Aymani Kadırova adına məscid — Rusiya Federasiyasının Çeçenistan Respublikasının Arqun şəhərində yerləşir. 16 May 2014 tarixində açılışı olmuşdur. Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun dul həyat yoldaşı Aymani Kadırovanın adını daşıyır.[1]
Aymani Kadırova məscidi | |
---|---|
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin inşası 2011-ci il yanvarın ortalarında Arqun şəhərinin mərkəzində, keçmiş şəhər məscidinin yerində başladı. Türk mütəxəssisləri tərəfindən hazırlanmış və Türk memarı Dəniz Baykanın layihəsinə əsasən İnkomstroy şirkəti tərəfindən inşa edilmişdir. Məscidin inşası Əhməd Kadırov adına regional ictimai fond tərəfindən maliyyələşdirilmişdir. Tikinti 1238 gün davam etdi və 2014-cü ilin aprel ayının ortalarında tamamlanmışdı.
Əvvəlcə Aymani Kadırova məscidinin 9 Mayda açılması nəzərdə tutulsa da, ancaq sonra açılış tarixi bir həftə sonra, 16 May 2014 tarixinə qədər təxirə salındı.
Açılış mərasimindən əvvəl "ürəkdən ürəyə" marafonu təşkil edildi. Burada 5000-dən çox Çeçenistan və Şimali Qafqaz respublikalarının sakinləri Qroznıda yerləşən "Çeçenistanın ürəyi" məscidindən Arqundakı Aymani Kadırova məscidinə qədər 16.4 km məsafədə qaçmışdı. Məscidin açılmasından əvvəl dini ayin - zikr səsləndi. Sonra 15 mindən çox mömin iştirak etdiyi məsciddə ilk cümə namazı qıldı.[2]
Aymani Kadırova məscidi yüksək texnoloji üslubda inşa edilmiş və Rusiyada ultramodern formada hazırlanan ilk məsciddir. Gün ərzində, hava şəraitindən asılı olaraq məscidin tağları rənglərini açıq bozdan firuzəyi maviyə dəyişir. Gecədə məscid və ətraf ərazilər rəngli LED lampalar və projektorla işıqlandırılır.[3] Məscidin divarları mərmərlə bəzədilib. Əsas dua salonunun oval tağları 23 metr hündürlüyə və 24 metr diametrə malik günbəzlə taclanır. Məscidin günbəzi Uca Rəbbin adları ilə həkk olunmuşdur. Daxili bəzəkdə işıqlandırılmış rəsmlərdən istifadə olunumuşdur. Məscid günbəzinin üstündən 55 metr yüksəklikdə üç minarə mövcuddur.[4]
Məscidin girişində İslamın simvolu, ulduzlu aypara qurulmuşdur. Əsas namaz otağında diametri 31 metr olan beş tonluq aypara formalı çilçıraq yerləşdirilmişdir.
Aymani Kadırova məscidi dörd mərtəbədən ibarətdir, üçü oval günbəz altında - kişilər üçün nəzərdə tutulub. Məscidin yuxarı mərtəbəsi qadınlar üçün ayrılmış və ayrıca girişi var. Məscidin sahəsi 6950 m² təşkil edir. Məscidə yaxınlıqda park yerləşir.[5]
Bəzi respublika və bölgə sakinləri məscidin qadının adı ilə adlandırılması qərarını tənqid etdilər. Ancaq ilahiyyatçılar və alimlər öz növbələrində İslamda məscidlərə qadınların adının verilməsi təcrübəsinin mövcud olduğunu düşünürlər. Məscidin ultramodern görünüşü də bir çox dindarların tənqidinə səbəb olmuşdu.[6]