Tayvan (ada)

Tayvan — (Çincə: 臺灣 ya da 台灣, pinyin: táiwān) həmçinin Formosa adıyla da tanınır. Tayvan Sakit okeandanÇinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir. Mərkəzin coğrafi koordinatları - 23 ° 30 '. w., 121 ° 00 'şərq. İdarəetmə formasına görə respublikadır. Pul vahidi Tayvan yuanıdır. 16 dairə və 5 bələdiyyədən ibarətdir. Qaosyun, Tayçjun, Tszilun, Pindun və Yualin böyük şəhərləri hesab olunur. Əhalisi 22,2 mln nəfərdir. Ticarət tərəfdaşları ABŞ, Yaponiya, Almaniya, Avstraliya, SinqapurÇindir. İxracatında əsas yer tutan məhsullar elektrik avadanlığı və elektronikadır. İdxalı isə neft plastik kütlələr, dəqiq alətlər, saatlar və sairədən ibarətdir. Ən böyük şəhəri və paytaxtı Taybeydir. Bu şəhərdə metallurgiya, maşınqayırma, radioelektrotexnika, neftayırma, sement, kimya, toxuculuq sənaye sahələri inkişaf etmişdir.

Tayvan
çin. 臺灣, 台湾, Táiwān
Ümumi məlumatlar
Sahəsi 36178 km²
Uzunluğu
  • 394 km
Eni 144 km
Hündür nöqtəsi 3.952 m
Əhalisi 23,069,345 nəfər (2011-ci il)
Yerləşməsi
23°46′ şm. e. 121°00′ ş. u.HGYO
Ölkə Çin Respublikası
Şəhər
Akvatoriya
[[Fayl:|280px|Tayvan xəritədə]]
Tayvan
Tayvan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tayvanın Çinlə qədim əlaqələri haqqında

[redaktə | mənbəni redaktə et]

Tayvan adası qədim Çin salnamələrində - Şərqi Xan sülaləsi dövründə (25-220-ci illər) tərtib olunan "Xoy Xan Şu" və San qo sülaləsi dövründə (220-265-ci illər) tərtib olunan "San qo Çji" salnamələrində İçjou adı ilə (Barbarlar adası) ilk dəfə xatırladılır. Suy sülaləsi dövründə (581-618) Tayvan daha çox Lyu Syu (adanın cənub-qərbində mövcud olan knyazlığın adı ilə) adlanırdı. Adanın müasir adına ilk dəfə 1599-cu ilə aid yazılı mənbələrdə rast gəlinmişdir. Tayvan boğazı vasitəsilə ada ilə materikdə yerləşən Çin arasında ticarət və naviqasiya əlaqələri, ada hələ çinlilər tərəfindən məskunlaşdırılmamışdan əvvəl başlanmışdı. Çinlilərin Tayvana ilk hərbi ekspedisiyası 230-cu ildə qeydə alınmışdır. 610-cu ildə 10 min nəfərlik Çin ordusu Tayvan və Penxuledao adalarına yeni hücumlar etdi, bundan sonra həmin adalarla Çin arasında əlaqələr nizami xarakter daşımağa başladı. XII əsrdə Tayvan rəsmi şəkildə Fuszyan əyalətinin tərkib hissəsi kimi Çinə birləşdirildi. 1360-cı ildə adanın hərbi əhəmiyyətinin artması ilə əlaqədar Tayvanda Çinin ilk yerli hakimiyyət orqanı olan Nəzarət İdarəsi yaradıldı. Elə həmin dövrdə Fuszyan və Quandun əyalətlərindən Tayvan adasına mühacirət axını gücləndi. Adada əkinçiliksənətkarlıq inkişaf etdi. Adanın yerli əhalisi (qaoşan tayfası) dağlıq ərazilərə sıxışdırıldı, Çindən köçənlər isə daha məhsuldar torpaqlara yiyələndilər.

Müstəmləkə dövrü

[redaktə | mənbəni redaktə et]

XVI əsrin sonları - XVII əsrin əvvəllərində Tayvana yadellilərin müdaxiləsi başlandı.Əvvəlcə yapon feodalları və dəniz quldurları Szilunda, Qaosyunda və Xualyanda möhkəmlənməyə cəhd göstərdilər, lakin Fuszyandan göndərilən əlavə qüvvələr onların buradan qovulmasına nail oldular. 1590-cı ildə Tayvana portuqaliyalılar soxuldular və adaya Formoza (Gözəl) adını verdilər. 1624-cü ildə Tayvan hollandların Ost-Hind kompaniyasının nəzarəti altına keçdi. 1626-cı ildə İspaniya Tayvana öz hərbi gəmilərini göndərdi, onlar adanın şimal hissəsində möhkəmlənməyə müvəffəq oldular. Tayvana yiyələnmək uğrunda Niderland ilə İspaniya arasında gedən mübarizə 1641-ci ildə birincinin xeyrinə başa çatdı.

1652-ci ilin sentyabrında Tayvanda Qo Xuayanın başçılığı ilə Niderland müstəmləkəçilərinə qarşı iri üsyan baş verdi. Üsyançıların əsas qüvvələrinin darmadağın edilməsinə baxmayaraq adanın yalnız şimal və cənub-qərb hissəsi Ost-Hind kompaniyasının əlində qalmışdı.

Min sülaləsi dövründə

[redaktə | mənbəni redaktə et]

Holland Formozası 1661-ci ilədək, isveç Fredrik Koyetin komandanlıq etdiyi Hollandiyanın Zelandiyadakı donanması devrilmiş Min sülaləsinə sadiq qalan və Çindən qaçaraq Tayvana sığınanların ordusu qarşısında təslim olanadək davam etdi. Çin müdaxiləçilərinin başında admiral Koksinq (Çjen Çenqun) dayanırdı. Onun və onun davamçılarının dövründə Tayvanda (o zaman ada Dunnin adası adlandırılmışdır) Çin əhalisinin sayı 200 min nəfərə çatdı.

Çjen Çenqun və onun tərəfdarları adada müstəqil dövlət yaratdılar və onu Çində Min sülaləsini devirərək Tsin sülaləsinin əsasını qoyan mahcurlara qarşı əsas mübarizə bazasına çevirdilər. Yalnız 22 ildən sonra, 1683-cü ildə mancurlar iqtisadi blokada və hollandların köməyi ilə Tayvanı Tsin imperatoruna tabe olmağa məcbur edə bildilər.

1683-cü ildə Tayvana mancurların Tsin sülaləsinin ordusu çıxarıldı, ada Çinin Fuszyan əyalətinin tərkibinə daxil edildi. Adanın şərq sahilləri XVIII əsr ərzində, demək olar ki, tamamilə adamsız qalmışdı, yalnız XIX əsrdə amoy tacirləri adanın bütün ərazisini düyü və çay becərilən ərazilərə çevirdilər, əldə edilən məhsul xarici ölkələrə və ilk növbədə Yaponiyaya ixrac olunurdu. 1842-ci il siyahıya alınmasına görə Tayvanda əhalinin sayı 2,5 milyon nəfərə çatırdı.

1875-ci ildə şimali Tayvanın paytaxtı Taybey şəhəri oldu. 1886-cı ildə Tayvan Çinin ayrıca bir əyalətinə çevrildi. 1895-ci ildə yaponlarla müharibədə məğlub olan Tsin sülaləsi Tayvan adasını Yaponiyaya güzəştə getməyə məcbur oldu. Çin vətənpərvərləri Tayvanda müstəqil "Tayvan respublikası yaratmağa çalışsalar da, yaponlar tezliklə bu cəhdin qarşısını aldılar.

Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünmüşdür.İkinci dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edildi.

  • Чигринский М. Ф. Аборигены Тайваня. Очерк этнической истории и традиционной культуры. Санкт-Петербург., 1993.
  • Ли Дэнхуэй. Позиция Тайваня. М., 2000.
  • Буров В.Г. Модернизация тайваньского общества. М., 1998.
  • Непомнин O. E. «История Китая: Эпоха Цин. XVII — начало XX века» — Москва, 2005.
  • «История Востока» в 6 томах. Том IV «Восток в новое время (конец XVIII — начало XX в.)». Книга 2 — Москва, 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]