Texniki məlumatlar 9 hissə
2250 metr
Rəng ağ-qara
IMDb ID11590264

Film-poemadır. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir.[2]

Aygünlə Əmirxan xoşbəxt cütlük idilər. Əmirxanın içkiyə qurşanması onların ailəsini parçalayır. Aygün (Nəcibə Məlikova), Əmirxan (Həsənağa Salayev) və onların qızları Ülkər (Rəna Topçubaşova) əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması və karyerasında nailiyyətləri onların yenidən birləşməsini təmin edir.[2]

  • Film Səməd Vurğunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır.[2]
  • Film ilk Azərbaycan televiziya bədii filmidir.[2]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Səməd Vurğun
Ssenari müəllifi: Kamil Rüstəmbəyov
Rejissor: Kamil Rüstəmbəyov
Operator: Əlihüseyn Hüseynov
Rəssam: Faiq Əhmədov
Bəstəkar: Zakir Bağırov
Nəcibə Məlikova — Aygün
Həsənağa Salayev — Əmirxan
Rəna Topçubaşova — Ülkər
Sürəyya Qasımova — Şəfiqə
Gündüz Abbasov — Elyar
Fateh Fətullayev — sovxoz direktoru
Rza Əfqanlı — müəllim
Sofa Bəsirzadə — müəllimə Filmi səsləndirənlər: Əli Zeynalov — Kadrarxası mətn (titrlərdə yoxdur)
  1. Azəri, L. İlk Azərbaycan bədii televiziya filmi “Aygün” – kino-poema: [Kamil Rüstəmbəyovun quruluş verdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2016.- 20 yanvar.- S.12.
  2. 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 47-48
  • Bəhramoğlu, R; Əhmədov, T. ""Aygün" ekranda" [S. Vurğunun həmin adlı poemasının ekrana çəkilməsi haqqında] //Ədəbiyyat və incəsənət.- 1959.- 14 fevral.
  • İsmayıl Şıxlı. ""Aygün" ekranda" //Ədəbiyyat və incəsənət.- 1961.- 7 yanvar.
  • Babayev, N. "Tamaşaçı razı qalır" //Kommunist.- 1961.- 11 may.
  • Süleymanova, Z. "Tamaşaçılar arasında" //Azərbaycan gəncləri.- 1961.- 12 may.
  • Nizami, N. "Aygün" //Nuxa fəhləsi.- 1961.- 14 may.