Böyük Xırdakar

Böyük Xırdakar — 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı[1][2][3]

Tarixi İrəvan əyaləti, Zarzəmin nahiyəsi əraziləri
Böyük Xırdakar

Toponimi[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilində xırda (kiçik, balaca) və ərəbcə qar mağara, zağa ya da türk dillərində qar alınmaz qaya[4][5] sözlərindən ibarətdir. AzərbaycandaErmənistanda bir sıra dağ adlarının ikinci hissəsi qar, kar sözündən ibarətdır. Erməni tədqiqatçıları bu sözü ermənicə kar daş, qəmbər sözü hesab edərək bu dağ adlarını guya keçmişdə ermənilərin oralarda yaşadıqlarını göstərən fakt kimi götürürlər. Lakin bu tamamilə səhv fikirdir. Qar sözü həm də Şərqi İran dillərində (əfqan, tacik, yaqnab dillərində) dağ mənasındadır. Ola bilər türk tayfalarının qərbə hərəkəti ilə bu söz də gətirilmişdir. Azərbaycanda Babaqar (Tovuz rayonu), Buzduqqar (Kəlbəcər rayonu), Keçələkar (Kəlbəcər rayonu), Qoşnakar (Gədəbəy rayonu, Çimqar (Xanlar rayonu), Hinqar (İsmayıllı rayonu), Çoxqar (Şəki rayonu), Keşunqar (Oğuz rayonu) və b. dağ adlarının birinci hissələri tamamilə türkcədir[6]. Qazaxıstanda Kalkaqar, Sunkar[7] və b. dağ adları da bu sıraya aiddir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Меликишвили Г.А. Урартские клинообразные надписи. М., 1956.
  2. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1993.
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бөјүк Хырдакар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
  4. Киракос Гандзакеци. История. Пер. с др. армянского, предисловие и комментарии Л.А.Ханларяна. М., 1976.
  5. Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата, 1974.
  6. Гейбуллаев Г.А. К этногенезису азербайджанцев. Том 1, Баку, 1991.
  7. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. – VIII в. "Историческая география Азербайджана". Баку, 1987.