Azərbaycanda Yeni il

Kitablardan ibarət yolka

Yeni il AzərbaycandaAzərbaycanda təntənə ilə qeyd olunan bayram.

Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i - İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.

1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.

2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.

Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşürsə, növbəti gün iş günü hesab edilmir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsi". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.