"Böyük ümidlər" (ing. Great Expectations) — meksikalı rejissor Alfonso Kuaronun amerikan melodram janrında film. 1998-ci ildə ekranizasiya olmuşdur.
Böyük ümidlər Great Expectations | |
---|---|
ing. Great Expectations | |
Janr | dram / melodram |
Rejissor | Alfonso Kuaron |
Baş rollarda |
İtan Houk Qvinet Peltrou Robert de Niro |
Operator | Emmanuel Lübetski |
Bəstəkar | Patrik Doyl |
Distribütor | InterCom[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 30 yanvar 1998, 5 mart 1998[3] |
Filmin növü | Bədii film |
Müddət | 111 dəq.[1] |
Büdcə | $55,494,066[2] |
Ölkələr | ABŞ |
Dil | İngiliscə |
İl | 1998 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Florida |
IMDb | ID0119223 |
10 yaşında olarkən Finnegan Bell, Nora Dinmor adlı qoca ərə getməmiş bir qadının yanında qalır. Hələ cavanlıqda, onun sevgilisi toy mərasimində onu ataraq qaçmışdı. Bunun üçün Nora həyatının əsas məqsədi — qohumu olan Estellaya kişiləri nifrət etməyi aşılamaqdır. Doğrusu Estella elə gözəldir ki, Finn ona aşiq olur və beləliklə də o da Noranın hiyləsinə keçir.
O vaxtdan bəri, Finn hər həftə ms Dinsmorun evinə gəlir və nəhayət bir gün Estella onunla gəzməyə çıxmağa razı olur. Lazımi yerdə görüşdükdən sonra, Estella ona xahiş edir ki, o öz evini ona göstərsin. O razı olur. Amma bədbəxtlikdən onlar evdə çox az müddət birgə qalırlar. Əsl ledi kimi, Estella Finneganla sağollaşır, səhərisi isə bilinir ki, o uzun müddətə Nyu Yorka təhsil almağa gedib. Finnin də bəxti gətirir — o da ABŞ-nin mədəni şəhərinə üz tutacaq və imkan olarsa o orada Estellanı tapacaq.
Məhz bu film üçün Tori Amos Siren adlı mahnı yazmışdı. Bundan başqa, filmdə Pulp, Scott Weiland, Iggy Pop, Chris Cornell, The Verve Pipe və Duncan Sheik kimi məşhur musiqiçilərin də mahnıları səsləndirilib. Ancaq bütün bu musiqilər içərisidə, filmin simvol mahnısı — Mono qrupunun "Life in Mono" adlı treki idi.