Azərbaycanda Yeniləşmə Hərəkatı (türk. Azerbaycan'da Yenileşme Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1966-cı ildə Ankarada türk dilində nəşr olunmuş əsəri.
Azərbaycanda Yeniləşmə Hərəkatı | |
---|---|
türk. Azerbaycan'da Yenileşme Hareketleri | |
| |
Müəllif | Hüseyn Baykara |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 1966 |
Tərcüməçi | Vəfa Rzazadə |
Nəşriyyat |
Türk Mədəniyyətini Araşdırma İnstitutu (1966) Bakı Kitab Klubu (2018) |
Səhifə |
200 (1966) 242 (2018) |
"Azərbaycanın oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında oçerki yazmağa başlayarkən məni ən çox düşündürən məsələ Çar Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi vəziyyətinin nə qədər inkişaf etmiş olması idi. Buna görə də kitabda ən çox bu mövzuya yer verdim. Bəzi zümrələr belə hesab edirlər ki, Azərbaycanın hal-hazırkı mədəniyyəti, incəsənəti rusların əsəridir"…
"Halbuki ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki bugünkü Qərb düşüncəsində, hətta o dövrün Qərb düşüncəsinə görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra Rusiyada yalnız hərb sahəsində qərbləşmə özünü göstərirdi. Şərqdə qazandıqları qələbələri də məhz buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə II Aleksandrın fərmanı ilə ləğv edilmişdi. Öz vətəndaşları ilə qul kimi davranan rejim necə mədəni ola bilər, ya da necə mədəni hesab oluna bilər? Xüsusilə də Çar Rusiyası rejimi dözülməz despotik və zülmkar rejim idi. Bu səbəbdən də Avropa ilə müqayisə ediləcək heç bir tərəfi yox idi. Qədim köklərə sahib barbar slavyanların adətlərini rus qiyamı ilə XX əsrə gətirən rusların mədəniyyətlərinin səviyyələri hətta bu gün də münaqişə mövzusudur…"
Kitab ilk dəfə 1966-cı ildə Ankarada türk dilində Türk Mədəniyyətini Araşdırma İnstitutunda nəşr olunub.
Vəfa Rzazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 242 səhifədə nəşr edilib.[1]