Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Şənlik Müslüm oğlu Əliyev (1935, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985).
Şənlik Əliyev | |
---|---|
3 dekabr 1985 – 12 dekabr 1988 | |
Əvvəlki | Hacıbaba Əfəndiyev |
Sonrakı | Aydın Məmmədov |
20 yanvar 1979 – 5 dekabr 1985 | |
Əvvəlki | Həsən Həsənov |
Sonrakı | Cahangir Müslümzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1935 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur.[1]
1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur.[1] 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş[2] və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur.
Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.[1]