Azәrbaycan istiqlal mübarizәsi tarixi (Baykara)

Azәrbaycan istiqlal mübarizәsi tarixi (türk. Azerbaycan istiklâl mücadelesi tarihi) — Hüseyn Baykaranın Azərbaycan Xalq Cümhuriyyəti dövründәn bәhs edәn və ilk dәfә 1975-ci ildә İstanbulda nәşr olunmuş kitabı.

Azәrbaycan istiqlal mübarizәsi tarixi
Azerbaycan istiklâl mücadelesi tarihi
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Müəllif Hüseyn Baykara
Janr Tarix
Orijinalın dili Türkcə
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Orijinalın nəşr ili 1975
Tərcüməçi Elşən Əbülhəsənli
Nəşriyyat Azerbaycan Halk Yayınları (1975)
Azərnəşr (1992)
Bakı Kitab Klubu (2017)
JekoPrint Çap Evi (2021)
Səhifə 346 (2021)
Tiraj 100 (2017)

Hüseyn Baykara "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını Azərbaycanın azadlıq mübarizəsinin əlifbası adlandırıb.[1]

Məzmun[redaktə | mənbəni redaktə et]

Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermənilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var.

Nəşr və tərcümə[redaktə | mənbəni redaktə et]

Kitab ilk dəfə 1975-ci ildә İstanbulda türk dilində Azerbaycan Halk Yayınlarında nəşr edilib.[2]

Azərbaycan dilinə ilk dəfə Elşən Əbülhəsənli tərəfindən tərcümə edilmiş Bakıda 1992-ci ildə Azərnəşrdə, 2017-ci ildə isə Bakı Kitab Klubunda nəşr edilib.[3]

"История борьбы за независимость Азербайджана" adı ilə S. Əliyeva tərəfindən rus dilinə tərcümə olunmuş R. Həmidovun redaktorluğu, Fərid Ələkbərlinin ön söz müəllifliyi ilə 2018-ci ildə nəşr edilib.[4][5]

Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr Bakıda, JekoPrint Çap Evində, 2021-ci ildə, 346 səhifədə nəşr edilib.[6]

Kitabın III nəşri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ülviyyə Tahirqızı. ""Məni burda sanmayın, mən hər gün Qafqasdayam... Mühacir aydınlarımızdan biri də Hüseyn Baykaradır"" (az.)). anl.az/Xalq Cəbhəsi. 26 iyul 2014. 17 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
  2. Hüseyin Baykara, Azerbaycan i̇stiklâl mücadelesi tarihi Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine, Azerbaycan halk yayınları, Gençlik, 1975
  3. "Azәrbaycan istiqlal mübarizәsi tarixi" (az.)). bbclub.az. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  4. "Вышла в свет книга Гусейна Байкары «История борьбы за независимость»" (rus.)). azertag.az. 2018-05-28. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  5. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümü ərəfəsində, 2018-ci ilin may ayında..." 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  6. "Hüseyn Baykara. Azәrbaycan istiqlal mübarizәsi tarixi". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]