Azәrbaycan istiqlal mübarizәsi tarixi (türk. Azerbaycan istiklâl mücadelesi tarihi) — Hüseyn Baykaranın Azərbaycan Xalq Cümhuriyyəti dövründәn bәhs edәn və ilk dәfә 1975-ci ildә İstanbulda nәşr olunmuş kitabı.
Azәrbaycan istiqlal mübarizәsi tarixi | |
---|---|
Azerbaycan istiklâl mücadelesi tarihi | |
| |
Müəllif | Hüseyn Baykara |
Janr | Tarix |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 1975 |
Tərcüməçi | Elşən Əbülhəsənli |
Nəşriyyat |
Azerbaycan Halk Yayınları (1975) Azərnəşr (1992) Bakı Kitab Klubu (2017) JekoPrint Çap Evi (2021) |
Səhifə | 346 (2021) |
Tiraj | 100 (2017) |
Hüseyn Baykara "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını Azərbaycanın azadlıq mübarizəsinin əlifbası adlandırıb.[1]
Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermənilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var.
Kitab ilk dəfə 1975-ci ildә İstanbulda türk dilində Azerbaycan Halk Yayınlarında nəşr edilib.[2]
Azərbaycan dilinə ilk dəfə Elşən Əbülhəsənli tərəfindən tərcümə edilmiş Bakıda 1992-ci ildə Azərnəşrdə, 2017-ci ildə isə Bakı Kitab Klubunda nəşr edilib.[3]
"История борьбы за независимость Азербайджана" adı ilə S. Əliyeva tərəfindən rus dilinə tərcümə olunmuş R. Həmidovun redaktorluğu, Fərid Ələkbərlinin ön söz müəllifliyi ilə 2018-ci ildə nəşr edilib.[4][5]
Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr Bakıda, JekoPrint Çap Evində, 2021-ci ildə, 346 səhifədə nəşr edilib.[6]