Azərbaycan Atabəyləri - XII-XIII əsrlərdə Azərbaycanda hökm sürən Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz və dövrün sərkərdələrindən Qara Sunqurun həyatından bəhs edən bədii-sənədli film. Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeni Film”, “Patik Prodüksiyon” və “Ernet Group” şirkətlərinin birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.[1]
Azərbaycan Atabəyləri | |
---|---|
Janr | Tarixi |
Rejissorlar | Məcid Güvən |
Ssenari müəllifləri |
Sərvər Bayramov İlqar Mehdi Səxavət Sahil Ərcan Kaya |
Baş rollarda |
Zabit Səmədov Mehriban Zəki İlqar Mehdi Bəhruz Vaqifoğlu Jalə Həsənli Günay Əhməd Tural Əhməd İlqar Musayev Səmimi Fərhad Samir Qulamov Salam İsmayılov Türkay Cəfərli Rəşad Kəsəmənli Hidayət Əliyev |
Operator | Ercan Işık |
Bəstəkarlar |
Fərid Ağa İslam Şirvani |
Rəssam | Zəfər Malkoç |
İstehsalçılar |
Azərbaycan Televiziyası Şahdağfilm İkinciYeniFilm |
İlk baxış tarixi |
3 dekabr 2024 (Heydər Əliyev Mərkəzi) 5 dekabr 2024 (Park Cinema) |
Filmin növü | Bədii-sənədli |
Ölkələr | Azərbaycan, Türkiyə |
Dil | azərbaycanca |
İl | 2024 |
Rəng | Rəngli |
Filmdə 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət olan Atabəylər dövlətinin qurucusu Atabəy Şəmsəddin Eldəniz və Azərbaycanın I böyük atabəyi Qara Sunqurun həyatından bəhs olunur.[2][3]
Azərbaycan Televiziyası, "Şahdağfilm" və Türkiyənin “İkinciYeni Film” prodüser şirkəti tərəfindən bədii film üslubunda çəkilmiş sənədli filmin premyerası 3 dekabr 2024-cü il tarixində Bakının müasir memarlıq simvollarından biri olan Heydər Əliyev Mərkəzində keçirilmişdir. Filmin rejissoru Məcid Güvən film bağlı “Bir rejissor olaraq tarixlə bağlı 70-dən çox iş görmüşəm, amma bura gələndə çox vacib bir şeyi gözdən qaçırdığımızı gördüm. Bugünə qədər Atabəylər dövləti ilə bağlı hələ heç bir iş görülməmişdi. Bizcə, indiyə qədər kölgədə qalan, lakin çox əhəmiyyətli olan və xüsusilə Səlcuqlular dövründə bu coğrafiyaya bu qədər təsir edən bir çox personajların gün üzünə çıxıb, türk dünyasında böyük əks-səda yaradacağını düşünürük” açıqlamasını verib.[4][5]
Filmin quruluşçu rejissoru Məcid Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və “İkinciYeniFilm”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.[6][7]
Filmdə dünyaşöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən, İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və digər sənətçilər yer alır.[8][1]
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Kadrarxası mətni xalq artisti Fəxrəddin Manafov səsləndirib.[8]